“Uşaqlar hər birimizin sevincidir"
Dünən Yeni Azərbaycan Partiyasının
Sabunçu rayon təşkilatı və Sabunçu rayon icra hakimiyyəti Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə
həsr olunmuş tədbir keçirib. Sabunçu rayon Maştağa qəsəbəsində yerləşən
21 saylı "Təbəssüm"
Uşaq Sanatoriyasında
keçirilən tədbirdə
giriş sözü ilə çıxış
edən Sabunçu rayon icra hakimiyyəti
başçısının müavini Cəmilə Ramazanova ulu öndər Heydər Əliyevin həmişə
uşaqlara böyük sevgi və qayğı ilə yanaşdığını
bildirdi. Qeyd etdi ki, ulu
öndər Heydər
Əliyev uşaqlarla mütəmadi görüşərək,
onların çöhrəsindəki
təbəssümün bizim
hər birimizin sevinci olduğunu bildirdi. Bu gün Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin də uşaqlara dərin və tükənməz sevgi ilə yanaşdığını bildirən
C.Ramazanova Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın
ölkəmizdə uşaqların
sağlamlığının və onların yüksək səviyyədə
elm, təhsil əldə etməsi üçün mühüm
addımlar atdığını
bildirdi.
YAP Sabunçu rayon təşkilatının sədri
Mehriban Abasquliyeva da uşaq sanatoriyasının
balaca sakinlərini salamlayaraq, onları Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
münasibəti ilə
səmimi qəlbdən
təbrik etdi. Təşkilat sədri bildirdi ki, ulu
öndərimiz Heydər
Əliyev bütün
uşaqlara həmişə
böyük sevgi ilə yanaşıb. "Azərbaycanda gələcəyimiz olan uşaqların sağlam tərbiyəsi, yüksək
səviyyədə təhsil
almaları, intellektli kadrlar kimi yetişməsi
üçün dövlətimiz
tərəfindən ən
zəruri addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən
ötən ilin Uşaq İli elan edilməsi də, vətənimizdə
uşaqlara diqqət və qayğının ən yüksək səviyyədə olmasından
xəbər verir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uşaqlar
üçün inşa
edilən yeni uşaq sanatoriyaları, məktəblər, bağçalar
ölkəmizdə uşaq
siyasətinin zənginliyini
bir daha təsdiqləmiş olur"
-deyən M.Abasquliyeva uşaqların ölkəmizin
gələcəyində
və sağlam və intellektli kadrlar kimi yetişməsində
atılan addımların
təqdirəlayiq olduğunu
bildirdi.
"Təbəssüm" Uşaq
Sanatoriyasının baş
həkimi Məleykə
Behbudova çıxışında
ölkəmizdə uşaqlara
göstərilən diqqət
və qayğının
yüksək səviyyədə
olduğunu bildidi. Rəhbərlik etdiyi sanatoriyanın
Heydər Əliyev Fondu tərəfindən yüksək standartlara cavab verən formada təmir edildiyini bildirən M.Behbudova burada uşaqların rahatlığı,
müalicəsi və
istirahəti üçün
hər bir şəraitin yaradıldığını
söylədi. Baş
həkim Beynəlxalq Uşaq Günü münasibəti ilə keçirilən bu cür tədbirlərin də əhəmiyyətinin
böyük olduğunu
və bunun uşaqların həyatında
ən əziz xatirəyə çevrildiyini
söylədi.
Tədbirdə, həmçinin,
uşaqlar üçün
maraqlı teatr nümunələri nümayiş
etdirildi və onların ifasında şən mahnılar səsləndirildi.
Tapdıq Qurbanlı
Səs.- 2010.- 2 iyun.- S. 11.