Müstəqil mətbuatın
formalaşması ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır
Prezident İlham Əliyevin Sərəncamı ilə
mətbuat nümayəndələrinə fəxri adların
verilməsi, qəzet və agentliklərə birdəfəlik
yardımların edilməsi ilə bağlı "Səs"
qəzeti növbəti dəyirmi masa keçirib
Ölkənin ictimai-siyasi və sosial həyatında
böyük əhəmiyyət kəsb edən və ictimai
maraq doğuran məsələlər ətrafında "Səs"
qəzeti tərəfindən təşkil olunan dəyirmi
masalarda hökumət və dövlət nümayəndələrinin,
millət vəkillərinin iştirakı ilə müzakirələrin
qurulması cəmiyyətdə
böyük maraqla izlənməkdədir. Azərbaycan Milli Mətbuatının
135 illiyinin yüksək səviyyədə qeyd olunması ilə
bağlı Prezident İlham Əliyevin vermiş olduğu Sərəncam,
ölkəmiizin bir sıra bölgələrində
keçirilən silsilə tədbirlər, jurnalistlərə
fəxri adların verilməsi və qəzet redaksiyalarına,
informasiya agentliklərinə birdəfəlik yardımların
edilməsi media nümayəndələri və ölkə
ictimaiyyəti tərəfindən dövlətimizin mətbuata
yüksək diqqət və qayğısının bariz
nümunəsi kimi qiymətləndirilir. Məhz bu baxımdan
da, "Səs" qəzetində keçirilən növbəti
dəyirmi masanın da mövzusu bu məsələlər ətrafında
oldu.
Dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Bəhruz Quliyev, "AzərTAc"ın baş direktor müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov, "Bakı Xəbər" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Aydın Quliyev, "İki Sahil" qəzetinin baş redaktorunun birinci müavini, əməkdar jurnalist İsmayıl Hacıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Elçin Mirzəbəyli, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, "Tərəqqi" medalı mükafatçısı Zemfira Məhərrəmli, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, "Azərbaycan" qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Xalid Niyazov iştirak edirdi.
Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzetinin yaranması ilə Azərbaycan milli mətbuatının əsasının qoyulduğunu bildirdi. Qeyd etdi ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "İntibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı. Elə bu məqsədlə də ulu öndərimiz Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurularaq, sonradan ləğv edilməsi ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafının və gələcək perspektivini təmin etmişdir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına böyük diqqət və qayğı davam etməkdədir. Mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin birbaşa səyi nəticəsində KİV-lərə birdəfəlik yardımların edilməsi və ən nəhayətdə, KİV-in inkişafına dair Dövlət Dəstəyi Fondunun yaradılması və Mlli Mətbuatın 135 illik yubileyinin qeyd olunması barədə Sərəncamı, mətbuat nümayəndələrinə fəxri adların verilməsi, qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik yardımların edilməsi, jurnalsitlərin soial şəraitinin yaxşılaşdırılması ilə bağlı verilmiş sərəncamlar media nümayəndələri və ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Məhz bu amillər də ölkəmizdə mətbuatın imkanlarını daha da genişləndirəcəkdir. Ona görə də, bu gün Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır."
Bəhruz Quliyev dəyirmi masa iştirakçılarına məhz cənab Prezident İlham Əliyevin milli mətbuat günü ilə bağlı vermiş olduğu sərəncamlardan irəli gələn məsələlərin media təmsilçiləri üzərində qoymuş olduğu vəzifələr ətrafında müzakirələrin aparılmasının vacibliyini bildirdi.
"Səs" qəzetinin əməkdaşı:
- Cənab Prezident
İlham Əliyevin milli
mətbuat günü ilə bağlı vermiş olduğu sərəncamları
dövlətimizin bir daha
azad sözə, müstəqil mətbuata
olan diqqət və qayğısı kimi dəyərləndirmək olarmı?
