Tarixdən silinəcək izlər
dövrümüzün səhifələrində
Dilarə Nağıyeva - 70
Mənalı ömür yaşayaraq, xeyriyyəçiliyi,
yüksək əxlaqi keyfiyyətləri ilə həyatda
yerini tutmuş, başqaları üçün, sözün əsil
mənasında, nümunə olmaqla yaddaşlarda özünə
əbədi iz qoymuş, neft milyonçusu Ağa Musa
Nağıyev sovet imperiyasının sərt illərində
müəyyən olunmuş qadağalarla üz-üzə
qalaraq adı ləkələnmiş, qəbul
olunmamışdır. Bu zamanın insanlara, onların əmək
və fəaliyyətinə saldığı kölgə və
damğanın nəticəsində belə olmuşdur.
Bütün mülkünü, varidatını xalqına sərf edən, maddi dünyanın nemətlərinə çox sadə bir şəkildə yanaşan Ağa Musa Nağıyev mənəvi abidənin əbədiliyini dərk etmiş zamanın axarında əldə etdiyi maddi vəsaiti ölkənin simasının dəyişməsinə, xalqın həyat tərzinin yüksəlməsinə tərəf yönəltsə də, onun bu fəaliyyəti birmənalı qarşılanmadı. Məlum mənbələrdə bizə həqiqətlərin üzü açıldı. Bu günlərdə Ağa Musa Nağıyev ənənələrini yaşadan və adını daşıyan "Milli dəyərlərin qorunması" İctimai Birliyin sədri Dilarə Nağıyeva redaksiyamızın qonağı oldu. Ağa Musa Nağıyev irsini, adını yaşadan və təbliğinə diqqət yetirən nəvəsi Dilarə Nağıyeva Prezident təqaüdçüsüdür. O, Heydər Əliyev ideologiyasının təbliğində fəal mövqe tutduğuna görə respublika təhsil mərkəzinin fəxri diplomuna layiq görülmüş, Xanqızı Natəvan ədəbi mükafatının laureatıdır. Soyadı, nəslilə fəxr edən, arzu və qüvvəsi tükənməyən Dilarə xanımın bu il yetmiş yaşı tamam olur. Bu münasibətlə "Qafqaz Media" İctimai Birliyi tərəfindən Qızıl qələm mükafatı, Zirvə Ziyalıları təşkilatı, eləcə də, Əsrin ziyalıları İctimai Birliyi tərəfindən "İlin ziyalısı" və "Xeyriyyəçi xanım" fəxri diplomuna layiq görülüb.
- Dilarə xanım, sovet
dövründə yaşanılan ictimai siyasi böhran sizin
taleyinizdən, fəaliyyətindən yan ötmədi. İllər
keçsə də, bu nəslin davamçısı kimi uzun
illər ağrı-acını yaşamısınız.
- Bəli. Bilirsiniz bu münasibətin nəticəsi babamın soyadının daşıyıcısı olduğumdan həyat məni çox sınaqlara çəkib. Nağıyevin vərəsəsi kimi, 1940-cı ildə Dağıstan Respublikasında anadan olmuşam. 1977-ci ildə Ali Partiya Məktəbinin iqtisad fakültəsini bitirmişəm. İlk əmək fəaliyyətimə 1959-cu ildə kino sənətində işləməklə başlamışam. "Azərbaycanfilm" Kinostudiyasında baş redaktor köməkçisi və kadr üzrə direktor müavini vəzifələrində çalışmışam. Azərbaycan televiziyası ilə "Kino yenilikləri" verilişinin ilk aparıcılarından biri kimi kadrların düzgün seçilib yerləşdirilməsində, eləcə də, kino sahəsində gənc kadrların və müxtəlif peşə işçilərinin seçimində əməyim az olmayıb. 1978-ci ildən bu sahədəki işimi Ticaret Nazirliyində davam etdirmişəm. Bütün bunlarla yanaşı, hər zaman yaddaşımda babamı yaşatmış və bir ideoloji xətt üzrə fəaliyyətimi qurmağa çalışmışam. Səksən il torpaq altında qalmış, üç dəfə məcburi yerini dəyişmiş, babam Ağa Musa Nağıyevin "Əmanət qəbri"ni əbədiləşdirməklə məqsədimə qismən də olsa nail olmuşam. Öz səyim nəticəsində babamın arxivini yaratmışam, az qala tarixdən silinmək faktlarını 80 ildən sonra yaddaşlara salmışam. Babamın və atamın ruhunu yaşatmaq uçun döymədiyim qapı, açmadığım pəncərə qalmamışdır.
