Qusar rayon Mərkəzi Kitabxanasının
veb-saytının təqdimatı
keçirilib
Mədəniyyət və
Turizm Nazirliyindən verilən məlumata istinadən, Qusar rayon Mərkəzi Kitabxanasının veb-saytının
(www.qusar-mks.az) təqdimat
mərasimi keçirilib.
Veb-saytda Qusar rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi haqqında ətraflı məlumat verilib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri ilə bağlı fotoşəkillər oxucuların
böyük marağına
səbəb olub.
"Ən çox oxunan kitablar" linkində oxucuların daha çox maraq göstərdiyi kitabların siyahısı
saytın qonaqlarına
təqdim edilir.
Qusar rayonunun kitabxanalarında saxlanılan
nadir və qədim kitablar haqqında məlumat "Kitab abidələrimiz"
başlığı altında
öz əksini tapıb. Rayonun Tarix-Diyarşünaslıq Muzeyində
nümayiş etdirilən
XVIII-XIX əsrlərə aid
olan qədim məişət, bəzək
və s. maraqlı eksponatlar haqqında annotasiyalı məlumat hazırlanıb.
M.Y.Lermontovun 1837-ci ildə
Qusarda olarkən istifadə etdiyi eksponatlar haqqında da məlumat verilib.
Saytın "Folklorumuz"
linkində bu qədim diyarın folklorunu əks etdirən maraqlı fotoşəkillər nümayiş
etdirilir. Şəhid olmuş və qəhrəmanlıq zirvəsinə
ucalan qusarlılara
"Qəhrəmanlarımız" və "Şəhidlərimiz"
linkləri həsr edilib. Kitabxananın əməkdaşları rayonun
abidələri, turizm
gözəllikləri haqqında
maraqlı məlumatlar
toplamış və saytda yerləşdirmişlər.
Yaxın vaxtlarda kitabxananın yeni yaradılan veb-saytına bir çox maraqlı materiallar daxil ediləcək.
Zümrüd
Səs.- 2010.- 29 iyul.- S. 12.