Milli Qurtuluş Günü bölgələrdə geniş qeyd olunur

 

YAP Şamaxı rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirir

                                                                                                                                    

Dünən Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının qərargahında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının növbəti ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov rayon təşkilatının, həmişə olduğu kimi, 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbirlər planı hazırladığını söylədi. Bildirdi ki, Milli Qurtuluş Gününün 17-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərində, əmək kollektivlərində, idarə, müəssisə təşkilatlarda silsilə tədbirlər keçiriləcək. B.Abbasov 1993-cü il ondan əvvəlki illərə nəzər salaraq, xalqımızın düşdüyü ağır bəlalardan bəhs etdi. Təşkilat sədri qeyd etdi ki, 1990-cı ilin əvvələrində Azərbaycan xalqı özünün çətin ağır məqamlarını yaşayırdı: "Dövlətimiz yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi kənardan edilən müdaxilələr vətənimizi çətin sınaqlar qarşısında qoymuşdu. Bütün bunlarla yanaşı, mənfur qonşularımız olan erməni qəsbkarları da torpaqlarımızda ardıcıl şəkildə işğal siyasətini davam etdirir, xalqımıza qarşı amansız qətliamlar həyata keçirirdi. Artıq xalqımızın səbr kasası daşmışdı. Məhz belə bir məqamda həmişə öz müdrikliyi xalqına qarşı dərin məhəbbəti ilə seçilmiş Heydər Əliyev Azərbaycan dövlətini xalqını nicat yoluna çıxardı. Xalqın təkidli tələbi ilə ikinci də siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev dövlətimizi parçalanmadan ümumilikdə yox olmaq təhlükəsindən xilas etdi. Öz müdrik əməlləri ilə daima Azərbaycan xalqının dövlətinin keşiyində durmuş ulu öndər Heydər Əliyev bu dəfə möhkəm iradə düşünülmüş siyasət xətti yeridərək, millətimizi bəlalardan qurtardı. Bu gün Azərbaycan dövləti xalqı ulu öndərin müəyyənləşdirmiş olduğu siyasi kursu Prezident İlham Əliyev davam etdirməkdədir". Tədbirdə, həmçinin, çıxış edən YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Abdulrzayeva, YAP Şamaxı rayon təşkilatı gənclər birliyinin sədri Nəsimi Manafov, partiyanın fəal üzvlərindən Altay Məmmədov, Mustafa Həmidov başqaları Azərbaycan xalqını iyirminci yüzilliyin sonunda böyük bəlalardan xilas edən ulu öndər Heydər Əliyevin həyat fəaliyyətinə nəzər salaraq, bir çox məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxış edənlər bildirdilər ki, yetişməkdə olan gənc nəsil bu tarixə xüsusi yanaşmalı ulu öndər Heydər Əliyevin zəngin irsini mükəmməl mənimsəməlidir. Bildirdilər ki, Qurtuluş Günü olmasaydı, başqa heç bir bayram gününün olmağından belə söhbət gedə bilməzdi. 15 İyun Qurtuluş Günü Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır. Ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edən çıxışçılar Milli Qurtuluş Gününün dövlətimizin şərəfli tarixi olduğunu söylədilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 8 iyun.- S. 9.