Dövlətin millətin xilası günü

 

YAP Binəqədi rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

 

Dünən 15 İyun  Milli Qurtuluş Günü münasibətilə YAP Binəqədi rayon təşkilatının Binəqədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.  Tədbiri giriş sözü ilə açan Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Milli Qurtuluş Günü olmasaydı, təntənəli surətdə qeyd etdiyimiz digər bayramların da olmayacağını bildirdi: "Məhz həmin gün hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan, xalqımızı faciələrdən, qardaş qırğını parçalanmadan xilas etdi.

Hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan ümummilli lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin əsasını qoyduğu islahatlar ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır".

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərkən bildirdi ki, 1993-cü il iyunun 15-də Tanrı özü Heydər Əliyevi bir xilaskar kimi Azərbaycan xalqına göndərmişdir. Milyon ildən artıq yaşı olan Azərbaycan xalqının dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müqayisəedilməz şəxsiyyət olduğunu vurğulayan natiq bildirmişdir ki, müasir Azərbaycan dövlətinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

 Hələ sovet hakimiyyəti dövründə Azərbaycan KP MK-nın birinci katibi olarkən ulu öndər Heydər Əliyevin müstəqilliyin təməlini həm iqtisadi, həm hərbi, həm kadr hazırlığı digər sahələrdə atdığı addımlarla qoyduğunu qeyd edən E.İbrahimov 1990-cı ilin yanvar faciəsindən sonra Onun xalqımızın müdafiəsinə qalxaraq, heç nədən çəkinmədən SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etməsini xatırlatdı. Onu da bildirdi ki, bugünkü firəvan güclü Azərbaycan ulu öndər Heydər Əliyevin  böyük zəhməti, qətiyyəti, mübarizliyi nəticəsində yaranıb.

YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov çıxışında Milli Qurtuluş Gününün əhəmiyyətindən, onun Azərbaycan xalqının həyatında oynadığı mühüm roldan danışmış, ölkə daxilində xaos özbaşınalığın baş alıb getdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı dövrdə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıtmasını, Onun rəhbərliyi altında respublikamızın sürətli inkişaf yolu tutmasını diqqətə çatdırmışdır.

N.Xəlilov vurğulamışdır ki, ulu öndərin uzaqgörən siyasətini Prezident İlham Əliyev yüksək səviyyədə uğurla davam etdirir: "Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Bu gün ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Bu uğurlar Heydər Əliyevin uzaqgörən siyasətinin güclü dövlət quruculuğu strategiyasının parlaq təzahürü kimi qiymətləndirilmişdir".

Eyni zamanda, səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Xocasən qəsəbəsində tədbir keçirilmişdir. 15 İyun Milli Qurtuluş Günü ətrafında edilən çıxışlarda ulu öndərimiz Heydər Əliyevin xalq dövlət qarşısındakı tarixi xidmətlərindən söhbət açılmışdır. YAP Binəqədi rayon təşkilatının sədri N.Xəlilov, sağlamlıq mərkəzinin baş həkimi Loğman Əliyev, millət vəkili Rafael Cəbrayılov, YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri Məlahət İbrahimova çıxışlarında 15 iyunun xalqın xilas nicatı günü olduğunu söyləmişdilər.

Tədbirin sonunda sağlamlıq mərkəzində təsis edilmiş YAP ilk partiya təşkilatına üzv qəbul olunmuş 21 nəfərə partiyanın üzvülük vəsiqələri təqdim olunmuşdur.

 

 

Zümrüd Bayramova

 

Səs.- 2010.- 12 iyun.- S. 6.