"15 iyun Azərbaycanda ənənəsi
olan, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının
təməlinin atıldığı
gündür"
"1993-ci ilin iyunun 15-i muasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən
biridir". Bu sözləri
SİA-ya tarix elmləri doktoru, professor Musa Qasımlı 15 iyun Milli Qurtuluş
günü ilə bağlı verdiyi açıqlamasında deyib.
O bildirib ki, Azərbayanda xalqın tələbi və Konstitusiyaya uyğun olaraq ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlməsi Azərbaycan
dövləti və dövlətçilik tarixində
bir sıra yeni prinsipial məsələlərin əsasını
qoydu. Onun sözlərinə görə, ulu öndərin hakimiyyətə
qayıdışı daxili
siyasətdə hərcmərclikdən,
anarxiyadan, vətəndaş
qarşıdurmasından imtina
edilidi, separatçılığın
kökü kəsildi.
M.Qasımlı qeyd edib ki, dahi
şəxsiyyətin hakimiyyətə
gəlişi ilə hakimiyyət ilə xalq arasında mövcüd olan uçurum aradan qaldırıldı və
hakimiyyət daxilində
birlik əldə edilməsindən ötrü
ciddi addımlar atıldı: "15 iyun Azərbaycanda ənənəsi
olan, dərin dövlətin yaradılmasının
başlandığı, müasir,
sivil, vətəndaş
cəmiyyətli bir dövlətin qurulmasının
təməlinin atıldığı
gündür. Həmin gün
Azərbaycan xalqının
özünə inamı
bərpa edildi, xalq ruh düşgünlüyündən,
gələcəyə olan
inamsızlıqdan qurtuldu,
dövlətin daha etibarlı olduğuna əmin oldu". M.Qasımlı deyib ki, bu gün
həm də Azərbaycan xarici siyasət tarixində yeni bir mərhələnin
başlanğıcı oldu:
"Ümummilli lider hakimiyyətə gəldikdən
sonra Azərbaycan xalqı onun maraqlarına cavab verməyən təkqütblü
xarici siyasətin yeridilməsindən qətiyyətlə
imtina etdi, çoxvariantlı, çoxyönlü,
çoxqütblü, tarazlaşdırılan
xarici siyasət xəttini seçdi. Ölkə xarici siyasətinin başlıca məqsədlərinə
xidmət edən tarazlaşdırılan xarici
siyasət bir vasitə kimi Azərbaycanın beynəlxalq
mövqelərinin güclənməsinə
təsir etdi. 15 iyun eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələrində,
xarici siyasətində
tamamilə yeni bir keyfiyyət dövrünün başlanğıcı,
dönüş anıdır.
Mən hesab edirəm ki, bu gün
Azərbaycan tarixinin mühüm hadisəsi olmaqla yanaşı, dövlətçilik ənənələrin
dərin təməllərə
dayanaraq, inkişaf etdirilməsinin nöqtəsidir".
Səs. - 2010.- 12 iyun.- S. 7.