AZƏRBAYCAN MƏTBUATI TARİXİN
HEÇ BİR DÖVRÜNDƏ OLMADIĞI TƏRZDƏ DÖVLƏTİN
QAYĞISI İLƏ ƏHATƏ OLUNUB
Hikmət Babaoğlu:
- İlk olaraq, Azərbaycanın media ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ürəkdən təşəkkürümü bildirirəm. Hər kəsin bildiyi kimi, Azərbaycan mətbuatı böyük bir tarixi yol keçib. Məhz mətbuatımızın keçmiş olduğu bu tarixi yol keşməkeşlərlə zəngin olub. Çünki zaman keçdikcə mətbuatın üzərinə düşən funksiya və vəzifələr dəyişib. Eyni zamanda, mətbuat ayrı-ayrı vaxtlarda müxtəlif ideologiyalara xidmət edib. Amma bütün bunlara baxmayaraq, bu gün mətbuatımızın qürur duyduğu bir məsələ ondan ibarətdir ki, Azərbaycan mətbuatı milli mənafelərə, dövlətçiliyimizə xidmət edir. Burada ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan mətbuatı tarixin heç bir dövründə olmadığı şəkildə dövlətin qayğısı ilə əhatə olunub. Bir mətbuat nümayəndəsi olaraq ölkə başçısı tərəfindən imzalanmış sərəncamlarda da bunu aydın şəkildə görmək mümkün olur. Qeyd edim ki, iyul ayının 22-də Milli Mətbuat Günü ilə bağlı cənab Prezident İlham Əliyev 3 Sərəncam imzaladı. Bu sərəncamlar Azərbaycan mətbuatının 3 sahədə olan böyük problemlərini həll etmiş oldu. Eyni zamanda, Azərbaycan mətbuatının inkişafına xidmət göstərəcək üç istiqamətin əsas yollarını açdı. Bunlardan biri Azərbaycan media mənsublarının mükafatlandırılması idi. Jurnalistlərin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif edilməsi Azərbaycan media mənsublarının əməyinə qiymətin bariz nümunəsi kimi dəyərləndirilir. Çünki jurnalist əməyi intellektual əməkdir. Bütün çətinliklərinə baxmayaraq, jurnalist əməyi, həmçinin, böyük bir məsuliyyət hissi deməkdir. Məhz bu faktorun dövlət tərəfindən qiymətləndirilməsi Azərbaycan mətbuat tarixində böyük bir hadisədir. Bir məsələni də xüsusi olaraq qeyd edim ki, ölkəmizdə bu ənənənin yaradıcısı ulu öndərimiz Heydər Əliyev olmuşdur. 1993-cü ilə qədər Azərbaycan mətbuatının keçdiyi yolu izləyən hər bir kəs görürdü ki, o dövrdə baş verən xaos və anarxiya mətbuata da sirayət etmişdir. Məhz o illərdə Azərbaycan mətbuat tarixində olmayan mənfi tendensiyalar və mənfi ənənələr formalaşmışdır. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün ölkə mətbuatı o zərərli ənənələrdən hələ də tam xilas ola bilməyib. Qeyd etmək lazımdır ki, bu gün "reket jurnalistika" kimi adlandırdığımız jurnalistikanın əsası da o dövrdə qoyulmuşdur. Eyni zamanda, jurnalistikanın və mətbuatın həddən artıq siyasiləşməsi həmin dövrlərə təsadüf edir. Qeyri-etik ibarələrin, təhqirlərin mətbuata yol açması, mətbuatın dilinin pozulması, ədəbi üslubun kobud şəkildə sıradan çıxarılması, ləhcələrin və jarqonların mətbuata ayaq açması da 1993-cü ilə qədər olan dövrdə Azərbaycan mətbuat tarixində olmuş bir hadisədir. 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində mətbuatda böyük təmizləmə prosesi getdi. Eyni zamanda, mətbuata olan dövlət himayəsi, diqqət və qayğı durmadan artmağa başladı. Məhz bütün bunlar isə sonrakı mərhələdə mətbuatın saflaşması, inkişafı, təkmilləşməsi və peşəkarların mətbuata gəlməsi prosesləri həyata keçirildi.
"Səs" qəzetinin əməkdaşı:
- Dövlət-vətəndaş
cəmiyyəti münasibətlərinin qurulmasında Mətbuat
Şurasının rolunu yetərli hesab etmək olarmı?
DÜNYADA AZƏRBAYCANDAN BAŞQA
İKİNCİ BİR DÖVLƏT MÖVCUD DEYİL Kİ,
MƏTBUATA BU QƏDƏR DİQQƏT VƏ QAYĞI İLƏ
YANAŞSIN
Vüqar Rəhimzadə:
- Demokratiyanın vacib amillərindən biri olan azad mətbuatın inkişafı daim dövlətin diqqətindədir. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. "Mətbuat cəmiyyətin güzgüsü, həqiqətin carçısıdır" söyləyən ümummili lider Heydər Əliyev, eyni zamanda, bildirirdi ki, "jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir". Ulu öndərin uğurlu siyasəti nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət göstərilən məsələlərdən olub. Ulu öndərin, eyni zamanda, bu siyasi kursun uğurlu davamçısı cənab İlham Əliyevin müxtəlif istiqamətləri əhatə edən fərman və sərəncamlarına diqqət yetirməklə azad mətbuatın inkişafına göstərilən diqqətin bir daha şahidi olarıq.
