Dövlət Proqramının təsdiq
olunması ilə dəmir yolunun tarixində
yeni dönəm başladı
- Arif müəllim,
Azərbaycan Respublikasının Prezidentinin
2010-cu il 6 iyul tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət
Proqramı" təsdiq olunub. Dövlət
Proqramının əsas istiqamətləri barədə nə
deyə bilərsiniz?
- Mən, ilk növbədə, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması haqqında sərəncam imzaladığına görə ölkə başçısı cənab İlham Əliyevə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivi adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm. Ölkəmizin dəmir yolu nəqliyyatının inkişaf strategiyasının parametrləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırsaq, yanılmarıq. Ümummilli Lider həm respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu inkişafı istiqamətində əvəzolunmaz xidmətlər göstərmişdir. Böyük siyasət adamının rəhbərliyi ilə yaradılmış nəqliyyat sahəsinin inkişaf etdirilməsi prosesi ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.
Ölkə başçısı cənab İlham Əliyev dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdir. 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzalanmış Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır.
Sənəddə göstərildiyi kimi, Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.
2010 - 2014-cü illərdə Dövlət Proqramı dəmir yolu sahəsində bir sıra mühüm vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Onların sırasında:
- dəmir yolu
nəqliyyatının infrastrukturunun və
hərəkət heyəti parkının müasir
tələblərə uyğun yeniləşdirilməsi
üçün zəruri tədbirlərin
həyata keçirilməsi;
- Bakı - Tbilisi - Qars yeni dəmir yolu xəttinin
istismara buraxılması nəticəsində
Asiya ölkələrini Avropa
ilə birləşdirən birbaşa dəmir
yolu dəhlizində artacaq
beynəlxalq tranzit yük
axınlarının ahəngdar və fasiləsiz nəql edilməsinin
təmin edilməsi;
- sərnişin və yük daşımalarının keyfiyyətinin
artırılması və təhlükəsizliyinin təmin
edilməsi;
- elmi-texniki
nailiyyətlərin və yeni
texnologiyaların dəmir yolu nəqliyyatı
infrastrukturunda tətbiq edilməsi;
-dəmir yolu
nəqliyyatında sərnişin daşımalarının
keyfiyyətinin və gəlirliyinin artırılmasını
təmin edəcək strategiyanın müəyyən edilməsi
və həyata keçirilməsi və s.vəzifələr var.
"Azərbaycan Respublikasında
dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair
Dövlət Proqramı"nın ölkə
başçısı tərəfindən imzalanması dəmir
yolunda aparılan islahatların sürətlə
başa çatdırılması geniş imkanlar yaradır.
Proqramda nəqliyyat sisteminin
əsas sahələrindən olan dəmir
yolunun bütün təsərrüfatlarının
inkişaf etdirilməsi, modernləşdirilməsi
nəzərə alınıb. Məsələn:
- Dəmir yolu
nəqliyyatı haqqında qanun layihəsinin
işlənib hazırlanması;
-Yalama və
Böyük-Kəsik sərhəd-keçid stansiyalarında
yolların, enerji təchizatı və
rabitə qurğularının və xidməti binaların
yenidən qurulması;
- Sürətin
artırılması və təhlükəsiz hərəkətin
təmin olunması məqsədi ilə 317 km
uzunluğunda baş
yolların əsaslı təmiri;
- Bir neçə
körpünün rekonstruksiyası;
- 50 ədəd yeni
dəyişən cərəyanlı elektrovozun
alınması;
-13 ədəd TE10 tipli
teplovozun əsaslı təmir edilməklə
modernləşdirilməsi;
- Biləcəri lokomotiv
deposunun əsasında lokomotivlərin əsaslı
təmiri bazasının yaradılması;
- Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının
alınması;
-Quru yüklərin
daşınması üçün
vaqonların alınması;
- Ələt vaqon
deposunun və vaqonların yuyulması məntəqəsinin
yenidən qurulması;
- 25 ədəd yeni
sərnişin vaqonunun alınması;
- Azərbaycan dəmir yolunun Yalama - Biləcəri
hissəsində optik-lifli rabitə xəttinin
yaradılması;
- Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin
yaradılması;
- Azərbaycan dəmir yolunda yük və sərnişin
daşımalarının avtomatlaşdırılmış
idarəetmə sisteminin yaradılması;
- Azərbaycan dəmir yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi
idarəetməsinin yaradılması;
- Dəmir yolunun
Bakı - Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən
cərəyanlı dartı sisteminə keçməsinin təmin
edilməsi;
- 10 ədəd ADM tipli
texniki istismar və təmir
maşınlarının (drezinlərin) alınması;
- Dəmir yolu
nəqliyyat sisteminin ixtisaslı fəhlə,
ali və orta ixtisas təhsilli kadrlarla təmin
edilməsi və digər tədbirlər nəzərdə tutulur.
