Böyük gələcəyə
kiçiklərlə...
1 iyun Uşaqları Beynəlxalq Müdafiə
Günüdür
1 iyun- Uşaqları Beynəlxalq Müdafiə
Günüdür. Keçmiş
Sovetlər Birliyində
bu tarix 1949-cu ildən uşaq bayramı kimi qeyd edilirdi. Həmin il iyunun 1-də keçirilən qadınların
beynəlxalq konfrasında
uşaq hüquqlarının
təmin edilməsi ilə bağlı təkliflər səslənib
və iyunun 1-ni uşaqların müdafiəsinə
həsr etmək qərara alınıb.
Bundan sonra həmin gün Uşaqları Beynəlxalq
Müdafiə Günü
kimi tarixə düşüb. BMT 1989-cu ildə
"Uşaq hüquqları
haqqında" Konvensiyanı
qəbul edib. Hazırda 190 dövlət
həmin konvensiyaya qoşulub.
Azərbaycan parlamenti "Uşaq hüquqları haqqında" Konvensiyanı
1992-ci ildə ratifikasiya
edib. Bu, uşaq hüquqlarının
həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması
və qorunması deməkdir. Həmin sənəd uşaq hüquqlarının müdafiəsi,
onların sağlamlığı,
qida ilə təminatında dövlətlərin
bir-birinə qarşılıqlı
yardım göstərməsinə
imkan verir. Eyni zamanda, konvensiyaya
uşaqların münaqişələrdə
iştirakına imkan verməmək, onların hüquqlarını müdafiə
etmək barədə
maddə daxil edilib".
Ermənistanla müharibə
şəraitində olan
Azərbaycan üçün
bu sənəd böyük önəmə
malikdir. Çünki
müharibə zamanı
91 nəfər uşağımız
itkin və girov düşüb. Konvensiyaya qoşulmaqla beynəlxalq aləmdə bu məsələ ön plana çəkildi
və nəticədə
girov düşmüş
uşaqların hamısı
azad edildi. 61 nəfər itkin uşağın taleyi isə hələ də bəlli deyil.
Hazırda ölkəmizdə
3,5 milyon uşaq yaşayır. Onların
10 faizini qaçqın
və məcburi köçkün uşaqlar
təşkil edir. Ermənistanın təcavüzü
nəticəsində maddi
və mənəvi ziyan çəkən on minlərlə uşaq isə qaçqın və məcburi köçkün
statusu ilə çətin şəraitdə
yaşayır. Araşdırmalar
göstərir ki, təhsildən yayınaraq
küçəyə düşən,
ölən uşaqların
əksəriyyəti məhz
həmin ailələrdən
çıxır.
"Küçə uşaqları"
problemi bütün dünya üçün aktual məsələdir. Bir çox inkişaf etmiş ölkələrdə onların
hüquq və azadlıqların qorunur. Son vaxtlar Azərbaycanda
da həmin uşaqların müdafiə
olunması və onlara qayğı göstərilməsi geniş
vüsət alıb. Burada Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşmərmalı səfiri
Mehriban xanım Əliyevanın böyük
xidmətləri var. Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələr
bu sahədə xeyli problemlərin həllinə səbəb
olub.
Azərbaycan Respublikası 21 iyul 1992-ci
il tarixli və 236 saylı qanunla BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını
ratifikasiya edib. 2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş
Minilliyin Sammitində isə Azərbaycan Prezidenti İlham Əliyev bu konvensiyanın "Uşaqların
silahlı münaqişəyə
cəlb olunması"
və "Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası"
üzrə Fakultativ Protokollarını imzalayıb.
1993-cü ildə ölkəmiz "Uşaqların
yaşaması, müdafiəsi
və inkişafının
təmin edilməsi haqqında" 1990-cı il
30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə
qoşulub. 2002-ci ilin mayında Azərbaycanın
nümayəndə heyəti
BMT-nin Baş Assambleyasının uşaqlara
həsr olunmuş xüsusi sessiyasında fəal iştirak edib.
