YAP Nəsimi rayon təşkilatında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirildi

 

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Böhranların idarə olunmasında siyasi liderlərin rolu" adlı elmi  konfrans keçirildi.

Tədbiri giriş sözü ilə təşkilatın sədri, millət vəkili Məlahət Həsənova açaraq, bu tarixi gün münasibətilə bütün iştirakçıları təbrik etdi. O bildirdi ki, iyun ayının 1-dən başlayaraq, Azərbaycanın bütün rayonlarında, eləcə , xarici dövlətlərdə diaspora təşkilatları 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirməkdədirlər. Demokratik dəyərlərin formalaşdığı bir dövrdə belə bir tədbirin keçirilməsinin tarixinə diqqət yetirən Məlahət Həsənova Azərbaycan xalqının təhlükəsizliyini təmin edən 15 İyun Milli Qurtuluş Gününün mahiyyət əhəmiyyətinə diqqət yönəltdi. Azərbaycan xalqı birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkid tələblə ümummilli liderin hakimiyyətə qayıdışını irəli sürdü. Bu tarixi gün Azərbaycanı bürümüş olan fəlakətdən, xaosdan, böhrandan xilas etdi: "Müstəqil dövlətimizin 15 iyun tarixinə qədər keşməkeşli bir tarixi olmuşdur. Dövr üçün mövcud olan mühit olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan bir zaman idi. Dünyanın qədim dövlətçilik tarixinə malik ölkələrində belə böhran vəziyyəti yarana bilir. Məsələn, ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə dövlətləri tarixən böhranlarda üz-üzə qalmış yalnız xalqın yetişdirdiyi liderin sayəsində düşdüyü vəziyyətdən xilas ola bilmişdir. Azərbaycan xalqı Azərbaycan dövləti belə bir böhranı müstəqilliyinin ilkin illərində yaşadı. 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən vətən torpaqlarımız işğala məruz qaldı, əhali ərzaq qıtlığı ilə üzləşdi, minlərlə soydaşımız vətənindən didərgin düşdü, hətta böhran son həddə - vətəndaş müharibəsinə qədər yüksələ bildi. 1993-cü ilin iyun ayında isə hökumət böhranı ən acınacaqlı həddə çatdı. Bu anda isə xalqı qırğından, səfalətdən, vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan bir insan, xalqın ümid yeri olan Heydər Əliyev xalqına dövlətinə sahib çıxdı. Öz uzaqgörən dahiyanə siyasəti ilə xalqımızı dövlətimizi düşdüyü bu ağır durumdan, böhrandan xilas etdi. Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək, hakimiyyətə qayıdışı Azərbaycan xalqını düçar olmuş vəziyyətdən xilas etdi. O, Azərbaycan tarixinin xilaskarlıq missiyasını həyata keçirən liderdir. Heydər Əliyev irsinə müasir dövrümüzdə bu şəkildə böyük marağın, məhəbbətin yaranması, eləcə , onun fəaliyyətinin araşdırılması məhz bu məqsəddən irəli gəlmişdir".

Məlahət xanım "Böhranların idarə olunmasında siyasi liderlərin rolu" adlı elmi  konfransın keçirilməsinin məhz Heydər Əliyev irsinin azərbaycanlı gənclərə təbliği yönündə bir addım olduğunu söylədi. Belə ki, Nəsimi rayon icra hakimiyyəti YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərin məhz bu dövrlə bağlı fikirlərinin öyrənilməsi maraq doğurur. Bu gün belə bir ictimai-siyasi mühitdə yaşayan gənclər keçmiş tarixi ilə bağlı həqiqətləri bilməli, demokratik prinsiplər əsasında inkişafda olan dövlətin yaradıcısı qurucusu Heydər Əliyev şəxsiyyətindəki Azərbaycançılıq ideyalarına dərindən bələd olmaları vacib şərtlərdən biridir. Təşkilatın sədri onu da bildirdi ki, biz Azərbaycan ziyalıları gənclərimizə bu ideyaları təbliğ etməliyik. Azərbaycanda kifayət qədər elmi biliyə, potensial gücə malik olan gənclər ordusu var. Onların bu cür formalaşmasına xaricdə təhsil almalarına yol açan da Heydər Əliyev olmuşdur. Heydər Əliyevin gənclər siyasəti gələcəyin qurucusu olan nəslin inkişafına töhfələrini vermişdir.

    Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyəti başçısı Nəsib Məhməliyev Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda görülən işlərdən dövlətin dünyaya inteqrasiya olunmasındakı məqsədyönlü fəaliyyətindən danışdı. 1987-ci ilin noyabr ayında Heydər Əliyevə Moskvadakı vəzifəsindən istefa verməsini bundan sonrakı dövrdə Azərbaycanda başlanan elmi-siyasi böhranın başlanma nöqtəsinə diqqəti yönəltdi. Satqın, xəyanətkar siyasətçilərin bəd əməlləri nəticəsində torpaqların işğal olunması, eləcə , həmin illərdəki hadisələri xronoloji ardıcıllıqla xatırladan icra hakimiyyəti başçısı Heydər Əliyevin qayıdışı ilə dağılmaqda, məhv olmaqda olan Azərbaycanda yeni bir dövrün başlandığını bildirdi. 1993-cü il 15 iyun tarixi Azərbaycanın həyatına böyük bir tarixi gün, Milli Qurtuluş Günü kimi daxil oldu. Əgər bu gün olmasaydı, Azərbaycan dünya birliyinə daxil ola bilməz, həqiqətləri bəşəriyyətə, ictimaiyyətə çatdırmaqda güc göstərə bilməzdi. Nəsimi rayon icra hakimiyyəti başçısı Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yürütdüyü siyasət nəticəsində Azərbaycanın bütün dünyaya tanındığını bunun müqabilində xalqımızın öz seçimində yanılmadığını vurğuladı.  Sevindirici haldır ki, dahi öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.

Elmi konfransda çıxış edən Ymumrespublika Gənclər İttifaqının sədri Şahin İsmayılov, Dillər Universitetinin tələbəsi Rauf Həsənov başqaları dünya siyasətində Heydər Əliyevin rolundan danışaraq, Onu tarixə düşmüş liderlər olan fransalı Şarl Deqoll, hindistanlı İndira Qandi başqaları ilə müqayisə etdilər. Heydər Əliyevin gənclərə qayğısından danışıb, "Yurdda sülh, cahanda sülh" siyasətinin davamçısı kimi fəaliyyətini davam etdirəcəklərini bildirdilər.

O da qeyd olundu ki, Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında dünyada tanınmasında əvəzsiz rola malik siyasətçidir. Yeni nəsil ümummilli lider  Heydər Əliyev şəxsiyyətindən milli quruculuq konsepsiyasını öyrənməlidir.

Elmi konfransda Heydər Əliyevə həsr olunmuş sənədli film iştirakçılara təqdim olundu.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 13 iyun.- S. 13.