Göründüyü kimi, Dövlət Proqramında dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bütün bu görüləcək işlər nəticəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır. Dövlət Proqramının preampulasında, bu, çox dəqiq ifadə olunub: "Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır". "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" bizim üçün
- Hazırda ölkəmizdə
genişmiqyaslı investisiya layihələri
həyata keçirilməkdədir. Bu
prosesdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq
edilir. Bu baxımdan, Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf
Bankı və Azərbaycan hökumətinin bircə əməkdaşlığı
çərçivəsində ölkəmizdə dəmir yolunun yenidən qurulması ilə
bağlı hansı layihələrin həyata keçirilməsi
nəzərdə tutulur?
- Bu məsələnin sürətlənməsi də "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə birbaşa bağlı idi. Qeyd edim ki, Dövlət Proqramı öz hüquqi təsdiqini tapandan sonra proseslər daha da sürətlənib. Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq bilirsiniz ki, ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiya Respublikasının "Çeska Eksportni Banka A. S," Bankı ilə 215 milyon avro məbləğində Çərçivə Kredit Müqaviləsi imzalanıb. Layihə üzrə Tender Komissiyası texniki və maliyyə təkliflərinin açılışı prosedurunu başa çatdırıb. Alınacaq vəsaitə yol təsərrüfatının daha da inkişaf etdirilməsi, 317 kilometr yolun əsaslı təmir olunması və yeni yol-təmir maşınlarının alınması nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq, bu vəsaitlərə lokomotiv, yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur. "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin əsas məqsədi Azərbaycanda dəmir yolu xidmətlərini təkmilləşdirmək və "ADY" QSC-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlılığını, əməliyyat-iqtisadi effektivliyini və potensialını gücləndirməkdən ibarətdir. Eyni zamanda, bu layihədə ətraf mühitin mühafiəsi məsələlərinə də mühüm yer ayrılmışdır, xüsusilə, Gürcüstan istiqamətində, Bakı-Böyük-Kəsik istiqamətində "ADY" QSC-nin nəql etdiyi neft, neft məhsulları və digər təhlükəli məhsulların dağılmalarının qarşısının alınması potensialının yaradılması nəzərdə tutulur. Neft dağılmalarının qarşısının alınması və idarə olunması potensialının təkmilləşdirilməsi məqsədilə dəmir yolunun müvafiq avadanlıqlarla təchiz edilməsi təmin olunacaqdır.
- Arif müəllim,
Şimal-Cənub dəhlizinin reallaşması istiqamətində
hökumətlərarası danışıqlar hansı səviyyədədir?
- Strateji baxımdan mühüm yerdə Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. Azərbaycanın nəqliyyat kompleksi bu dəhlizlərin işinin yüksək keyfiyyətli olması, bütövlükdə, öz funksiyalarının tam yerinə yetirilməsi və Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi naminə səylərini artıracaq və qarşıya qoyulan məqsədlərə nail olacaqdır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həm Bakı-Tbilisi-Qars həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesinldə aktiv iştirak edir. Məlumat üçün deyim ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci il tarixində Sankt-Peterburq şəhərində bağlanılmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmasına Ümummilli Lider Heydər Əliyev tərəfindən razılıq verildikdən sonra, bu, istiqamətdə bir sıra addımlar atılmışdır.
