Azərbaycanın ordusu Qafqazda ən güclüdür
Bu ordu işğal altında olan
ərazilərimizdə antiterror əməliyyatları
keçirmək üçün yetərli imkanlara malikdir
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğuna
böyük önəm
verilib. Çünki Azərbaycan ötən əsrin əvvəllərində
olduğu kimi, sonunda da erməni
təcavüzünə məruz
qalmışdı. Bu
səbəbdən də,
gənc dövlətin
güclü orduya ehtiyacı olduğu hamı tərəfindən
qəbul olunmuşdu. Müstəqilliyin ilk illərində ordu quruculuğu işində probelmlər var idi. Ölkənin iqtisadi böhran keçirməsi və maliyyə ehtiyatlarının
zəif olması bu işə mənfi təsir göstərirdi. Ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifə isə qısa müddətdə
güclü ordu yaratmaq idi.
Azərbaycanda ordu quruculuğunun
yeni mərhələsi
prezident İlham Əliyevin Ali Baş Komandanlığı
dövründə başlayıb.
2003-cü ildən etibarən
ölkə iqtisadiyyatının
dinamik inkişafı ordu quruculuğu sahəsində də özünü göstərməyə
başladı. Dövlət
ildən-ilə hərbi
xərcləri artırmaqla
bu sahənin əsas prioritetlərindən
olduğunu əyani şəkildə nümayiş
etdirdi. Bu illər ərzində ordunun döyüş qabiliyyəti artırıldı,
maddi-texniki bazası gücləndirildi, hərbçilərin
sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atıldı.
Təsadüfi deyil ki, son 5-6 ildə
Azərbaycanın hərbi
xərcləri 10 dəfədən
çox artıb. Hazırda Azərbaycanın
hərbi xərcləri
2,5 milyard dollara yaxındır ki, bu da təxminən
torpaqlarımızı işğal
edən Ermənistanın
ümumi büdcəsinə
bərabərdir. Dövlət büdcəsindən hərbi
sahəyə ayrılan
xərclərin dəfələrlə
artırılması ordumuzun
bütün istiqamətlər
üzrə potensialının
yüksək səviyyəyə
çatdırılmasına da yol açıb.
Ötən illər ərzində orduya ayrılan pulların böyük bir hissəsi yeni texnikaların, təyyarələrin, ən
müasir silahların
alınmasına yönəldilib.
Paralel olaraq Azərbaycanda müdafiə
sənayesinin inkişafına
da təkan verilib. Ölkə prezidentinin tapşırığı
ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Azərbaycan hərbi təyinatlı məhsulların
istehsalına başlayıb.
Son illər ərzində dövlət
büdcəsinin vəsaitləri
hesabına müdafiə
sənayesi kompleksinə
daxil olan çoxsaylı zavodlar istifadəyə verilib.
Təbii ki, Azərbaycan bütün bunları öz torpaqlarının işğaldan
azad edilməsi üçün edir. Çünki Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı ildir davam edən danışıqlar prosesi
heç bir nəticə vermir. Belə olan halda, Azərbaycan öz torpaqlarını hərbi yolla da olsa, qaytarmaq
məcburiyyətindədir. Bunun üçün isə güclü orduya böyük ehtiyac var.
Düzdür, bəzən
beynəlxalq qurumlar Azərbaycanın ordu quruculuğu sahəsinə
böyük miqdarda vəsait ayırmasından
narahatlıqlarını ifadə
edirlər. Amma onlar unudurlar ki, Azərbaycan bunu regionda hərbi
hegemonluq üçün
deyil, öz ərazi bütövlüyünün
bərpası üçün
edir.
Prezident İlham Əliyevin dediyi kimi, nə qədər
ki, torpaqlarımız
işğaldan azad olunmayıb, bu siyasət davam etdiriləcək. Ölkəmizin
gəlirləri artdıqca,
hərbi sferaya ayırmaların həcmi də artırılacaq. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlarda
Azərbaycanın mövqelərini
gücləndirəcək. 16 ildir davam edən
danışıqlar əyani
şəkildə göstərdi
ki, Ermənistan konkret təzyiq olmadan öz mövqelərindən geri
çəkilmək niyyətində
deyil.
Təəssüf ki, danışıqlara vasitəçilik
edən ATƏT-in Minsk Qrupu həmsədrləri
işğalçılıq siyasətindən geri çəkilmək üçün
Ermənistana heç
bir təzyiq göstərmirlər. Beynəlxalq
təşkilatların- BMT Təhlükəsizlik
Şurasının, Avropa
Şurası Parlament Assambleyasının qəbul
etdiyi haqlı qərarlar isə kağız üzərində
qalır. Dünya gücləri bu qərarların icrasına
təsir etmək istəmirlər.
Hər dəfə bu məsələ qaldırılanda NATO münaqişənin
həlli ilə bağlı prosesin ATƏT-in Minsk Qrupunun səlahiyyətləri
çərçivəsində olduğunu deyərək, məsuliyyəti boynundan atır. ABŞ işğalçı
dövlətə təsir
göstərmək əvəzinə,
onu iflasdan qurtarmaq üçün Ermənistan-Türkiyə sərhədlərinin
açılmasına çalışır,
hətta bunun üçün həm Bakıya, həm də Ankaraya təzyiq göstərir. Fransa üzdə birtərəflilik nümayiş
etdirsə də, Ermənistana heç bir təzyiq göstərmir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyini bəyan
etsə də, Ermənistanı silahlandırmaqda
davam edir.
Belə olan halda, yeganə
ümid Azərbaycan Ordusuna qalır. Prezident İlham
Əliyevin bu günlərdə Müdafiə
Nazirliyindəki müşavirədə
dediyi kimi, Dağlıq Qarabağı
Azərbaycandan ayıra
biləcək mexanizm yoxdur. Azərbaycanın ərazi bütövlüyü
də heç vaxt müzakirə mövzusu olmayacaq. Artıq bu sözlərin arxasında durmaq üçün Azərbaycanın
kifayət qədər
hərbi potensialı
var.
Azərbaycan Silahlı Qüvvələri
hazırda işğalçı
Ermənistanın bütün
nöqtələrinə sarsıdıcı
zərbələr vurmaq
potensialına malikdir. Azərbaycan rəhbərliyi
yalnız regionda sülh naminə danışıqların davam
etdirilməsinə razılıq
verərək, sülh
prosesinə sadiqlik nümayiş etdirir.
Ancaq vasitəçilər və
Ermənistan da bunun sonsuzluğadək davam etməyəcəyini
olmayacağını anlamalıdırlar.
Dünya təcrübəsindən
məlumdur ki, danışıqlar nəticə
verməyəndə proses
döyüş meydanları
müstəsinə keçir.
Elçin Bayramlı
Səs.- 2010.- 2 iyun.- S. 9.