Ümumrespublika kitab bayramına yekun vuruldu
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
respublika miqyasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, 2010-cu il
"Ekologiya ili"nə
həsr edilmiş kitab bayramı Zaqatala, Şamaxı, Qubadlı (Sumqayıt şəhərində), Laçın
(Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi) rayonlarında davam
etdirilib.
Zaqatala rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən kitab bayramında "Azərbaycanın dövlətçiliyi",
"Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev",
"Azərbaycan mədəniyyəti",
"Zəngin turizm potensialı" və s. adlı kitab
və fotosərgilər
nümayiş etdirilmiş,
rayon mədəniyyət evinin rəqs kollektivlərinin çıxışları iştirakçıların
marağına səbəb
olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
2010-cu ilin "Ekologiya
ili" elan edilməsi ilə əlaqədar ekoloji marafon keçirilmişdir.
Marafonda iştirakçılar
"Ekologiya ili"lə
əlaqədar maarifləndirmə
işləri də aparmışlar.
Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayonda keçirilən kitab bayramında tədbir iştirakçıları əvvəlcə
tarixi abidələri ziyarət etməklə və orada təmizlik
işlərinin aparılması
ilə başladılar.
Tədbir iştirakçıları
yaşıllıq işləri
aparmış və ekologiya ilinə öz töhfələrini
vermişlər. Sonra kitab bayramı bədii hissə ilə davam etdirilmişdir. Tədbirdə
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının əməkdaşları
da iştirak etmişlər.
Sumqayıt şəhərində yerləşən
Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən kitab bayramında şeir və rəsm müsabiqələrinin
qalibləri mükafatlandırıldı.
Qubadlı rayonu, onun tarixi abidələri
haqqında gənc və yeniyetmələrə
geniş məlumat verildi. İşğal olunmuş torpaqlara qayıdacaq günün yaxında olduğuna inam çıxış edən natiqlərin hər birinin nitqində müşahidə
olunurdu.
Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində də
müvəqqəti yerləşən Laçın rayon MKS-nin təşkilatçılığı
ilə kitab bayramı keçirilmişdi.
Kitab bayramında Azərbaycan dövlətçiliyi,
tarixi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycan mədəniyyəti
haqqında maraqlı sərgilər nümayiş
etdirildi. Laçın
rayonunun bütün ictimaiyyəti, ziyalılar,
məktəblilər tədbirdə
yaxından iştirak etdilər.
Təşkil olunmuş şeir və rəsm müsabiqəsi işğal altında olan torpaqlar, yurd həsrətinə və qələbəyə
inama həsr olunmuşdu.
Zümrüd
Səs.- 2010.- 1 iyun.- S. 12.