Razılaşma
bütün nəqliyyat növlərinə:
dəmir yolu, dəniz, avtomobil,
çay və hava nəqliyyatı
ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə
aiddir. Təkcə Hindistan
istisna təşkil edir
ki , onun yalnız dəniz
marşrutları ilə daşımalarda iştirakı nəzərdə
tutulur. Tam gücü ilə fəaliyyət
göstərəcəyi təqdirdə, Şimal-Cənub nəqliyyat
dəhlizi Avropa ölkələrinin,
Rusiyanın, Orta Asiya
və Qafqaz regionlarının Fars körfəzi və Hindistana
çıxışına, Xəzəryanı ölkələrin
Qara dəniz limanları ilə ticarət əlaqələrinin
intensivləşdirilməsinə şərait
yaradacaqdır.
Həmin dəhliz
Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir
yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun
istər yerli, istərsə də tranzit
daşımalarından əldə etdiyi gəlirləri
artırmağa imkan verəcəkdir.
Hazırda dəmir
yolunun Şimal-Cənub nəqliyyat dəhlizi üzərində
yerləşən Yalama-Astara sahəsində dəhlizlə
ilkin mərhələlərdə nəzərdə tutulan 5
milyon tona qədər yük həcminin
daşınmasının təmin edilməsi
mümkündür. Proqnozlara görə, sonrakı mərhələdə,
yük həcminin 10-15 milyon tona qədər artacağı
gözlənilir ki, bunun da tam həcmdə təmin olunması
və təhlükəsizlik normalarının qorunması
üçün bir sıra texniki tədbirlərin
görülməsi zəruridir.
Azərbaycan tərəfi bu dəhlizin açılması ilə əlaqədar 8, 4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaqdır. Tikinti üçün torpaq sahəsi ayrılmışdır. İlk mərhələdə 4 yoldan 2-si ilə kifayətlənmək olar. Gələcəkdə daşıma həcmi artdıqca əlavə tədbirlər görülə bilər. Dəhlizin reallaşması çərçivəsində Azərbaycan Dövlət Dəmir Yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün Astara (Azərbaycan) və Astara (İran) dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında "Sərhəd dəmir yolu Sazişi" imzalanmışdır. İran tərəfi Astaraçay üzərində 101 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisini layihələşdirmiş və Azərbaycan tərəfi ilə razılaşdırmışdır. Eyni zamanda, dəmir yolunun mütəxəssisləri müxtəlif vaxtlarda Astara (Azərbaycan) - Astara (İran) sahələrində görüşlər keçirmiş, bu nəqliyyat dəhlizinin açılmasını sürətləndirmək üçün bir sıra məsələləri müzakirə etmiş, birgə müvafiq layihə-axtarış işləri həyata keçirmiş və qarşılıqlı Memorandum imzalamışlar.
Bu istiqamətdə 2001-ci ildən başlayaraq bir sıra işlər görülmüşdür. Layihə ilə bağlı hər üç ölkənin dəmir yollarındə Layihə İşçi Qrupu yaradılıb və üçtərəfli görüşlər davam etdirilir.
- Azərbaycanda Cənubi Koreya hökumətinin iştirakı ilə
sürət qatarının hərəkəti ilə
bağlı layihənin həyata keçirilməsi istiqamətində
proqnozlar nədən ibarətdir?
- İyirminci əsrin sonlarından etibarən Azərbaycan dəmir yolunun xarici ölkələrdəki həmkarları ilə əlaqələri daha da intensivləşməyə başlayıb. Aradan ötən müddət ərzində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirilmiş, bir sıra layihələr reallaşdırılmışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cənubi Koreya Respublikasına dövlət səfəri zamanı imzalanmış memoranduma əsasən Azərbaycanda həyata keçiriləcək bir çox layihələr kimi, nəqliyyat sisteminin yenidən qurulması, inkişaf etdirilməsi və dəmir yolu infrastrukturunun yeniləşdirilməsi də nəzərdə tutulmuşdur. Sonra mütəmadi olaraq Cənubi Koreyanın dəmir yolu, mühəndislik və tikinti şirkətlərindən ibarət işçi qrupu bir neçə dəfə Bakıda səfərdə olmuş, ikitərəfli görüşlər keçirilmiş, dəmir yolunun bir sıra obyektlərə baş çəkmiş, texniki vasitələrlə tanış olmuşlar. Eyni zamanda, ötən səfərlərin