"Heydər Əliyev Gəncə hadisələrinin günahkarlarına Azərbaycana xidmət etmək üçün ikinci dəfə şans verdi"

 

Milli Məclis sədrinin müavini Bahar Muradovanın SİA-ya müsahibəsi

 

-Sizcə, hansı proseslər 4 iyun 1993-cü il Gəncə hadisələrinin baş verməsinə zəmin hazırladı?

-Ötən əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində çoxşaxəli proseslər baş verirdi. Ölkə daxilində bəzilərinin milli-azadlıq hərəkatı, SSRİ-dən qopma, bəziləri tərəfindən qanunun ayaqlar altına salındığı bir dövr idi. Kimlərsə bu qarışıqlıqdan istifadə edərək öz siyasi ambisiyalarını yerinə yetirmək istəyirdilər, bəziləri isə Azərbaycanın müstəqilliyinin qorunması gücləndirilməsi istiqamətində mübarizə aparırdılar. Yenidən qovuşduğu müstəqilliyin tam təmin olunması üçün lazım olan addımların heç biri atılmadı. Bu bir tərəfdən səriştəsizlikdən irəli gəlirdisə, digər tərəfdən bəzilərinin maraqları ilə bağlı idi. Nəticə etibarilə Azərbaycan daxili ziddiyyətlərlə üz-üzə qalmışdı, həm xaricdən təcavüz edilmişdi. Bir sözlə, Azərbaycanın müstəqilliyini təhlükə altına alan hadisələr baş verməkdə idi. Hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü nəinki bu hadisələrin qarşısını almağa, heç özünün hakimiyyətini qorumağa gücü çatmırdı. Belə bir vaxtda Azərbaycan xalqı çox çətin vəziyyətdə idi ölkənin düşünən ziyalıları, bu xalqın gələcəyini dəyərləndirən, hansı addımların atılacağını bilən insanlar bir araya gələrək yeni bir siyasi qüvvənin yaranmasını, qüvvənin başında isə Ümummilli Lider Heydər Əliyevin dayanmasını istəyirdilər. Hakimiyyətdə olduğu dövrdə AXCP-Müsavat cütlüyü üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirə bilmədi. ordu quruculuğu sahəsində, ölkəni iqdisadi çətinlikdən çıxartmaq üçün lazımı addımlar ata bilmədi. Hakimiyyət daxilində olan qruplaşmalararası ziddiyətlər hakimiyyəti iflic etdi. Qarşıdurmalar bu hakimiyyətin dövründə dəfələrlə baş vermişdi qarşılıqlı ittihamlar, ziddiyətlər, Azərbaycanın xarici təcavüzə müqavimətini təşkil etmək əvəzinə önə çıxarılan şəxsi maraqlar ona gətirib çıxardı ki, rayonlar bir-birinin ardınca işğal olundu. İnsanlar yerindən-yuddundan didərgin düşürdü ermənilərin qəsbkarlığına dünyada ciddi qiymət verilirdi, işğalın qarşısını ala biləcək nizami ordu yox idi. Bütün bunlar Azərbaycan xalqını düşünməyə vadar etdi. Azərbaycanın AXCP-Müsavat cütlüyünün ümidinə qalması xalqı qane etmədi. Xalqın müvafiq addımı atmasına da bəzi hadisələr təkan verdi. Yaranan hakimiyyət-ordu qarşıdurması bəzi hallarda ordunun cəbhə xəttindən geri çəkilməsi ilə nəticələnirdi. Hərbi qüvvələrin hərəsi bir siyasi partiyaya, konkret bir şəxsə tabe idi. Belə bir məqamda xalqın artan etirazının püskürməsi hakimiyyət dəyişikliyini labüd etdi xalq lazım olan addımı atdı Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Təkcə xalq yox, hakimiyyətdə olan bəzi qüvvələr Surət Hüseynovun ultimatumu qarşısında geri çəkilərək xalqın deyil, özlərinin şəxsi təhlükəsizliyini qorumaq üçün hakimiyyətdən əl çəkdilər Azərbaycanı mövcud vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevə müraciət etdilər. Heydər Əliyevin Bakıya qayıdışı ilə Azərbaycan astanasında olduğu vətəndaş müharibəsindən qurtuldu. Üzü Bakıya doğru gələn hərbi qruplaşmalar, rayonlarda hakimiyyət orqanlarının dəyişdirilməsi Azərbaycanda xaosu daha da artırırdı. Heydər Əliyev Bakıya gələrək ölkənin potensialını toplayaraq Azərbaycanı xaosdan qurtardı. -

-AXCP-Müsavat cütlüyünün uğursuzluqlarını vaxt azlığı ilə izah etmək olarmı?  Bəzi müxalifət liderləri belə düşünür.

