Qələbəyə doğru dönüş
Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı
15 iyun Milli Qurtuluş günü ilə bağlı gənclərlə "Heydər
Əliyev siyasi məktəbini öyrənirik"
mövzusunda tədbir
keçirib. Tədbirdə
YAP Qusar rayon təşkilatının sədri
David İbrahimxəlilov
respublikamızın hər
yerində 15 İyun Milli Qurtuluş Günü geniş qeyd olunduğunu söyləyib.
Natiq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə
tarixi qayıdışının
ən möhtəşəm
nəticəsi bugünkü
Azərbaycan, onun sürətli inkişafı,
hər bir kəsin həyatında baş verən müsbət dəyişikliklərdir.
Milli Qurtuluş Gününün
Azərbaycan xalqının
tarixində çox mühüm hadisələrdən
olduğunu qeyd edən YAP Qusar rayon təşkilatının
sədri bildirib ki, qurtuluşdan başlanan inkişaf və tərəqqi bu gün daha
da sürətlənib:
"Xalqımız yeni
həyatın başlanğıcını
qoyan ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiqdir, bu irsin
öyrənilməsi və
təbliği istiqamətində
səylər göstərir".
D.İbrahimxəlilov müstəqil
dövlətimizin Qurtuluşdan
ötən dövr ərzində imza atdığı uğurlardan
geniş bəhs edib. Bildirib ki, Azərbaycan yerləşdiyi coğrafi
məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində
olub. Bu gün həmin marağın daha da artdığının
şahidiyik. Böyük enerji layihələrinin
mərkəzinə çevrilən
Azərbaycanın dünyada
iqtisadi və siyasi mövqeyi möhkəmləndiyini deyən
D.İbrahimxəlilov bugünkü
reallıqların əsas
səbəbini açıqlayaraq,
bildirib ki, bu ulu öndər
Heydər Əliyevin
"İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir" fikrini bir daha təsdiqləyir.
Belə ki, Heydər Əliyevin düşünülmüş
və uzaqgörən
siyasətinin ölkə
Prezident İlham Əliyev cənabları tərəfindən uğurla
davam etdirilməsinin nəticəsində
iqtisadi cəhətdən
qüdrətlənən Azərbaycan
bütün sahələrdə
böyük inkişafa
və tərəqqiyə
nail olub: "Bugünkü Azərbaycan
sürətlə yeniləşən,
inkişaf edən, müasirləşən Azərbaycandır.
Təbii
ki, Azərbaycanın inkişafı, Heydər Əliyev yolu ilə irəliləməsi,
bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən siyasətin
uğurlu nəticələri
ulu öndərin yaratdığı və hazırda cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın da güclənməsinə,
sıralarının artmasına,
cəmiyyətdə mövqeyinin
əhəmiyyətli dərəcədə
möhkəmlənməsinə səbəb olub. Bu gün partiyanın
sıralarında 500 mindən
artıq üzv birləşir".
Görüşdə YAP Qusar
rayon təşkilatının
idarə heyətinin üzvü Elman Mustafayev "Heydər Əliyev məktəblilərin
gözü ilə"
mövzusunda çıxış
edib. Bildirib ki, bu gün bu yol,
bu inkişaf, bu tərəqqi Heydər Əliyevin
1993-cü ildə Azərbaycana
qayıtması qurtuluş
məfkurəsinin Azərbaycanda
əsasının qoyulması
və qurtuluşdan sonra başlanılan Heydər Əliyevin siyasətinin bilavasitə nəticəsidir: "Ümummilli
liderimiz Heydər Əliyevin bu yolu, uğurlu siyasəti Onun layiqli davamçısı,
ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev layiqincə həyata keçirməkdədir".
Tədbirdə partiyanın üzvü
Sərxan İsmayılov
və başqaları
çıxış edərək
bildirdilər ki, ulu öndər Heydər Əliyevin 15 iyunda Azərbaycana ikinci dəfə siyasi hakimiyətə qayıdışı ölkəni
1991-93-cü illərin böhranından
xilas etdi, bugünkü inkişafın,
tərəqqinin əsasını
qoydu. Azərbaycanın
dövlət müstəqilliyini
sarsılmaz, əbədi
edən ümummilli lider Heydər Əliyev bildirirdi ki, müstəqilliyimiz tarixi nailiyyətimizdir. Bu gün qarşımızda
duran əsas vəzifə onu qorumaq, daha da
möhkəmləndirməkdir. Bu gün hər
bir kəs ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, Ona ehtiramını bildirir.
Sonda müsabiqə qalibi Sərxan İsmayılov rayon təşkilatı tərəfindən
qiymətli hədiyyə
ilə mükafatlandırıldı.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 12 iyun.- S. 6.