Azərbaycanda sosial-iqtisadi siyasət ölkəmizi dinamik inkişaf yoluna çıxarıb

 

Bazar iqtisadiyyatı prinsiplərinin Azərbaycanda bərqərar olması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqlarının uzlaşması ölkənin iqtisadi inkişafında başlıca rol oynayır.

Ölkənin iqtisadi inkişafında neft strategiyasından səmərəli istifadə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Xarici ticarətdə dövlət inhisarının ölkəmizdə ləğv edilməsi, bu fəaliyyət sferasının liberallaşdırılması, bazar mexanizmlərindən istifadə geniş imkanlar açır. Respublikanın ixracat potensialının əsasını təşkil edən strateji əhəmiyyətli malların (neft, neft məhsulları, pambıq mahlıcı, qara əlvan metallar, bir sıra kimya məhsulları s.) bütün hüquqi şəxslər tərəfindən sərbəst ixrac olunmasına icazə verilir. Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir.  Bunun nəticəsidir ki, zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi digər əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ötən 6 ayda Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,7, o cümlədən, neft sektorunda 2,4, qeyri-neft sektorunda 15,3 faiz artmışdır. İnflyasiya cəmi 4,9 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 9,7 faiz, banklardakı əmanətləri 29 faiz artmışdır. İlin əvvəllərindən ölkənin valyuta ehtiyatlarının 4 milyard dollar artaraq 20 milyarddan 24,7 milyard dollara yüksəlməsi də hökumətin fəaliyyəti ilə bağlı kifayət qədər dolğun təəssürat yaradır. 2010-cu ilin ötən 6 ayında əldə olunmuş uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik işlək fəaliyyət mexanizmlərinə əsaslandığını, habelə, qlobal böhranın respublikamız üçün tamamilə geridə qaldığını söyləməyə ciddi əsaslar verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiya ölkəmizi dinamik inkişaf yoluna çıxarması, uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyasına əsaslanır. İqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın daha da sürətli inkişafına səbəb olmuş, insanların sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxarmışdır. Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil müəyyənləşdirən dövlət başçısı rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, iqtisadiyyatın sürətli inkişafına çalışmış bu sahədə həlledici uğurlara imza atmışdır.

Azərbaycanın büdcəsində sosialyönümlü xərclərin artırılması da iqtisadiyyatda bu sahənin dominantlıq təşkil etdiyini bir daha təsdiqləyir. 2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin altı ayında dövlət büdcəsindən sosial müdafiə sosial təminat xərclərinə 14,8 faiz çox vəsait yönəldilmişdir. Eyni zamanda, ötən müddətdə icra olunmuş dövlət büdcəsi xərclərinin 1 milyard 363 milyon manatı ya 27,7 faizi sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyə təminatına yönəldilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 83,0 milyon manat ya 6,5 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqram tədbirlərin, əmək haqlarının, pensiyaların, təqaüdlərin stabil maliyyələşməsi təmin edilmişdir.

Dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcənin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını digər tədbirləri nəzərdə tutur. Nazirlər Kabinetinin son iclası bir daha göstərdi ki, Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə , sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlmişdir. Dövlət başçısı İlham Əliyev tərəfindən sosial-liberalizm xəttinə üstünlük verməklə, sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yeni sosial obyektlər - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi uğurla aparılmışdır. Əldə edilən nəticələr bölgələrimizdə əhalinin mədəni-intellektual potensialının güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin yüksəlməsinə müsbət təsir göstərmişdir. İnsan amilinin inkişafına xidmət edən informasiya kommunikasiya texnologiyalarının yüksək səviyyədə təminatı da Dövlət Proqramında əksini tapır. Azərbaycan Prezidenti bölgələrin inkişafına xidmət edən kompleks tədbirlərin, xüsusilə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ardıcıl surətdə həyata keçirilməsi ilə əlamətdar olmuşdur. Bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmaq, bu sahədə balansa nail olmaq Prezidentin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrinə ardıcıl səfərləri zamanı dövlət başçısı proqramın icrası vəziyyəti ilə yerində tanış olmuş, görülən işlərin səmərəliliyini artırmaq üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, Azərbaycanda iqtisadi modernləşmənin başlıca şərti hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Respublika əhəmiyyətli magistral yolların təmiri, bölgələrin elektrik enerjisi, işıq, qaz, su kimi problemlərinin həlli, kommunal xidmət sferasında mütərəqqi islahatların aparılması kimi tədbirlər bütövlükdə Azərbaycan vətəndaşlarının firavan rahat yaşayışının təmin edilməsi məqsədindən irəli gəlir.

 

 

ELŞAD HACIYEV

 

Səs.- 2010.- 31 iyul.- S. 4.