Milli Mətbuatın 135 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, 32 qəzet redaksiyasının hər birinə 20 min manat birdəfəlik maliyyə yardımı ayrılması, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Sərəncamın imzalanması dövlətin mətbuata qayğısının bariz təcəssümüdür. Yubiley günündə Mətbuat Şurasının yeni binasının açılış mərasimində Prezident İlham Əliyevin iştirakı da bu diqqətin göstəricisidir. Bu diqqət və qayğı mətbuat nümayəndələrini daha da ruhlandırır, obyektivlik, gerçəklik prinsiplərini əldə əsas tutaraq, daha sanballı yazılar ortaya çıxarmalarına stimul verir. Mətbuat tarixində, ilk dəfə olaraq, cənab Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı bu sahənin əməkdaşları tərəfindən daha böyük sevinclə qarşılandı. Sərəncamda da Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, daim dövlətin diqqət və qayğısı ilə əhatə olunması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi xüsusi qeyd edilir. Sənədə əsasən, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Sözsüz ki, bu, böyük diqqət və qayğıdır. Hər bir sahədə yüksək nəticələrin əldə olunması, ilk növbədə, işçilərin sosial vəziyyətindən, onlara göstərilən diqqət və qayğıdan asılıdır. Bu baxımdan da, tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək bu Sərəncamı mətbuat işçilərini daha səylə çalışmağa, üzərlərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirmələrinə geniş imkanlar yaradacaq. Bu addım, eyni zamanda, belə bir həqiqəti də ortaya qoyur ki, dövlətin iqtisadi siyasətinin əsasında bütün kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həlli dayanır. Maliyyə imkanları artdıqca hər bir sahənin əməkdaşları bu inkişafı, tərəqqini özünün gündəlik həyatında, sosial vəziyyətinin yaxşılaşmasında hiss edirlər. Bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını əks etdirən, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayan mətbuatın inkişafı öndədir. Bütün bu sadalananlara rəğmən Azərbaycan mətbuatının inkişafına və mətbuat nümayəndələrinin böyük qiymətlərə layiq görülməsinə görə cənab Prezident İlham Əliyevə bütün mətbuat işçiləri adından minnətdarlıqlarımızı çatdırırıq. Eyni zamanda, "Səs" qəzetinin rəhbərliyinə öz minnətdarlığımı çatdırıram ki, belə bir mövzu ətrafında müzakirələr təşkil edib. Ölkə başçısı tərəfindən Azərbaycan mətbuatına və mətbuat nümayəndələrinə göstərilən bu diqqət və qayğıya görə bütün mətubat nümayəndələrini və ölkə ictimaiyyətini təbrik edirəm. Çünki bu, təkcə bir qrup mətbuat nümayəndəsinin təltif edilməsi demək deyil, eyni zamanda, bütövlükdə Azərbaycan jurnalistikasına verilən böyük bir diqqətdir. Bu gün bu reallıqları nəzərə alaraq, onu demək olar ki, hazırda dünyada ikinci bir dövlət mövcud deyil ki, mətbuata bu qədər diqqət və qayğı ilə yanaşsın. Mətbuat Şurası ilə bağlı səsləndirilən fikirlərə gəldikdə isə, onu qeyd etmək olar ki, bu təşkilat 2003-cü ildə yarandığı dövrdən bu vaxta qədər kifayət qədər uğurlu layihələr həyata keçirib. Jurnalistlərin peşəkarlığının artırılması, dilin saflığının qorunması, beynəlxalq əməkdaşlıqla bağlı kifayət qədər uğurlu layihələr həyata keçirib. Bundan əlavə, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında səsləndirdiyi fikirlər də, bizlərin üzərinə daha böyük vəzifələr qoymuş oldu. Bu baxımdan da, cənab Prezidentin nitqindən irəli gələn bütün müddəaların tam həyata keçirilməsi üçün böyük zəruri işlərin reallaşması mümkündür. Reket jurnalistika ilə bağlı olan məsələlər də Azərbaycan cəmiyyətini düşündürən amillər sırasındadır. Çünki bu, Azərbaycan mətbuatına xas olmayan bir tendensiyadır. Məhz mətbuat adına yaraşmayan əməllərlə məşğul olan insanların yaranmış şəraitdən sui-istifadə hallarına yol verməsi mənfi halların baş verməsi kimi qimyətləndirilir. Ona görə də, MŞ tərəfindən bu cür hallara qarşı böyük uğurlu işlər həyata keçirilir. Artıq təxminən 103 qəzet MŞ-nin qara siyahısına düşüb. Eyni zamanda, zəruri olan bütün işlər də uğurla davam etdirilməkdədir. Bununla bağlı, fevral ayından MŞ-dən apellyasiya qrupu artıq fəaliyyətə başlayıb. Çünki öz fəaliyyətlərində neqativ halları aradan qaldırmış qəzetlərin işinə baxmaq üçün bu qrup müəyyən monitorinqlər və araşdırmalar apardıqdan sonra konkret qərar qəbul edəcəkdir.