birində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində keçirilən görüşdə "Bakıdan Gürcüstan sərhədinədək dəmir yolunun təkmilləşdirilməsi və Azərbaycanda sürətli qatarların tətbiqi layihəsi"nin təqdimat mərasimi olmuş, koreyalı mütəxəssislər ilə dəmir yolları infrastrukturunun yeniləşdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Aradan ötən müddət ərzində Azərbaycan və Koreya dəmiryolçuları arasında ikitərəfli görüşlər daha da intensivləşmiş, qarşılıqlı səfərlər təşkil edilmiş, fikir mübadiləsi aparılmışdır. O ki qaldı Azərbaycanda sürət qatarı layihəsinin həyata keçirilməsində də Cənubi Koreya Respublikasının iştirakına, bu məsələyə bir az geniş aspektdən yanaşmaq lazımdır. Bir az əvvəl Azərbaycan dəmir yolunun Dövlət Proqramı çərçivəsində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı məsələsinə toxunduq. Dəmir yolunun yenidən qurulmasına yönəlmiş bu layihələrin reallaşması Bakı-Böyük-Kəsik istiqamətində yolların yenidən qurulmasına və sürət məhdudiyyətlərinin aradan qaldırılmasına imkan verəcək. Sürət qatarının hazırlanması bu proseslərdən sonra reallaşacaq. "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" üzrə Tender Komissiyasının keçirdiyi tədbirlərdə Cənubi Koreya şirkətləri də yaxından iştirak edir. Layihə çərçivəsində Bakı-Böyük-Kəsik dəhlizi boyu enerji təchizatının əvəz edilməsi, işarəvermə sisteminin yenilənməsi və lokomotivlərin alınması xidmətləri ilə bağlı xidmətlər üzrə məsləhətçi şirkətin cəlb edilməsi məqsədi ilə təkliflər sorğusu proseduru üzrə təqdim olunmuş texniki və maliyyə təkliflərin açılışı olub. Tələb olunan minimum 70 balı toplamış iddiaçıların sırasında Cənubi Koreyanın "KwangMyung Electric Co.LTD" şirkətinin də daxil olduğu şirkətlər qrupu var.
- Dəmir yolu
nəqliyyatında avtomatlaşdırılmış sistemin tətbiqi ilə bağlı
görülən işlər barədə nə deyə bilərsiniz?
- Dəmir yolu çoxşaxəli bir nəqliyyat növü olduğundan burada avtomatlaşdırılmış sistemin tətbiqi mərhələlərlə həyata keçirilən bir proses olmalıdır. 1997-ci ildən etibarən sərnişin təsərrüfatında kompüterləşmiş bilet satışının tətbiqinə start verilib. Təkcə Bakı və Biləcəri qovşaqlarında deyil, artıq xətt boyu yerləşən sərnişin vağzallarında kompüterləşmə başa çatmaq üzrədir. 2010-cu il ərzində biz bu işləri tamam yekunlaşdırmaq, tam avtomatlaşdırılmış bilet satışına keçmək əzmindəyik.
Dəmir yolunun digər sahələrində avtomatlaşdırılmış sistemin tətbiq olunması üçün yaxın və uzaq xarici partnoyrların təcrübəsi öyrənilir, müvafiq ali təhsil ocaqları və elmi-tədqiqat mərkəzləri ilə ikitərəfli əlaqələri daha da intensivləşdirilir, qarşılıqlı təcrübə mübadilələrinin aparılması sürətləndirilmişdir. Cari il aprel ayının 7-də Rostov Dövlət Dəmir Yolları Universitetinin rektoru, akademik Vladimir İvanoviç Kolesnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri elmi-tədqiqat məsələlərində əməkdaşlıq məsələləri müzakirə olunmuş, əlaqələrin daha da genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və digər barədə müzakirələr aparılmışdır. Görüşdə, həmçinin, Rostov Dövlət Dəmir Yolları Universiteti mütəxəssisləri tərəfindən hazırlanan "Qatarların hərəkəti zamanı dispetçer nəzarəti və idarəetməsi" sisteminin təqdimatı olmuşdur. Bu sahədə də araşdırmalarımız davam edir. Dövlət Proqramında sərnişin və yük qatarlarının təhlükəsiz hərəkətinin təmin olunması üçün bütün normalar öz əksini tapıb.
- Azərbaycanda sərnişin
daşınması üzrə yeni
marşrutların açılması
planlaşdırılırmı?
