Ulu Öndər Heydər Əliyev
xalqımızı bəlalardan qurtardı
15 iyun xalqımızın
Qurtuluş Günüdür
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını, millətini və bütövlükdə, vətənimizi bəlalardan qurtardı və Azərbaycanın sürətlə inkişafı üçün hər cür şəraitləri yaratdı, həmçinin, bütün sahələrdə ölkəmizin inkişaf etməsinə nail oldu. Xalqımız Ulu Öndər Heydər Əliyevin gördüyü bu yüksək səviyyəli işlərə görə ona borcludur.
Oqtay Sultanov,
ADPU-nun tarix fakültəsinin dekanı:
- Hamıya məlumdur ki,
SSRİ dağıldıqdan sonra onun tərkibində olan
dövlətlər öz müstəqilliyini qazandı və
müstəqilliyin ilk illərində bəzi çətinliklərlə
qarşılaşdı. Azərbaycan isə, o illərdə
daha ağır vəziyyətə düçar olmuşdu.
Bunun səbəbi o vaxtkı hakimiyyətin səriştəsizliyi,
qorxaqlığı, siyasi bacarığının olmaması
ilə əlaqədar idi. Bu ağır vəziyyətdə
xalqımıza Heydər Əliyev kimi dahi siyasətçi,
xalqını, millətini sevən, müdrik, siyasi səriştə
və böyük iradəyə malik olan insan lazım idi. Ümummilli
liderimiz Heydər Əliyev də xalqını və vətənini
çox sevdiyi üçün bu ağır vəziyyətdə
millətinin köməyinə gəldi. Heydər Əliyev Azərbaycanın
başı üstündə olan bütün qara buludları
məhv etdi və ölkəmizin bütün sahələrdə
inkişaf etməsinə nail oldu. Hər kəsə məlumdur ki, Heydər Əliyev Azərbaycanı
çox çətinliklərdən qurtardı. Ölkəmiz
elə bir ağır vəziyyətdə idi ki, bu vəziyyətdən
Azərbaycanı yalnız Heydər Əliyev çıxara
bilərdi. Heydər Əliyevin Azərbaycan üçün,
xalqımız və millətimiz
üçün etdiyi o qədər böyük,
saysız-hesabsız işlər var ki, bunları saymaqla bitirmək
olmaz. Ulu Öndərimizin ictimai, siyasi, mədəni və digər
sahələrdə apardığı uğurlu işlər
güclü, qüdrətli Azərbaycan naminə görülən
işlər idi. Heydər Əliyev dünya dövlətlərinin hesablaşacağı, əməkdaşlıq
etməyə səy göstərəcəyi güclü bir
Azərbaycan dövləti yaratmış oldu. Bu güclü
Azərbaycan dövləti bu gün də cənab Prezident
İlham Əliyevin apardığı siyasət sayəsində
daha da qüdrətlənir.
Xəzər Umarov,
tələbə:
- Mən bir gənc kimi deyə
bilərəm ki, biz gənclər Ulu Öndərimiz Heydər
Əliyevə hər zaman borcluyuq. Çünki ümummilli
liderimiz bizim üçün şanlı, şöhrətli,
güclü, qüdrətli Azərbaycan Respublikası
yaratdı. Heydər Əliyev xalqımızı pis vəziyyətlərdən,
ağır şəraitdən qurtardı. 15 iyun
xalqımızın, Azərbaycanın fəlakətlərdən
qurtulması günüdür. Bütün gənclər Ulu
Öndərimizi hər zaman məhəbbətlə,
böyük fəxrlə yad edir. Heydər Əliyev, həmçinin,
Azərbaycan xalqının qürurudur. Biz gənclər xarici
ölkələrdə olarkən Heydər Əliyevlə
bağlı xüsusi qürur keçirir və fəxr hissləri
ilə danışırıq. Bizim ümummilli liderimizi təkcə
Azərbaycanda deyil bütün dünyada tanıyırlar. Azərbaycan
gənclərinin yüksək səviyyədə təhsil
almasına, bilikli, savadlı, ağıllı,
düşüncəli, intellektual səviyyəsinin yüksək
olmasına Heydər Əliyev daim diqqət və qayğı
ilə yanaşırdı. Bu, Ulu Öndərimiz Heydər Əliyevin
gənclərə inamından irəli gəlirdi.
Zöhrə Muradova,
filoloq:
- Heydər Əliyev bizim hər
birimizin yaddaşında hər zaman ən dahi siyasətçi,
millətini, xalqını sevən bir insan, müdrik şəxsiyyət
kimi qalıb və qalacaq. Ulu Öndər Heydər Əliyev
xalqımızın hər bir nümayəndəsinə
öz diqqət və qayğısını əsirgəməyib.