"Səs" qəzetinin əməkdaşı:
- Elçin
müəllim, qəzetlər üçün
digər bir vacib məsələ
də reklamdır. Xüsusən də, cənab Prezidentin bu məsələ
ilə bağlı səsləndirdiyi fikirlərdən sonra qəzetlərdə reklam
sahəsində dəyişikliklərin olmasını necə
xarakterizə edərdiniz?
AZƏRBAYCAN DÖVLƏTİ ÖZ
MEDİASINA SAHİB DURMAĞA, ONA HƏR ZAMAN DƏSTƏK
VERMƏYƏ HAZIRDIR
Elçin Minzəbəyli:
- İlk növbədə, onu da qeyd edim ki, ölkə başçısının Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı vermiş olduğu bütün sərəncamlar mətbuatın inkişafına xidmət göstərir. Ona görə biz də, öz növbəmizdə, cənab Prezidentə bu dərəcədə yüksək qiymətə görə dərin təşəkkürlərimizi bildiririk. Çünki bu sərəncamlarla Azərbaycan Prezidenti, Azərbaycan dövləti mətbuata olan münasibətini birmənalı şəkildə ortaya qoymuş oldu. Eyni zamanda, ölkə başçısı tərəfindən milli mətbuat günündə həm cəmiyyətə, həm mətbuat nümayəndələrinə, həm də beynəlxalq ictimaiyyətə çox önəmli mesajlar çatdırıldı. Məhz bu faktor da sübut etdi ki, Azərbaycan dövləti öz mediasına sahib durmağa, ona hər zaman dəstək verməyə hazırdır. Bu baxımdan da verilmiş olan mesajlar mətbuat nümayəndələri və biznes mühitində çalışan insanlar tərəfindən də yüksək səviyyədə dəyərləndiriləcək. Bütün bunlar isə reklam bazarının liberallaşdırılması istiqamətində ciddi addımların atılmasına səbəb olacaq. Digər tərəfdən xüsusi bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, baş verən proseslər, imzalanan sərəncamlar, keçirilən bütün tədbirlər, əsasən, Azərbaycan mətbuatının özünəməxsus ənənələr üzrə inkişafını nümayiş etdirdi və sübuta yetirdi. Onu da qeyd edim ki, Prezident İlham Əliyev Mətbuat Şurasının yeni inzibati binasının açılışında çox önəmli məqamlara toxundu. Bu məqamlarda Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı mətbuata verilən mesajlar, xüsusilə, bu gün torpaqları işğal altında olan bir ölkə üçün çox mühüm əhəmiyyət kəsb edir. İkinci bir məqam isə Azərbaycan mətbuatının öz tarixinə, Həsən bəy Zərdabi ənənələrinə, milli-mənəvi dəyərlərimizə söykənərək, inkişaf etdirilməsidir. Bütün bunlar isə Azərbaycan mətbuatının gələcək strateji hədəflərini göstərən olduqca önəmli mesajlardır. Məhz bu fikirlərə istinad edərək, mətbuat Azərbaycan dövlətinin, milli maraqlarımızın, mədəniyyətimizin qorunması istiqamətində öz əlindən gələni əsirgəməməlidir. Çünki mətbuatın əlində çox böyük önəmli qüvvə var. Bu, ilk növbədə, ictimai rəyə təsir göstərməkdir.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI,
TAPDIQ QURBANLI
Səs.- 2010.- 29 iyul.- S. 8-9.