- Həm ölkə daxilində, həm də beynəlxalq istiqamətdə sərnişin daşınmasının böyük bir hissəsi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Hazırda Rusiya Federasiyasının və Ukrayna Respublikasının bir sıra şəhərlərinə sərnişin qatarları və qoşma vaqonlar hərəkət edir.
Yeni sərnişin qatarlarının və qoşma vaqonlarının hazırlanması tələbata uyğun olaraq həyata keçirilir. Daxil olan müraciət araşdırılır, iqtisadi səmərəliliyi öyrənilir və sonra qərar qəbul edilir.
- Arif müəllim,
Kür çayının daşması
ilə müşayiət olunan təbii fəlakət
zamanı Azərbaycanın dəmir yolu
sisteminə də böyük ziyan dəydi. Hal-hazırda dəymiş
ziyanın və itkilərin aradan
qaldırılması istiqamətində həyata keçirilən
tədbirlər hansı mərhələdədir?
- May ayında Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi səbəbindən dəmir yolunun işində də ciddi problemlər yaranmışdır. Bilirsiniz ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Şirvan-Astara sahəsində 9 may saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdır. Suyun bir istiqamətdən digər istiqamətə ötürülməsi üçün Osmanlı-Azadkənd mənzilinin 15-ci, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( iki yerdə) və 24-cü kilometrlərində yarğanlar açılmışdır. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 may 2010-cu ildə "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması" haqqında sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq təxirəsalınmaz işlərə start verildi.
13 iyun 2010-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə Şirvan-Astara sahəsində təmir-bərpa işlərinə başlanıldı. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov dəfələrlə təbii fəlakət zonasında oldu və təmir-bərpa işlərinin sürətlə aparılması üçün hər cür qayğı göstərdi. Mürəkkəb iş şəraitində, dəmiryolçuların gərgin zəhməti nəticəsində yarğanların hamısı bərpa olundu və 4 iyul 2010-cu ildə, müəyyən sürət məhdudiyyəti ilə Şirvan-Astara sahəsində qatarların hərəkəti bərpa olundu. Ərazidə tamamlama işləri aparılır.
Bir faktı da deyim ki, Kür çayında daşqınların qarşısını almaq üçün Araz çayından yeni qolun ayrılması gündəmə gəlmişdi. Bununla bağlı bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zərurəti yarandı. Dəmir yolunun Qırmızıkənd-Cəlilabad mənzilinin 86-cı kilometrində yol yatağının altından beş ötürücü bəndin (diametri 2 metr olan 15 ədəd metal borunun) qoyulmasını həyata keçirdik. Bu, saniyədə 300 kubmetr suyun ötürülməsinə imkan yaradacaq.
- Vaxtaşırı olaraq dəmir yolu nəqliyyatında
tariflərin artırılacağı ilə bağlı məlumatlar
yayılır. Bu məlumatlar nə dərəcədə
realdır və əgər tariflər artırılarsa,
hansı istiqamətləri əhatə edəcək?
- Cəmiyyət arasında dəmir yolu nəqliyyatında tariflərin artırılacağı ilə bağlı məlumatların yayılmasını təbii qarşılamaq lazımdır. Çünki vətəndaşlarımız, ucuz və rahat nəqliyyat növü kimi, dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Faktdır ki, dəmir yolunda daşıma tarifləri aşağıdır. Amma ölkədə tarifləri əlaqədar qurumlar müəyyən edir. Biz, xüsusilə də, sərnişin daşınmasındə tariflərin artırılması ilə bağlı təkliflərimizi vermişik və reallaşacağı təqdirdə, bu təkliflər bütün istiqamətləri əhatə edəcək.
Son olaraq, qeyd etmək istəyirəm
ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan
sonra daha da artıracaq, dövlətimizin və
hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün
potensial imkanlardan səmərəli
istifadə edəcək, onlara
göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət
Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu Öndər Heydər Əliyevin
müəyyən etdiyi və möhtərəm
Prezidentimiz cənab İlham
Əliyevin uğurla davam
etdirdiyi inkişaf
strategiyası nəticəsində "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti
dünyanın inkişaf etmiş
ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.
Arif Əsgərov
Səs.- 2010.- 29 iyul.- S. 5-6.