15 iyun günü Azərbaycanı Heydər Əliyev dəhşətli
bəlalardan qorudu və xalqımıza azadlıq bəxş
etdi. O zaman Azərbaycanda mövcud olan hər bir çətin
vəziyyət millətimizə bəlli idi. Lakin Heydər Əliyev
hakimiyyətə qayıtmaqla Azərbaycan millətinə
xoşbəxt günlər bəxş etdi. Heydər Əliyevin
dahi siyasətçi olması təkcə bizim ölkəmizə,
xalqımıza deyil, bütün dünyaya bəllidir.
Böyük dövlətlərin başçıları,
siyasi xadimləri ümummilli liderimizə ən yüksək
qiyməti vermişlər. Heydər Əliyev Azərbaycanı
çox çətin vəziyyətdən qurtarmış
oldu. Məhz buna görə də biz ona hər zaman borcluyuq.
Buludxan Xəlilov,
ADPU-nun filologiya fakültəsinin dekanı:
- 15 iyun günü Azərbaycan
xalqının tarixində ən önəmli, ən
mühüm gündür. Çünki məhz bu gün Heydər
Əliyev ölkəmizi, millətimizi bəlalardan qurtardı.
Onun siyasi səriştəsi, müdrikliyi, güclü iradəsi,
böyük əzmi və millətinə, vətəninə
olan sevgisi Azərbaycanı çətin vəziyyətdən
qurtardı. Bu gün Azərbaycanın sürətli inkişafının
təməlini ümummilli lider Heydər Əliyev qoyub. Heydər
Əliyev hakimiyyətə gəlməklə ölkədaxili
qarşıdurmalara son qoydu, Azərbaycanın daxilində olan
çox çətin problemlərin hamısını həll
etdi və ölkəmizin xarici siyasətində, digər
dövlətlərlə əlaqələr qurmasında və
inkişafında yeni mərhələ yaratdı. 15 iyuna qədər
ölkəmiz bütün qonşu dövlətlərlə
xoşagəlməz münasibətdə idi, həmçinin,
ölkə daxilində özbaşınalıq hökm
sürürdü. Azərbaycan elə bərbad bir vəziyyətə
düşmüşdü ki, cəmiyyətdə normal insan
münasibətlərindən və heç bir sahədə
inkişafdan söhbət gedə bilməzdi. Lakin Ulu Öndər
Heydər Əliyev öz dahiliyi sayəsində bütün
problemləri həll etdi. Xalqa azadlıq bəxş etdi. Heydər
Əliyevin apardığı siyasət nəticəsində
ölkəmizdə hər bir sahədə - istər siyasi, istər
ictimai, istər mədəni və istərsə də digər
sahələrdə yüksək səviyyəli işlər
görüldü və sürətli inkişafa nail olundu. Ulu
Öndərimiz Heydər Əliyevin layiqli
davamçısı cənab Prezident İlham Əliyev bu
gün ümummilli liderin siyasi kursunu layiqincə davam etdirməklə,
ölkəmizin günü-gündən daha da çiçəklənməsinə
nail olur.
Zaur Niftaliyev,
müəllim:
- Azərbaycan xalqının
başı çox bəlalar çəkib. Amma Heydər Əliyev
hakimiyyətə gələndən sonra xalqımıza
xoşbəxt, azad günlər qismət oldu. 15 iyun
xalqımızın qurtuluş günüdür.
Xalqımız ağır vəziyyətlərdən, çətin
həyat şəraitindən məhz Ulu Öndər Heydər
Əliyevin səyləri nəticəsində qurtuldu.
Ümummilli lider Heydər Əliyev öz uzaqgörənliyi ilə
Azərbaycan üçün elə bir inkişaf xətti
seçdi ki, bu inkişaf xətti bu gün də sürətlə
davam edir. Heydər Əliyevin layiqli davamçısı cənab
Prezident İlham Əliyev onun siyasi kursuna sadiq qalmaqla, Azərbaycanı
daha da inkişaf etdirir. Xalqımız hər zaman Heydər Əliyev
siyasi kursunu dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək.
Həmçinin, millətimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşərək,
daim Ona dəstək olacaq.
Xalqın xilası və nicatı günü
Bu gün ölkəmizin hər
yerində xalqımıza xilas, dövlətimizə
qurtuluş bəxş edən ulu öndərimiz Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəlməsi-15 İyun
Milli Qurtuluş Günü münasibətilə geniş tədbirlər
keçirilir. Xalq ulu öndərinə öz sevgi və məhəbbətinin
hədsiz olduğunu bir daha nümayiş etdirmək
üçün şənlik edir, bayram libasına
bürünür. Söhbət etdiyimiz "Azərbaycan
Fermer" qəzetinin baş redaktoru Nuhəli Kərimov 15
İyun Milli Qurtuluş Gününün xalqın xilası və
nicatı günü olduğunu bildirdi: - 1993-cü il iyunun 15-i Azərbaycanın
müstəqil dövlət kimi tərəqqisinin
başlanğıc günü kimi tariximizə qızıl hərflərlə
əbədi həkk olunmuşdur. 15 il əvvəl Azərbaycan
xalqının təkidli tələbi ilə hakimiyyətə
qayıdan ümummilli liderimiz Heydər Əliyev
ömrünün qalan hissəsini də dövlətçiliyimizin
qorunması və möhkəmlənməsinə həsr
etmiş, müstəqilliyimizin əbədiliyini və dönməzliyini
təmin etmişdir. Müstəqilliyimizin ilk illərində
hakimiyyətdə olan səriştəsiz rəhbərlərin
şəxsi ambisiyaları ucbatından ölkədə xaos,
böhran və özbaşınalıq yaranmışdır.