- Dilarə xanım, babanızın adını daşıyan qurumun yaradılması ideyası hansı zəruriyyətin nəticəsi idi?
- Soyadımın uzun müddət kölgədə qalmasına görə həmişə narahat hisslər keçirmişəm və babamın yolunu davam etdirərək xeyriyyəçilik və maarifçilik fəaliyyətini davam etdirmək məqsədilə Ağa Musa Nağıyev adına "Milli dəyərlərin qorunması" İctimai Birliyini yaratdım. Əvvəllər mən Ağa Musa Nağıyev adına xeyriyyəçilik fondu yaratmaq arzusunda idim. Amma maddi durumum imkan vermədiyindən belə adda ictimai birlik deyil, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı qurum yaratdım. Onun fəaliyyəti, taleyi ilə çoxlu araşdırmalar aparıram. Həmişə Ağa Musa Nağıyevin qaranlıq taleyinə işıq saçmağa çalışıram. Ona hörmət edənlər və fəaliyyətimi kənardan müşahidə edənlər bu fikri də mənə qarşı söyləyirlər. Belə bir ictimai birliyi yaradarkən məqsədim insanları layiqli şəkildə qiymətləndirək və dəyərlərin qorunmasında iştirakımı əsirgəməməkdir. Ən əsası onun vəsaiti hesabına ucaldılan binaların inşasının, ornamentinin qorumasını nəzərdə tutmuşam. Mən müasir tipli bir xanımam və bunu daxilən qəbul edirəm. Amma hansısa formada zahiri dəyişkənliyi eybəcər bir planda təqdim edib müasirlik kimi həzm etmək qəbuledilməzdir. Mən bunların əleyhinəyəm. Azərbaycana xas olan adət-ənənələr qorunub saxlanılmalıdır. Allah bizim qəlbimizdədir. Müasirlik yaxşı tərbiyə almış, mədəniyyətini büruzə verən, Azərbaycan ənənələrinə riayət edən şəxs kimi qəbul olunur. Bunu mənəvi xüsusiyyətlərlə göstərmək olar.
Müasir həyatımızda YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya tanıdılması yönümündə böyük işlər görür. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adı Ona təsadüfi verilməmişdir. Şəhərimizdə olan qədim binaların təmir və bərpası zamanı dövlətin nəzarəti altında milli üslub, ornamentlər saxlanılmaq şərti bu işlər aparılır. Gənclərin təlim-tərbiyəsində, milli ruhda böyüməsi üçün Mehriban Əliyeva böyük işlər görür. Bu iş ümumilikdə aparılmalıdır. Azərbaycanın, demək olar ki, bütün rayonlarında Mehriban Əliyeva məktəbləri inşa və bərpa etdirib, onları müasir aavdanlıqla təchiz edib. Biz də ictimai qurum olaraq fəaliyyətimizi dövlətin inkişafı, eləcə də, dövlətin yürütdüyü siyasət əsasında gerçəkləşdirməyə çalışırıq. Planlarımız çoxdur. Azərbaycanın milyonçuları olmuş və sovet dövründə əmlakı müsadirə edilən insanların fəaliyyətini aşkara çıxarıb, gəncləri maarifləndirmək istiqamətində işlərimizi qurmaq planıma daxildir. İnternat məktəblərinə, uşaq evlərinə hansısa formada köməklik göstərmək bizim üçün mənəvi rahatlıqdır. O zaman böyük işlər görmüş olarıq. Əski milyonçuların kasıb şəraitdə yaşayan varislərinə kömək etmək istəyirəm.
