Hüseyn Cavidin ev-muzeyi zənginləşir

 

Azərbaycanın mütəfəkkir şairi, dramaturqu filosofu Hüseyn Cavidin irsinin araşdırılmasında onun ev-muzeyinin xüsusi rolu var. Muzeyin fəaliyyət istiqamətinə dramaturqun oğlu bəstəkar, şair, tənqidçi yazıçı Ərtoğrul Cavidin ədəbi elmi irsinin tədqiqi təbliği aiddir. Muzeydə bu yöndə bir sıra yeniliklər baş verib. Hüseyn Cavidin ev-muzeyində 10 minədək eksponat var. Bu eksponatlar muzey fondunda qorunub-saxlanılır. Əsası şairin qızı Turan Cavid tərəfindən qoyulan muzeyin fondu tədqiqat işlərinin aparılması nəticəsində zənginləşdirilir. Mədəniyyət ocağı dramaturqun bir sıra əsərlərinin yeni nəşrini hazırlıyıb. Bunlardan "Topal Teymur" əsərinin kitab şəklində nəşrini göstərmək olar. Yeni nəşr Əmir Teymurun 674-cü ildönümü Hüseyn Cavidin "Topal Teymur" əsərini yazmasının 85 illiyi ilə bağlı Özbəkistanda keçirilən tədbirdə təqdim olunub. Eyni zamanda, ədibin Abdulla Şaiqlə birgə yazdığı Azərbaycanda ilk ədəbiyyat nəzəriyyəsi kitabı da bərpa olunub. 1919-cu ildə çap olunan toplu "Azərbaycan dərsləri" adlanır. 37-ci ildə Azərbaycan ədəbiyyatının söz fikir zadəganının əsərləri müsadirə olunduğu vaxtda həmin kitab da yoxa çıxdı. Lakin dərsliyin bir nüsxəsi Hüseyn Cavidin qızı Turan xanım tərəfindən qorunub saxlanılıb. Ərəb əlifbası ilə yazılan dərsliyin yeni nəşri çap olunaraq təhsil ocaqlarına paylanıb. Daha bir toplu, "Hüseyn Cavid hikməti" adlı seçmə aforizmlərdən ibarət miniatür kitab da nəşr olunub. Hüseyn Cavid Ərtoğrul Cavid irsinin tədqiqi təbliği yönündə növbəti isə böyük bir proyekt üzərindədir. Belə ki, muzeyin arxivində saxlanılan Ərtoğrul Cavidin topladığı Azərbaycanın qeyri-maddi irs nümunələri nəşrə hazırlanır. Nazirlər Kabinetinin sərəncamına əsasən çap olunacaq materiallar əlyazmalardan ibarətdir. Müxtəlif rayonlardan toplanan materiallar içərisində "Balaban məktəbi" kitabı xüsusilə seçilir. Toplu Üzeyir Hacıbəyli Bülbülün rəhbərliyi ilə, Ərtoğrulun iştirakı ilə çapa hazırlanıb. Lakin 1941-ci ildə Azərbaycan xalq musiqi alətinin tələbələrə öyrədilməsindən bəhs edən toplunun nəşri müəyyən səbəblərdən dayandırılıb. Nəşrlərin oktyabrda, Hüseyn Cavidin Ərtoğrul Cavidin doğum günündə təqdim olunması gözlənilir. Qeyd edək ki, muzeydəki yeniliklərə arxivin elektron variantının da işlənib hazırlanması daxildir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 31 iyul.- S. 12.