Milli Qurtuluş Azərbaycanın xilas tarixidir
YAP Nizami rayon təşkilatı və icra
hakimiyyəti 15 İyun Milli Qurtuluş Günü
münasibəti ilə tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı və Nizami rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə Ulu Öndər
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı 15 İyun
Milli Qurtuluş Günü münasibəti
ilə tədbir keçirildi. Nizami rayon icra hakimiyyətinin
inzibati binasında keçirilən tədbirdə,
iştirakçılar öncə,
binanın foyesində
ucaldılmış Ulu
Öndər Heydər
Əliyevin büstünü
ziyarət edib və önünə gül dəstələri
düzüblər.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra, giriş sözü ilə çıxış edən
YAP Nizami rayon təşkilatının sədri
Sədaqət Vəliyeva
15 İyun Milli Qurtuluş Gününü
milli məfkurəmizdəki
yerindən və mövqeyindən bəhs
etdi. Bildirdi ki, 1993-cü ildə
xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını
parçalanmadan, vətəndaş
müharibəsindən, ümumilikdə
isə, dövlətçilik
prinsiplərini birdəfəlik
yox olma təhlükəsindən xilas
etdi. "1990-cı illərin əvvəllərində
siyasi hakimiyyətdə
olan şəxslərin
səriştəsizliyi və
şəxsi maraqları
daha çox önə çəkmələri
sayəsində Azərbaycan
dövlətçiliyi çıxılmaz
duruma düçar olmuşdur. Demək olar ki, Azərbaycana
qarşı həm daxildən, həm də xaricdən böyük təhlükələr
mövcud idi. Ölkə daxilində bir neçə qütbə bölünmüş
qüvvələr arasında
gərgin mübarizə
gedirdi. Bütün bunların fonunda isə, Azərbaycan xalqı böyük əzab və əziyyətlərə düçar
olmuşdur. Məhz belə bir məqamda
xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyevə idi. Beləliklə də, Azərbaycan
xalqı təkid və tələblə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə
gətirilməsinə və
Onun müdrikliyi ilə bütün bu problemlərin aradan qaldırılmasına
inamı daha da gücləndi" deyən S.Vəliyeva
1993-cü ilin 15 iyununda
Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, ulu öndər, Ali Məclisin Sədri seçilməklə, Azərbaycan
dövlətini bütün
problemlərdən və
mövcud bəlalardan
xilas etmiş olduğunu bildirdi.
Millət vəkili Fəttah Heydərov çıxışında Azərbaycan
tarixinin ən müqəddəs günlərindən
olan 15 İyun Milli Qurtuluş Gününün xalqın
və millətin ən böyük bayramlarından biri olduğunu söylədi. Qeyd etdi ki,
Azərbaycan tarixində
ən önəmli məqamlarından olan
1993-cü ilin 15 iyunu xalqın böyük öndəri, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı
ilə əlaqədardır.
Bu tarix Ulu Öndər
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında yenidən
böyük bir missiyasının başlanğıc
tarixi kimi də qiymətləndirilir.
Çünki 1990-cı illərin
əvvəllərində Azərbaycan
dövlətinin başı
üzərini almış
böyük təhlükələr
və xarici işğal faktoru xalqın Ulu Öndər Heydər Əliyev zəkasına üz tutması ilə sona yetdi.
YAP İdarə Heyətinin
üzvü, millət
vəkili Eldar İbrahimov tədbir iştirakçılarına 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırdı.
Bildirdi ki, Azərbaycan xalqının
tarixində ən parlaq səhifələrdən
olan 15 İyun Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir.
Ulu Öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi və əhatəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanın
düşmüş olduğu
bəlalardan xilas etdi deyən E.İbrahimov Ulu Öndərin o dövrlər Naxçıvanda
görmüş olduğu
bir sıra işlərdən də bəhs etdi. E.İbrahimov o dövrlər
həm ölkə daxilində, həm ölkə xaricində baş verən proseslərin çox mürəkkəb olduğunu
və bu çətin situasiyadan ümummilli lider Heydər Əliyevin dərin zəkası ilə çıxmağın
mümkünlüyünü diqqətə çatdırdı.
"Ulu Öndər Heydər Əliyev həmişə öz
xalqı və dövləti üçün
əlindən gələn
heç bir işi əsirgəməyib.
O dövr Naxçıvanda
Ali Məclisə Sədrlik edən Ulu Öndər, ilk dəfə olaraq, Azərbaycan bayrağını müstəqil dövlətin rəmzi kimi təqdim etməklə, ilk konkret addım atmış oldu. Beləliklə də, Ulu Öndər, Heydər Əliyevə qarşı
xalqın böyük
inamı və məhəbbəti daha da güclənməyə
başladı" deyən
E.İbrahimov 1993-cü ilin
məlum hadisələrindən
sonra xalq öz liderini yenidən rəhbər görmək arzusu ilə Ulu Öndər
Heydər Əliyevə
müraciət etdi. Xalqın təkidi ilə siyasi hakimiyyətə yenidən
qayıdan ümummilli
lider Heydər Əliyev Azərbaycanı
düşmüş olduğu
bütün bəlalərdan
xilas etdi və xalqı xoşbəxt gələcək
naminə böyük
ideyalar ətrafında
birləşdirdi.
Nizami rayon icra
hakimiyyəti başçısının
müavini Gülnaz İsrafilova da çıxışında Ulu
Öndər Heydər
Əliyevin həyat və fəaliyyətindən
və Onun keçmiş olduğu böyük yoldan bəhs etdi. Qeyd etdi ki,
ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı olan tədbirlər rayon ərazisində çox yüksək səviyyədə
keçirilir. Tədbirin
sonunda Nizami rayon ictimaiyyəti adından möhtərəm
Prezident cənab İlham Əliyevə təbrik məktubu ünvanlandı.
Tapdıq QURBANLI
Səs.- 2010.- 13 iyun.- S. 12.