15 İyun Milli Qurtuluş Günü - Azərbaycanda inkişafın başlanğıcıdır

 

Xalqımız tarixi bir bayram - Milli Qurtuluş Günü ərəfəsindədir. Bu bayram münasibəti ilə respublikamızın regionlarında 15 iyun Milli Qurtuluş Günü geniş şəkildə qeyd edilir. YAP  Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov 15 iyunun Azərbaycan xalqının tarixində mühüm hadisələrdən olduğunu qeyd etdi: "Qurtuluşdan başlanan inkişaf tərəqqi bu gün daha da sürətlənib. Ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlət üçün nümunə olub."

H.Qurbanov Qurtuluş Gününün Azərbaycan tarixində böyük rolunun olduğunu bildirdi: "Azərbaycanın bugünü, perspektivi birbaşa ulu öndər Heydər Əliyevin qayıdışı ilə bağlıdır. Qurtuluş Günü olmasaydı, bugünkü Azərbaycan olmayacaqdı. Müasir Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır və bu, Onun yaratdığı əsərdir".

H.Qurbanov bugünkü Azərbaycanın sürətlə yeniləşən, inkişaf edən, müasirləşən Azərbaycan olduğunu bildirdi. Qeyd etdik ki, bu gün bu yol, bu inkişaf, bu tərəqqi Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıtması, qurtuluş məfkurəsinin Azərbaycanda əsasının qoyulması və qurtuluşdan sonra başlanılan Heydər Əliyev siyasətinin bilavasitə nəticəsidir. Dahi öndər Heydər Əliyevin bu yolu, uğurlu siyasəti Onun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev layiqincə həyata keçirməkdədir.

 

Ramiz Şabanov: "15 iyun 1993-cü il Milli Qurtuluşumuzun başlanğıc tarixidir" 

 

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov 15 iyun 1993-cü ilin Milli Qurtuluşumuzun başlanğıc tarixi olduğunu vurğuladı: "Azərbaycan xalqının mühüm əhəmiyyət kəsb edən bir çox bayramları olur. Lakin Azərbaycan xalqının taleyi ilə bağlı olan və onun taleyində həlledici rol oynayan bir gün varsa, o da, məhz Qurtuluş Günüdür. Qurtuluş Günü olmasaydı, başqa heç bir bayram gününün olmağından belə söhbət gedə bilməzdi. Bu tarix hafizələrdə möhkəm və əbədi yer tutmuşdur. O zaman Azərbaycan dövləti dağılmaq təhlükəsi altında idi. Pərakəndəlik və özbaşınalıq baş alıb gedirdi. Belə bir vaxtda ulu öndər Heydər Əliyev Azərbaycan siyasi arenasında görünüb, öz müdrik bacarığı və təşkilatçılığı sahəsində təhlükəni aradan qaldırdı. Bu, əsil Milli Qurtuluş idi".

R.Şabanov onu da vurğuladı ki, dahi rəhbərin həmin dövrdə xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas edildi, siyasi sabitlik inkişafa nail olundu: "1993-cü ildən sonra Azərbaycan bir çox ölkələrlə diplomatik siyasi əlaqələr yaratdı, bir sıra regional beynəlxalq təşkilatlarla əməkdaşlığa başlandı. Bu gün, artıq deməyə əsas var ki, Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin başlanğıcı, möhkəmlənməsi günüdür. İndi cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində aparılan işlərə köməkçi olan insanlar kimi, biz bu günü fəxrlə yaşayırıq. Çünki həmin tarixi gündən sonra Azərbaycan, sözün əsil mənasında, müstəqilliyini möhkəmləndirə bildi, demokratik dövlətə çevrildi. Azərbaycanda müstəqil ordu formalaşdı, ölkədə hökm sürən hərbi özbaşınalığa son qoyuldu, cinayətkarlıq azaldı, ən nəhayət, ordu quruculuğu tam formalaşdı. Bununla yanaşı, iqtisadi yüksəliş ölkənin bütün sahələrində müşahidə olundu".

 

Ramiz Tatarov: "Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici ən dəyərli gündür"

 

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov müstəqillik yollarında yenicə addımlarını atan hər bir dövlətin qarşısında bir sıra həlli vacib məsələlər dayandığını söyləyərək, bildirdi ki, 1991-1993-cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı: "Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır qəbul olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü uğurlarımız Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir".  

R.Tatarov onu da söylədi ki, müstəqil dövlətimizin bugünkü durumu ilə müstəqilliyimizin ilk illərindəki vəziyyəti müqayisə etməklə, Azərbaycanın hazırda inkişafın yüksək mərhələsində olduğunun şahidi oluruq: "Ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci (1969-1982), istərsə ikinci (1993-2003) dövründə bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə həsr edib. Xalqa xidmət, vətənə sədaqət hər iki dövrdə ümummilli liderin fəaliyyətinin əsasını təşkil edib".

YAP Ağstafa rayon təşkilatının sədri ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi regionda söz sahibinə çevrildiyini bildirdi: "Respublikamızın dinamik inkişafını siyasi üstünlüklərini şərtləndirən əsas amil, məhz Heydər Əliyevin müstəqil Azərbaycanı etibarlı əllərə tapşırmasıdır. Bu gün ölkə Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə layiqincə davam etdirir".

 

Həmid Pənahov: "Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı"

 

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov Qurtuluş Gününün Azərbaycan xalqının taleyində həlledici ən dəyərli gün olduğunu söylədi: "15 İyun Qurtuluş Günü Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır".

H.Pənahov 1993-cü ilin iyun hadisələrindən danışaraq, ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən qurtulduğunu, əmin-amanlığa siyasi sabitliyə nail olunduğunu diqqətə çatdırdı. Qeyd edərək, vurğuladı ki, Qurtuluş Günü inkişafın başlanğıcı, əhalinin yüksəlişinin əsası qoyulan həlledici gündür: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşü hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarıdır. Məhz buna görə , Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür ölkənin ictimai-siyasi həyatında  açılmış yeni səhifədir. Gündən-günə qüdrətlənən, zənginləşən, dünyanın iqtisadi, siyasi, mədəni inkişafına öz töhfələrini verən, beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dövləti, zaman kəsiyi baxımından tarixin bir anı qədər kiçik olan bir dövr, 17 il bundan əvvəl,  vətəndaş müharibəsi məhvolmanın astanasında idi. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxardı. Ölkənin iqtisadi, siyasi mədəni tərəqqisinə nail oldu. Nəticədə, Azərbaycan böyük inkişaf mərhələsinə qədəm qoydu hər sahədə yüksəliş, köklü dəyişikliklər özünü göstərdi. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən demokratik ölkə kimi tanınır".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 11 iyun.- S. 4.