Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə məcburdur

 

Qənirə Paşayeva: "Beynəlxalq təşkilatlar öz qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq göstərməlidirlər"

 

Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva çıxış zamanı Ermənistanın işğalçılıq siyasəti yeridərək, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini bunun nəticəsində 1 milyon azərbaycanlının öz yurd-yuvasından, evindən didərgin düşdüyünü deyib. Millət vəkili bildirib ki, dünyada bunun analoqu yoxdur.

"Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycanda hər 9 azərbaycanlıdan biri qaçqın məcburi köçkün həyatı yaşayır", - deyən millət vəkili vurğulayıb ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanlılara məxsus evləri, məktəbləri, təhsil ocaqlarını, tarixi mədəni abidələri dağıdıb. Millət vəkili forum iştirakçılarına müraciətlə "biz sizi Ermənistanın işğalı nəticəsində qaçqın məcburi köçkün düşmüş  15 ildən artıqdır ki, öz yurd-yuvasına, öz evinə dönə bilməyən 1 milyon insanın həyatına biganə qalmamağa, onların öz evlərinə, öz yurd yuvalarına dönmələri istiqamətində səylərinizi, Azərbaycana dəstəyinizi artırmağa çağırırıq" deyə bildirib. Ermənistanın BMT-nin 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədiyini, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan vermədiyini xüsusi vurğulayan millət vəkili "beynəlxalq təşkilatlar öz qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq göstərməlidir", - deyib. O, beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün təzyiqləri artırmağa çağırıb. Q.Paşayeva, həmçinin, söyləyib ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa da böyük zərbə vurur.

Tədbirdə iştirak edən ABŞ, Rusiya, Fransa forumda iştirak  edən bir çox ölkələrin təmsilçilərinə üz tutan millət vəkili daha sonra "sizin ölkələriniz BMT, onun Təhlükəsizlik Şurasının, ATƏT, onun Minsk qrupunun digər beynəlxalq təşkilatların üzvləridir. Sizcə, BMT, onun Təhlükəsizlik Şurası digər beynəlxalq təşkitlatlar bu problemin həlli üçün, 1 milyon insanın öz evinə qayıtması üçün  Ermənistana təzyiq etməli deyillərmi", - deyə sualla müraciət edib. O, forumda iştirak edən BMT digər beynəlxalq təşkilatların üzvü olan dövlətləri Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməsi istiqamətində  təzyiqləri artırmağa çağırıb. Bundan sonra çıxış edən bəzi forum iştirakçıları Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın məcburi köçkünlərin öz yurd-yuvasına dönməsi, münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq ictimaiyyətin təşkilatların öz fəaliyyətlərini artırmasının vacib olduğunu vurğulayıblar.  

Forum çərçivəsində bir çox ölkələrdən olan iştirakçılara Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktlarını, Xocalı soyqırımını özündə əks etdirən kitablar digər materiallar təqdim olunub. 

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 5 iyun.- S. 8.