Azərbaycanın xilaskarlıq yolu
YAP Xızı rayon təşkilatı 15 İyun Milli
Qurtuluş Günü və parlament seçkilərinə
hazırlıqla bağlı tədbir keçirdi
Dünən Yeni Azərbaycan
Partiyası Xızı rayon təşkilatı 15 İyun Milli
Qurtuluş Günü münasibətilə keçirilən
tədbirdə rayon təşkilatının sədri Fərrux
Haqverdiyev çıxış edərək bildirdi ki, ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu,
inkişaf, tərəqqi yoluna çıxdı. İlk
növbədə, ölkədə sabitliyin
yaradılmasının zəruriliyini bildirən ulu öndər,
bunu bütün inkişafın əsası kimi qeyd etdi. Ölkə
iqtisadiyyatı çox qısa zamanda tənəzzüldən
tərəqqi yoluna çıxdı. Bütün sahələrdə
inkişafın əsası qoyuldu.
F.Haqverdiyev Azərbaycanın
keçdiyi inkişaf yoluna nəzər salaraq bildirdi ki, cənab İlham Əliyev
2003-cü il prezident seçkilərindən sonra andiçmə
mərasimində "Azərbaycanın daha qüdrətli
dövlətə çevrilməsi üçün Heydər
Əliyev siyasi kursu davam etdirilməlidir" bəyan
etmişdi. Son altı ildə görülən işlər, əldə
olunan nəticələr cənab İlham Əliyevin bu vədinə
sadiqliyini, hər bir sözünün arxasında konkret əməli
işin dayandığını təsdiqləyir: "Azərbaycanı
bugünkü inkişaf, tərqqi yoluna çıxaran,
dünya birliyində layiqli yer tutmasına səbəb ulu öndər Heydər Əliyevin
düşünülmüş və məqsədyönlü
siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsidir. Bu gün
harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan
vətəndaşı ölkəmizin bugunkü
uğurları ilə fəxr edir, böyük qürur hissi
keçirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı xidmətlərindən
günlərlə, aylarla danışmaq olar. Onun ən
böyük xidməti müasir
Azərbaycandır. Ulu öndərimiz Heydər Əliyev
hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu,
dünyada tanıtdı, yeri və mövqeyini daha da möhkəmləndirdi.
Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə
qayıdışı ilə xalqa bu sevinci bəxş
etdi".
F.Haqverdiyev payızda
keçiriləcək parlament seçkilərinə ciddi
hazırlıq işlərinin davam etdirildiyini söylədi. Bildirdi
ki, YAP Xızı rayon təşkilatında da, YAP-ın bütün rayonlarında olduğu
kimi, parlament seçkilərinə hazırlıqla
bağlı zəruri işlər görülməkdədir. Payızda
keçiriləcək parlament seçkilrinə
hazırlıq işlərinin davam kimi, artıq Xızı
rayonu ərazisində fəaliyyət göstərən
bütün dairə və məntəqə seçki
komissiyalarında siyahıların dəqiqləşdirilməsi
işləri aparılır. YAP İcra katibliyinin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq vacib addımlar atılmaqdadır. Demək olar ki,
parlament seçkilərində qarşıya çıxacaq
bütün problemlərin və tətbiq olunacaq yeniliklərin
həlli üçün də qarşıya qoyulan məqsədlər
uğurla icra olunmaqdadır. Bütün bunlarla yanaşı,
Azərbaycan özünün malik olduğu demokratik seçki
təcrübəsinə əsaslanaraq, bütün seçki
proseslərinin azad və ədalətli formada keçirilməsinə
nail olur. Bunun üçün zəruri olan prinsipial cəhətlər
də mövcud olduğundan, bu prosesin keçirilməsi
yüksək ictimai fəallıq nəticəsində baş
tutur.
YAP Xızı rayon təşkilatı
qadınlar şurasının sədri Svetlana Rüstəmova
15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın
memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər
Əliyevin hakimiyyətə qayıdışı tarixə
Milli Qurtuluş Günü kimi daxil olduğunu söylədi. Bildirdi
ki, məhz həmin gündən Azərbaycan xalqının və
dövlətinin həyatında dönüş, müstəqilliyin
qorunması və möhkəmləndirilməsi uğrunda
şərəfli mübarizə dövrü başlandı, həmin
gün xalqımızın tarixinə milli qurtuluş kimi daxil
oldu. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın
müstəqilliyinin qorunması və əbədiliyə
çevrilməsi, dönüş və yüksəlişin
təməlinin qoyulması demək idi: "15 iyun 1993-cü
ildən - Milli Qurtuluş Günündən başlanan
müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət
quruculuğu, sabit vətəndaş cəmiyyətinin
yaradılması bu gün də qətiyyətlə davam
etdirilir. Bu gün Prezident İlham Əliyev ümummilli lider
Heydər Əliyevin daxili və xarici siyasət kursunu
uğurla və dönmədən davam etdirməkdədir".
Ulu öndərin Azərbaycan
xalqı qarşısında əvəzsiz xidmətlərindən
bəhs edən çıxışçılar Milli
Qurtuluş Gününün dövlətimizin şərəfli
tarixi olduğunu söylədilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 11 iyun.- S. 7.