1 İyun Uşaqları Beynəlxalq
Müdafiə Günüdür
Azərbaycanda bu ilin ilk aylarında 48,4 min körpə dünyaya gəlib, onlardan 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir
1 İyun Uşaqları Beynəlxalq Müdafiə
Günüdür. 1950-ci il
iyunun 1-də BMT Baş
Assambleyası tərəfindən
təşkil olunan UQadınların Beynəlxalq
KonfransıFnda uşaq
hüquqlarının təmin
edilməsi ilə bağlı təkliflər
səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların
beynəlxalq müdafiəsinə
həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində
olduğu kimi, bu gün ənənəvi
olaraq Azərbaycanda da qeyd edilir.
60 ildir ki,
dünya bu günü qeyd edir. Azərbaycanda da uşaqlarla
bağlı layihələr
həyata keçirilir,
onların sağlamlığının
qayğısına önəm
verilir və təhsil almaları üçün hər cür addım atılır. Dövlət Statistika Komitəsinin məlumatına görə,
hazırda ölkə
əhalisinin 29 faizini
18 yaşadək uşaqlar
təşkil edir.
Azərbaycanda bu ilin ilk aylarında 48,4 min körpə dünyaya gəlib. Körpələrin 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir.
Prezident İlham Əliyevin Sərəncamı ilə
2009-cu ilin Azərbaycanda
UUşaq iliF elan etməsi ölkəmizdə uşaqlara
qarşı olan diqqətin nümunəsidir.
Hazırda ölkədə
uşaqlara tibbi xidmət göstərən
591 poliklinika, ambulatoriya
və uşaq şöbəsi olan müəssisələrdə 4,5
min nəfər həkim-pediatr
çalışır. İlin əvvəlinə
ölkədə idman
seksiyalarında məşğul
olan uşaqların sayı 340 min nəfərə
yaxın olub. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis
kimi idman növlərinə maraq göstərirlər.
Ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunub. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid
ailələrinin, 16,4 mini müharibə
əlillərinin, 4 mini birinci
və ikinci qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə
müddətli xidmətdə
olan hərbi qulluqçuların uşaqlarıdır.
Həmçinin, sağlamlıq
imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan
10,8 min uşaqlarına aylıq,
23,6 min ailəyə 24 min uşağın
doğulmasına görə
birdəfəlik sosial
müavinətlər verilib.
Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı
dövlət sosial yardımı alır.
Azərbaycanda 1612 məktəbəqədər
təhsil müəssisəsi,
4550 gündüz ümumtəhsil
məktəbi, 108 peşə
məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil
müəssisəsi, 48 ali
məktəb fəaliyyət
göstərir. Hazırda
Mədəniyyət və
Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri
və kollektivləri,
104 uşaq kitabxanası
və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri var.
Hər kəsdən
daha çox sevgiyə ehtiyacı olan uşaqların qayğısına dövlət
tərəfindən hər
cür diqqət yetirilir. Gələcəyimizin parlaq və
işıqlı olması
uşaqların əlindədir.
Onların nə dərəcədə
sevgiyə, qayğıya
ehtiyacı olduqlarını
öz gözlərimizlə
görüb, gələcəyimizin
aydın, işıqlı
və parlaq olması üçün
böyük işlərə
imza atmalıyıq.
ZÜMRÜD
Səs.- 2010.- 1 iyun.- S. 7.