2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının
"Uşaq əməyinin
ən pis formalarının ləğv
edilməsi" haqqında
182 saylı Konvensiyası
və eyniadlı 190 saylı Tövsiyəsinə,
həmçinin, Beynəlxalq
Övladlığa Götürməyə
dair Haaqa Konvensiyasına qoşulub.
Ölkəmizdə uşaqların
sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya,
qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanunudur.
Bu qanun uşaqların beynəlxalq
səviyyədə təsbit
olunmuş əsas hüquq və azadlıqlarını, eləcə
də, bu hüquqların reallaşdırılması
üçün dövlətin
vəzifələrini özündə
əks etdirir.
Azərbaycanda uşaq siyasətinin həyata keçirilməsinə məsul
əsas mərkəzi
icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini
həyata keçirən
dövlət orqanıdır.
Mövcud yerli və beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq ölkədə uşaqların müdafiəsi
və onların rifahının yaxşılaşdırılması,
hüquq və azadlıqlarının təmin
edilməsi, eləcə
də, uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi
vəzifələrini
daşıyır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq
hüquqlarının müdafiəsi
təkcə müvafiq
qanunvericilik aktlarının
qəbul edilməsi ilə yekunlaşmayıb,
konkret tədbirlərin
həyata keçirilməsi
yolu ilə reallaşmaqdadır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının
həyata keçirilməsi
"Yoxsulluğun Azaldılması
və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası"nda öz əksini
tapıb, məktəblilər
üçün dərsliklərin
pulsuz təmin olunması, dərs proqramlarının təkmilləşdirilməsi, yeni
məktəblərin tikintisi,
səhiyyə xidmətlərinin
keyfiyyətinin artırılması
istiqamətində mühüm
işlər görülüb.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi
istiqamətində atılmış
ən mühüm addımlardan biri "De-institusionalizasiya və ya alternativ qayğı
üzrə Dövlət
Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi olub. Proqram Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə
təsdiqlənib. Proqram
çərçivəsində xeyli uşaq ailələrə verilib, bəziləri isə öz bioloji valideynlərinə qaytarılıb.
Kövrək qruplara aid olan digər
bir qrup- qanunla ziddiyyətdə olan uşaqlarla işin aparılması istiqamətində də ölkə hökuməti
tərəfindən beynəlxalq
təşkilatların dəstəyi
ilə mühüm işlər görülüb.
Son illərdə qanun pozuntusu törətmiş və təcridxanalarda yerləşən
uşaqların məişət
və sosial həyat şərtləri
əhəmiyyətli dərəcədə
dəyişib. Təcridxanalarda
olan uşaqlar, mütəmadi olaraq, Prezidentin əfv fərmanlarına salınırlar.
Azərbaycan Respublikası
uşaq hüquqlarının
müdafiəsi sahəsində
bir sıra beynəlxalq təşkilatlarla,
xüsusilə də,
BMT-nin Uşaq Fondu- UNİCEF-lə sıx əməkdaşlıq
edir. Azərbaycan hökuməti uşaq hüquqları sahəsində
beynəlxalq səviyyədə
götürdüyü öhdəliklərin
yerinə yetiriməsinə
xüsusi önəm verir. Təsadüfi deyil ki, Prezident
İlham Əliyevin sərəncamı ilə
2009-cu il Azərbaycanda
"Uşaq ili" elan edilmişdi və ötən il bu istiqamətdə
xeyli tədbirlər həyata keçirildi. Bu il də
belə tədbirlər
və layihələr
davam edir.
Prezident yanında QHT-lərə Dövlət
Dəstəyi Fondunun ayırdığı qrantlar
hesabına bir sıra qeyri-hökumət
təşkilatları da
müvafiq layihələr
həyata keçirirlər.
Azərbaycanda uşaqlar
təkcə "Uşaq
ili"ndə deyil, bütün illlərdə
dövlət qayğısını
öz üzərlərində
hiss etməlidirlər.
Uşaqların böyük
dostu Prezident İlham Əliyevin sözləri ilə desək, "Azərbaycanda
uşaqlara dövlət
qayğısı həmişə
daxili siyasətin prioritet istiqamətlərindən
biri olacaqdır".
Elçin Bayramlı
Səs.- 2010.- 1 iyun.- S. 3.