Müstəqil mətbuatın
formalaşması Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır
15 İyun Milli Qurtuluş Gününü
Azərbaycan mətbuatı
geniş qeyd edir
Azərbaycanın, bütün sahələrində
olduğu kimi, milli mətbuatın inkişafında problemlərdən
qurtulmağında Ulu
Öndər Heydər
Əliyevin misilsiz xidmətləri oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü il 15 iyunda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan mətbuatının
da dirçəlişinin
və oyanışının
əsası qoyuldu. Müstəqil mətbuat formalaşmağa,
peşəkar jurnalistlər
ordusunun yaradılmasına
başlandı. Məhz Ulu
Öndər Heydər
Əliyevin imzaladığı
fərman nəticəsində
1991-ci ilin avqustunda mətbuata qarşı senzura aradan qaldırıldı. Qəzetlərin "Azərbaycan" Nəşriyyatına
olan borcları ləğv edildi. Redaktorların maddi-texniki bazası
təmin olundu. Jurnalistlər dövlətin orden
və medalları ilə təltif edildi. Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov bizimlə söhbətində KİV əməkdaşlarının
Ulu Öndərin onlara göstərdiyi diqqət və qayğını unutmadıqlarını
bildirdi. Qeyd etdi ki, dahi
öndər Heydər
Əliyevin mətbuata
göstərdiyi dost münasibətlərə
görə qəzet yazarları Onu özlərinin dostları
elan etmişdilər:
- Əgər ölkəmizdə 17 il əvvəllə indiki durumu müqayisə etsək, 15 iyun tarixi yaddaşlarda yalnız bir ifadə ilə əksini tapar - dövlətin və xalqın xilası günü. Mediada həmin dövrün reallıqlarını işıqlandıran olayların əksəriyyəti, bir jurnalist kimi gözlərimiz önündə baş verdiyindən, bu qənaətdəyəm.
Həmin vaxt ölkədə, demək olar ki, bütün sahələri bürümüş hərc-mərcliyi, anarxiyanı aradan qaldırmaq, dövlət müstəqilliyini qorumaq, işğalçıların qarşısına möhkəm sipər çəkmək, üstəlik, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması aktual məsələ idi. Lakin Heydər Əliyevin qayıdışınadək bu məsələlər sanki taleyin ümidinə buraxılmışdı. Ən böyük ziyan, təbii ki, xalqa dəyirdi və xalqımız məhz 15 iyun günü ümummilli liderimiz Heydər Əliyevə ikinci dəfə hakimiyyət sükanının etibar edilməsi yolunda mühüm addım atdı. Bu etimad dərin məntiqi əsaslara, tarixi və məntiqi qanunauyğunluğa söykənirdi. Onun respublikaya rəhbərlik etdiyi birinci 17 illik dönəmdə Vətənimizin yüksək surətlə tərəqqisindəki rolu və xidmətləri hamıya yaxşı məlum idi. İndi xalq seçiminin müsbət nəticələrini gündəlik həyatında görür, qiymətləndirir, bəhrələnir.
Təbiidir ki, ötən illərdə əldə olunmuş görkəmli uğurlardan hər bir sahə əməkdaşının deməyə kifayət qədər faktiki sözü var. Siyasətçinin də, elm, mədəniyyət, təhsil işçisinin də. Mən isə deyərdim ki, bu qayıdış milli mətbuatımızın da dirçəldilməsi, zəngin ənənələrinin bərpası və yaşadılması baxımından mediamız üçün son dərəcədə əhəmiyyətlidir. Milli mətbuatımızın 135 illik yubileyini qeyd etməyə hazırlaşdığımız indiki mərhələdə belə bəşəri xidmətlər daha qiymətli və əhəmiyyətli görünür.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığını demokratikləşmənin, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən saydığından müstəqil mətbuatımızın inkişafı yolundakı bütün əngəllərin aradan qaldırılmasına daim sayğı ilə yanaşırdı. Müharibə şəraitində olan ölkədə senzuranın aradan qaldırılması, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, medianın özünütənzimləmə mexanizminin əyani təmsilçisi sayılan Azərbaycan Mətbuat Şurasının bilavasitə jurnalistlərin özləri tərəfindən təsisi, mətbu nəşrlərə yardımlar, onların borclarının dondurulması, sonra isə ləğvi və medianın zəngin hüquqi bazası Heydər Əliyevin demokratik cəmiyyətə, bu qələm sahiblərinə əbədi yadigarıdır.
Biz fəxr edirik ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları da eyni xətti davam və inkişaf etdirməkdədir. Onun milli mətbuatımızın 135 illiyinin ölkədə geniş qeyd olunması üçün imzaladığı sərəncam 15 iyun günü təməli qoyulan belə qayğının yeni əyani təcəssümü sayıla bilər.
"Hər kəs bilirdi ki, Azərbaycanı bu xaosdan ancaq Heydər Əliyev qurtara bilər"
"SİA"-nın
icraçı direktoru Vəli Vəliyev:
- 15 iyunla bağlı Azərbaycanda müxtəlif sahələrdə çalışan insanlar eyni fikirlər səsləndirirlər. Əslində, hədəf eynidir. Həmin gün Azərbaycan xalqının qurtuluş günü idi. O zaman bütün diqqət, nəzər Naxçıvana dikilmişdi. Çünki hər kəs bilirdi ki, Azərbaycanı bu qarşıdurmalardan, xaosdan ancaq Heydər Əliyev qurtara bilər. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, yürütdüyü daxili və xarici siyasət Azərbaycanın bugünkü inkişafa gəlib çıxmasında böyük rol oynadı.
Mətbuatın inkişafı da Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Təsadüfi deyil ki, Heydər Əliyevin iqtidara gəlməsi istər müxalifət, istərsə də iqtidaryönlü mətbuat olsun, ümumiyyətlə, bütün medianın xilasını təmin etmiş oldu. Qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcu əvvəlcə donduruldu, sonrakı sərəncamlarla birdəfəlik ləğv edildi. Sonrakı dövrlərdə Mətbuat Şurası yaradıldı, bunun ardınca Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu haqqında çıxarılan qərar, bütövlükdə mətbuatın gələcəyini təmin etmiş oldu. Bu gün milli mətbuatımızın 135 illiyi ərəfəsində hər bir media mənsubu Ulu Öndərin onlara göstərdiyi diqqət və qayğını daim öz üzərində hiss edir. Prezident İlham Əliyevin mətbuatın yubileyi ilə bağlı verdiyi sərəncam hər birimizin ürəyincədir.
Aylana RZAYEVA
Səs.- 2010.- 13 iyun.- S. 10.