-Keçən müddət ərzində də bu məsələdən söhbət düşəndə onların heç bir fakta söykənməyən, yalnız özlərini müdafiə xarakterli ifadələrini eşidirik. Bu günlərdə mətbuatda həmin hakimiyyətdə mühüm vəzifələr tutan şəxslərin fikirləri dərc olunub. Onlara nəzər yetirəndə görürsünüz ki, uğursuzluqlar vaxt azlığından deyil, səriştəsizlikdən, hakimiyyəti əldə edib onu idarə edə bilməməkdən bir çox hallarda öz maraqlarını xalqın maraqlarından üstün tutmaqdan irəli gəlirdi. Sadəcə, onlar bu qədər böyük bir məsuliyyəti daşımaq gücünə, savadına malik deyildilər. Bacarıq olmadığı halda çox böyük bir yükün altına girmişdilər, bu yükü daşıya bilmədiyi halda üzərindən atmırdılar. Bunu onların yerinə xalq etdi.

-Gəncə hadisələri Azərbaycanın Dağlıq Qarabağda apardığı əməliyyatlara necə təsir etdi?

-O zaman söhbət təkcə hakimiyyət böhranından getmirdi, bu eyni zamanda iqtisadi, hərbi və sosial böhran idi. Gəncə hadisələrindən sonra cəbhə bölgəsindəki rayonlar boşaldılırdı. Belə ki, Milli Məclisin ətrafına toplanan tanklar cəbhə bölgəsindən çıxarılmışdı. Həmin qüvvələr Azərbaycan ərazilərini qorumalı olduğu halda, Bakıda ayrı-ayrı şəxslərin hakimiyyət maraqlarını qorumaq üçün toplanmışdı bir-birlərinə güc nümayiş etdirmək üçün gətirilmişdi. Bu da ermənilərin əlinə göydən düşmə fürsət idi bir-birini ardınca Azərbaycanın əraziləri işğal edildi, qısa bir müddət ərzində qədər ərazimiz müdafiəsiz qaldı. Hakimiyyətdə olan qüvvələr Heydər Əliyev dəvət olunduqdan sonra da öz vəzifələrini yerinə yetirmək əvəzinə Heydər Əliyevə mane olmağa, öz vəzifələrini dondurmağa başladılar. Silahlı dəstələri cəbhə xəttindən geri çəkdilər bütün istiqamətlərdə ölkə həyatını iflic etməyə yönəlik addımlar atmış oldular. Hətta onların bir çoxu Azərbaycanda ikinci bir seperatizm mənbəyinə dəstək verdilər. "Talış Mugan Respublikası" yada salaq. Həm Ermənistanın təcavüzü, həm şimal qonşumuzun Azərbaycandakı proseslərdən öz marağını güdməsi ölkə daxilində özünə havadarlar tapması vəziyyəti olduqca mürəkkəbləşdirmişdi. Heydər Əliyev qısa müddət ərzində prosesləri nəzarətə aldı Azərbaycanı inkişaf yoluna çıxardı. Bütün bunlar isə çox ağır zəhmətlər hesabına gəldi. O zaman itirilmiş mövqelərimizi bərpa etmək üçün hələ çətinlik çəkirik.

-Hadisələrin araşdırılması üçün yaradılan istintaq qrupunun fəaliyəti ilə bağlı fikirləriniz necədir? Bəzi fikirlərə görə, hadisələrin baş verməsinə görə məsuliyyət daşıyanların heç hamısı layiqli cəzasını almayıb.

-Bəziləri elə fikirlərlə çıxış edirlər ki, sanki Azərbaycan xalqının yaddaşında heç nə qalmayıb. Ümummilli liderin çox geniş qəlbinin olması onlara bir daha azərbaycanlı olmaq hüququnu qazandırdı. Onları axıra qədər cəzalandırmaq üçün Azərbaycan xalqına imkan vermədi. Vaxtilə Azərbaycanı separatizmə sürükləyənlər indi sərbəst şəkildə ölkədə yaşamaqdadırlar. Bəziləri ömürlük yaxud ən ağır cəzaya məhkum olunmuşdular. Sonradan əfv olundular. Bir çoxları da Azərbaycanda yaşamır, bir çoxları da özlərini siyasi cəhətdən təqib olunmuşlar kimi qələmə verməyə çalışırlar. Bu Azərbaycana qarşı böyük səhvdir. Azərbaycan xalqının, dövlətinin onların humanistliyinə yönəlmiş addımlara hörmətsizlikdir. O zaman proseslərin içində olan insanların çoxu bu gün partiya, istimai-siyasi təşkilatların rəhbərləridir. Kimlərsə bizneslə məşğuldurlar gözəl yaşayırlar. Mən hər zaman dövlət siyasətində humanizmin tərəfdarı olmuşam. Heydər Əliyev məktəbinin nümayəndələriyik Heydər Əliyev ən böyük azərbaycanlı olmaqla ən böyük günahları bağışlamaq üçün böyük qəlbə, ürəyə, siyasi iradəyə malik bir şəxs idi. O, növbəti dəfə bu insanlara şans verdi ki, Azərbaycana xidmət etsin. Başa düşənlər olsa da, başa düşməyənlər var.

 

 

Səs.- 2010.- 5 iyun.- S. 5.