Belə bir məqamda xalqın təkidi ilə Bakıya gələn
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra müstəqilliyimizin yenidən
itirilməsi təhlükəsinə birdəfəlik son
qoyuldu.
Xatırlatmaq yerinə
düşər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycan mürəkkəb və ziddiyyətli proseslərin
məngənəsində sıxılırdı. Bakıda hakimiyyət uğrunda
aparılan savaş cəbhədə torpaqlarımızın
itirilməsi ilə nəticələnirdi. İqtisadiyyat tənəzzülə
uğrayır, dövlət müstəqilliyimizin məhv
olması problemi ortaya çıxırdı. Xalqın sabaha
olan inamı isə tamamilə sarsılmışdır. Belə
ağır və faciəli günlərdə xalqımız
böyük uzaqgörənlik nümayiş etdirərək,
ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə
qaytardı. Məhv olmaq həddinə çatmış
dövlətçiliyimiz, vətəndaş müharibəsinə
sürüklənən xalqımız ulu öndərin
uzaqgörənliyi, qətiyyəti və iradəsi sayəsində
ağır vəziyyətdən qurtuldu.
Milli Qurtuluş Azərbaycan
xalqının xaosdan, özbaşınalıqdan qurtarması,
milli dövlətçiliyimizin xilası, nadanlığa və
cahilliyə son qoyulması deməkdir. Azərbaycan
xalqının azadlığının, müstəqil
dövlətçiliyinin müqəddəratının həll
edildiyi ən ağır günlərdə ümummilli
liderimiz Heydər Əliyevin öz xalqının iradəsinə
tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində,
Onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan
xalqını, milli azadlıq hərəkatını,
qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan
xilas etmək kimi çox çətin və şərəfli
bir missiyanı qəlbinin hökmü ilə öz üzərinə
götürməsi idi. Bu, sözün əsil mənasında,
"Ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram" deyib meydana atılan geniş
ürəkli vətən oğlunun öz xalqı, öz vətəni
qarşısında misilsiz fədakarlığı idi. Ulu
öndər Heydər Əliyev Azərbaycan üçün,
xalqımız üçün çox işlər
gördü. Son dərəcə mürəkkəb bir şəraitdə
siyasi hakimiyyətə gələn Heydər Əliyev qısa
müddət ərzində Azərbaycanı əmin-amanlığın
hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti
üçün geniş şərait
yaradıldığı bir ölkəyə, hərtərəfli
əməkdaşlığa hazır olan bir tərəfdaşa
çevirdi. Fəlakət qarşısında olan Azərbaycan
düşdüyü ağır vəziyyətdən
ümummilli liderin əzmi və iradəsi ilə
çıxarıldı. Ulu öndər Azərbaycanı
dünyaya tanıtdı. Ona görə də, Azərbaycan
xalqı öz xilaskarını sevir və onun ruhu
qarşısında baş əyir. Nə qədər Azərbaycan
xalqı və dövləti var, ulu öndərimiz Heydər Əliyev
də yaşayacaq. Onun qurub yaratdığı müstəqil
Azərbaycan dövləti dünya birliyində öz layiqli
yerini tutmaqda davam edəcək.
Yeri gəlmişkən, onu
da vurğulamaq istərdim ki, Azərbaycan xalqı həm də
ona görə xoşbəxt xalqdır ki, Onun ümummilli
liderimiz Heydər Əliyevin ideyalarını uğurla davam
etdirən İlham Əliyev kimi
Prezidenti var. Cənab İlham Əliyev
xalqa və dövlətə xeyirli, gərəkli əməlləri
ilə nəinki Cənubi Qafqazda, ümumiyyətlə,
dünyada ən tanınan və qəbul edilən nüfuzlu
liderlərdəndir. Birmənalı şəkildə demək
olar ki, Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hələ
çox uğurlara, nailiyyətlərə imza atacaq.
Qısası, Azərbaycan dövlətinin sabahı,
bugünü kimi parlaq və uğurlu olacaq.
Cahid SÜLEYMANOV
Səs.- 2010.- 13 iyun.- S. 11.