Ağa Musa Nağıyevin 98 tikililərinden olan İqtisad Universiteti (Realnı Mektəb) və Dünya Azərbaycanlıları Komitəsinin divarlarını səyim nəticəsində babamın portretləri bəzəyir.
Ağa Musa Nağıyevin
adını daşıdığı xəstəxanada və
İncəsənət Muzeyində fəaliyyəti ilə
bağlı sərgisinin təşkil edilməsində,
haqqında illərlə topladığım faktlar və xatirələr
əsasında "Xalq üçün ömrünü
şam kimi yeridən" kitabın ərsəyə gətirmişəm,
gördüyüm işlərlə qismən də olsa,
amalımı həyata keçirmişəm.
Fəxr edirəm ki, tarixdə xeyriyyəçiliyi ilə dərin iz qoymuş Ağa Musa Nağıyev nəslinin davamçısıyam. Uzun müddət kölgədə qalmış və "kapitalist" damğası altında əzilən neft milyonçusu Ağa Musa və iyirmi iki il soyadının sürgünü olan yeganə oğlu Fərəc Nağıyevlərin, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi vaxtdan etibarən qaranlıq talelərinə işıq saçıb, onların əldə etdiyi nailiyyətlərini aşkarlamaqla məşğulam. Fərəc Nağıyev Orta Asiya, Dağıstan və Azərbaycanın ucqar rayonlarında teatrın təşkili ve təbliğində böyük rolu olmasıyla bərabər, bütövlükdə, incəsənətin fədaisi olub. O, unudulmuş "Qaravəlli" xalq meydan oyunlarına yeni nəfəs verib. Ümummilli lider Heydər Əliyevin gözəl bir kəlamı var:"Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil, onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, başqaları üçün nümunə olmaqdır."
Babam Ağa Musa
Nağıyevin xeyirxahlığını, insanpərvərliyini,
alicənablığını yüksək qiymətləndirirəm
və babamın və eləcə də, atamın etdiklərini
kağız üzərinə köçürdükcə, mənə
elə gəlir ki, mirvari dənələrini sapa düzüb boynuma
salıram və nəvazişlərinin
istisini hiss edirəm. Əgər sağ olsaydılar, mütləq
deyərdilər: "Sağ ol, mənim qeyrətli
qızım".
- "Sülh
Səfiri" adın daşıyırsınız. Bu
mükafat, təbii ki, sizin sülhsevər
ideyalarınınıza verilən qiymətdir.
- Ağamusa Nağıyevlə bağlı fəaliyyətimə görə, Ümumdünya Sülh Federasiyası tərəfindən 2009-cu ildə "Sülh Səfiri" adına layiq görülmüşəm. Əski milyonçuların varislərinin ilk nümayəndəsiyəm ki, "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti" mövzusunda elmi iş üzərində çalışıram. Bununla öyünüb fəxr edirəm. Mənalı bir ömür yaşayaraq, yüksək əxlaqi keyfiyyətləri ilə həyatda öz yerini tutmuş, yaddaşlarda yaşamaqla şüurlarda əbədi iz qoymuş, neft milyonçusu Ağa Musa Nağıyevin varisi olaraq görəcəyim işlər çoxdur. Ona həsr etdiyim "Xalq üçün ömrünü şam kimi əridən" kitabının müəllifiyəm və daha iki kitab üzərində işləyir. Eləcə də, akademiyanın Tarix İnstitutunun dissertantıyam.
Zümrüd
Səs.-
2010.- 9 iyun.- S. 12.