Zamiq Əliyevin
60 illik yubileyi qeyd olundu
Beynəlxalq Muğam
Mərkəzində tanınmış
tarzən, xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin dosenti Zamiq Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Mərkəzin foyesində yubilyarın həyat və yaradıcılığına həsr
edilmiş fotosərgi
təşkil edilmişdi. Gecəyə Zamiq Əliyevin 40 illik yaradıcılığına
həsr edilmiş videomaterialın nümayişi
ilə başlanıldı.
Milli Məclisin
deputatlarının, görkəmli
mədəniyyət və
incəsənət xadimlərinin,
ziyalıların, ictimaiyyət
nümayəndələrinin iştirak etdikləri yubiley mərasimini giriş sözü ilə xalq şairi,
Azərbaycan Aşıqlar
Birliyinin sədri Zəlimxan Yaqub açaraq, Zamiq Əliyevin həyat və fəaliyyəti barədə ətraflı
məlumat verdi. O, qeyd etdi ki,
Azərbaycan muğam tarixində Sadıqcandan başlayaraq, nüfuzlu, şəxsiyyətli tarzənlərimiz
çox olmuşdur. Onların hər biri xalqın
ürəyində sevgi
və məhəbbət
məbədi yaratmışdır.
Müasir dövrdə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə muğamlarımız dünyada
daha geniş şəkildə təbliğ
olunmağa başlanmışdır. Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğam sənətinə
bəxş etdiyi ikinci ömür isə bu sahənin
inkişafı üçün
daha böyük üfüqlər açmışdır.
Zəlimxan Yaqub bildirdi
ki, tarzən müasir dövrümüzdə
tanınan, sevilən,
ən fəal ictimai xadim səviyyəsində
olan bir sənətkardır. O öz
yorulmaz fəaliyyəti
ilə keçmişdən
bizə yadigar qalan milli ənənəni
qorumaqla yanaşı,
daim yeniliyə, müasirliyə can atan bir ifaçıdır. Bunun nəticəsidir ki, Zamiq Əliyevin ifaları həmişə
sevilə-sevilə dinlənilir.
Tarzənin ifaçılıq sənətində qazandığı
uğurlar, sənətkarın
çoxsaylı musiqi
bəstələri ilə
bir daha tamamlanır. İndiyədək dünyanın 50-dən çox
ölkəsində Azərbaycan
musiqisini böyük həvəslə təbliğ
etmiş tarzən Zamiq Əliyev bu gün də
ənənəsinə sadiqdir.
Tədbirdə akademik Vasim Məmmədəliyev,
xalq artistləri Habil Əliyev, Arif Babayev və
başqaları çıxış
edərək, Zamiq Əliyevin mənalı ömür yolundan, istedadlı tarzən kimi Azərbaycan musiqisinin, xüsusilə, milli muğamlarımızın
beynəlxalq aləmdə
təbliği istiqamətində
yorulmaz fəaliyyətindən,
bir pedaqoq kimi yeni ifaçılar
nəslinin yetişməsi
sahəsində xidmətlərindən
söhbət açaraq,
onu əlamətdar yubiley münasibətilə
təbrik edib, ona yaradıcılıq uğurları arzuladılar.
Yubilyar gecənin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib, fəaliyyətini milli musiqimizin inkişafı, təbliği
sahəsində davam etdirəcəyini bildirdi.
Yubiley mərasimi tanınmış
sənətkarların ifasında
geniş konsert proqramı ilə davam etdirildi.
Zümrüd
Səs.- 2010.- 2 iyun.-
S. 12.