Milli qurtuluşdan
başlanan yol Azərbaycanı firəvan
gələcəyə doğru
aparır
Dünən Daşkəsən
rayon icra hakimiyyəti ilə YAP Daşkəsən rayon təşkilatının "15 İyun Milli Qurtuluş Günü"
adlı mövzuya həsr olunmuş birgə tədbiri keçirildi. Tədbir iştirakçıları ilk
öncə rayonun mərkəzində ucaldılan
ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə
tər çiçək
dəstələri qoydular.
Heydər Əliyev adına Muzeydə davam etdirilən tədbiri giriş sözü ilə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Tahir
Kərimov açaraq,
bu möhtəşəm
bayram günü münasibətilə iştirakçıları
təbrik etdi. O, 1993-cü ilin may-iyun
aylarında yaşanmış
Azərbaycan tarixinin ən ağır günlərini xatırladaraq,
ilk növbədə,
Qarabağ müharibəsində
böyük itkilərdən,
hərbi uğursuzluqlardan,
iqtisadi tənəzzüldən
və dövlət rəhbərliyindəki çəkişmələrdən
danışdı: "Azərbaycan xalqının
və Azərbaycan Respublikasının tarixinə
Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü
onu qiymətləndirənlər,
dərindən dərk
edənlər üçün
çox əzizdir. Vətənini, xalqını
sevən, həmin çətin, ağrılı
günlərin dəhşətlərini
yaşayan, hadisələri
gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin
tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində,
gələcəyində müstəsna
rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan
bir insan - ulu öndərimiz Heydər Əliyev oldu".
T.Kərimov onu
da vurğuladı ki, bütün çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin xidməti nəticəsində xalqımızın
və tariximizin qarşısında kəskin
ziddiyyətlər aradan
qaldırıldı. Ümummilli
liderimiz Heydər Əliyev demişdir ki, Azərbaycanın dövlət müstəqilliyi
"əbədidir,
sarsılmazdır, dönməzdir."
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının
sədri Meydanəli Yolçuyev çıxış
edərək, bildirdi ki, Milli Qurtuluş
Gününü rayon
təşkilatını təmsil
edən ilk partiya təşkilatları
da görüşlər
keçirərək təntənə
ilə qeyd edirlər. M.Yolçuyev
o dövrkü iqtidarın səbatsızlığı
ucbatından xalqın
milli arzularının
puça çıxmaq
təhlükəsi ilə
üz-üzə qaldığını
söylədi. Bildirdi
ki, o dövrdə
ölkədə vətəndaş
müharibəsinin başlanması
və respublikanın parçalanması təhlükəsinin
artması xalqın və müstəqil Azərbaycan dövlətinin
gələcəyini sual
altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə
Azərbaycan xalqının
gözü Naxçıvana,
yeganə ümid yeri olan Heydər
Əliyevə dikilmişdi.
Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında
rəhbərliyə gətirilməsi
tələb olunurdu.
1993-cü il iyun ayının 15-də Heydər
Əliyev Azərbaycan
Respublikasının Ali
Sovetinin sədri vəzifəsinə seçildi.
Onun hakimiyyətə qayıdışı ilə
hadisələrin gedişində
həlledici dönüş
baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini
aradan qaldırdı. Bu qurtuluş savaşında qələbəyə
doğru dönüş
başlandı. Azadlıq,
müstəqillik həm
ayrıca hər bir vətəndaş üçün, həm bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Azadlığı, müstəqilliyi
əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər
mürəkkəb və
ağır məsələdir.
Dövlətimizin qorunub-saxlanması azadlığımızın
qorunub saxlanması-qurtuluş
deməkdir! Müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının banisi, ulu öndərin ideyalarının daşıyıcısı
olan Yeni Azərbaycan Partiyasını
təmsil edən hər bir üzvü
bu partiyanın sıralarında olmaqdan həmişə qürur duyurlar".
Tədbirin sonunda 40 nəfər Yeni Azərbaycan Partiyasının
sıralarına qəbul
olundular. Bir qrup YAP fəalına hədiyyə və mükafatlar təqdim edildi.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 12 iyun.- S. 10.