Azərbaycan dünyanın
turizm-kurort mərkəzinə
çevrilir
Azərbaycanda turizmin inkişafı regionlarının
iqtisadi inkişafının
prioritet istiqamətlərindən
biri kimi qəbul edilib. Beynəlxalq təşkilatların
da rəyinə görə, Azərbaycanda
turizmin həyata keçirilməsi üçün
əlverişli imkanlar
mövcuddur. Son vaxtlar Azərbaycanda hotelçilik və turizm biznesinə sərmayə qoyuluşu turizmin inkişaf tendensiyasını sürətləndirib.
Respublikada turizm bazarının hüquqi əsaslarının
bərqərar edilməsi,
dövlət siyasətinin
prinsiplərinin müəyyənləşdirilməsi
sosial-iqtisadi inkişafı
təmin edən vasitə kimi turizm ehtiyatlarından səmərəli istifadə
üzərində köklənib.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan turizm industriyası 2001-ci ildə ilk dəfə
olaraq Azərbaycanı
tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk əsasında ÜTT-nin Baş Assambleyasına təqdim olunmaqla ölkənin turizm imkanları beynalxalq arenaya çıxarıldı. Ulu
öndər Heydər
Əliyevin strateji dövlət siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanda turizm üçün əlverişli
regionlara sərmayə
qoyuluşunun artırılması
və dövlət proqramalarında
bu sahənin inkişafında maraqlı
olduğunu ortaya qoydu. 2003-cü ildə
"Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında",
2004-cü ildə "Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"
haqqında Prezident fərmanlarında ölkə
iqtisadiyyatının, o
cümlədən, turizm
sektorunun inkişafının
vacibliyi vurğulanır.
Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öncül ölkələrdən biridir.
Bunu dünya görür və etiraf edir. Bu fikir Bakıda keçirilən
İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin turizm nazirlərinin V konfransında
da səslənmişdir.
Ümumdünya Turizm Təşkilatının Baş
katibi Françesko Franjialli zəngin tarixi, maddi-mədəniyyət
abidələri, qeyri-adi
iqlim şəraiti, füsunkar təbiəti
və əsrarəngiz
flora-faunası olan Azərbaycanın beynəlxalq
turizm üçün
olduqca əlverişli
və sərfəli bir məkan olmasını və burada dünya standartlarına cavab verən abadlıq-quruculuq
işlərinin görülməsini
xüsusi qeyd etmişdir. O, rəhbərlik
etdiyi təşkilatın
fəaliyyətindən danışaraq,
bildirib ki, son beş ildə
beynəlxalq turizm çox çətin və qeyri-müəyyən
şəraitdə inkişaf
etmişdir. Dünyada
baş verən hadisələr, terror aktları, münaqişələr,
epidemiyalar, təbii fəlakətlər turizm sənayesinin inkişafına
ciddi maneə yaratmışdır. Buna baxmayaraq, dünyada insanların turizmə, səyahətə böyük
marağı dəyişilməz
olaraq qalır.
Zəngin təbiəti, əlverişli geopolitik mövqeyi, qonaqpərvər
insanları ilə seçilən Azərbaycanda
son illər turizmin inkişafı ilə bağlı bir sıra addımlar
atılıb. Azərbaycanın
turizm potensialının
güclənməsi sosial-iqtisadi
dirçəliş fonunda
indi daha aydın duyulur. Prezident İlham Əliyev turizmi milli mədəniyyətin
tərkib hissəsi kimi dəyərləndirərək
bu sahədə həyata keçirilən
dövlət siyasətini
təkmilləşdirmək məqsədilə 2006-cı il
yanvarın 30-da yeni dövlət qurumunun - Mədəniyyət və
Turizm Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. Eyni
zamanda, dövlət başçısının fərmanı
ilə mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilməsi bu nazirliyə həvalə olunmuşdur.
İndiyədək təsnifatdan
keçmiş mehmanxana
və mehmanxana tipli obyektlərin 172-si lisenziya alıb, onlardan 46-sı ulduzlu, o cümlədən, 10-u beşulduzludur, 20-si dördulduzludur.
Turizm şəbəkəsində
çalışan kadrlar
yetişdirəcək yeni
Turizm İnstitutunun bu sahənin inkişafına köməyi
olacaqdır.
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında
kurortların inkişafı
üzrə Dövlət
Proqramı" ölkəmizdə
yaxın gələcəkdə
turizm-kurort sahələrinin
planlı surətdə
inkişaf etdirilməsinə
və səmərəli
istifadəsinə zəmin
yaradır. Ölkədə
xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə
də, sosial turizmin - aztəminatlı ailələrin, əlillərin
istirahət və sağlamlıqlarının bərpasına
yönələn turizmə
önəm verilir. Turizmin bu növlərinin
genişlənməsində Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,
Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar təşkilatlar
dövlətimizin siyasətini
uğurla həyata keçirirlər. Bakıda,
Gəncədə, Naxçıvanda
və ölkənin digər şəhərlərində
xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellərin fəaliyyət
arsenalı genişləndirildi.
Respublikamızın bütün
regionlarını əhatə
edən 100-dən artıq
turizm firması xarici turistlərin qəbulu və turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin
hotellərdə yerlərin
ümumi miqdarı
5000-dən artıqdır. Turizm
üçün əlverişli
regionlarda müasir səviyyəli özəl
müalicə və istirahət mərkəzləri
istifadəyə verilib.
Respublikamıza gələn
xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
Ölkədə turizmin inkişafının uzunmüddətli
strategiyanın ən mühüm tərkib hissələrindən biri
regionlarda mehmanxana potensialının gücləndirilməsidir.
Belə ki, 2016-cı ildə mehmanxana, motel və digər
bu tipli obyektlərdə yerlərin
sayı mövcud 24 mindən 150 minə çatdırılması nəzərdə
tutulur. Yerlərin artırılması ilə
yanaşı, eyni zamanda, infrastruktur obyektləri - əyləncə
mərkəzləri, idman
kompleksləri, restoranlar,
hovuzlar və saunaların qabaqcıl formalara uyğunlaşdırılması
nəzərdən keçirilir.
Paralel olaraq iri regional və
lokal rekrasion zonaların inkişafı
üçün nəqliyyat
və mühəndis kommunikasiyalarının yaradılması,
reklam lövhələrinin
qurulması, habelə,
müvafiq turist marşrutları üçün
yardımçı infrastruktur
yaradılması diqqət
mərkəzindədir. Turist
obyektlərinin ümumi
heyətlərinin təhsili
və treninqləri sisteminin təkmilləşdirilməsi
də sənədin prioritet istiqamətlərindəndir.
E.HACIYEV
Səs.- 2010.- 29 iyul.- S. 7.