Xalqın nicat günü
Dünən Goranboy rayon icra hakimiyyəti
ilə Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının birgə
təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününün 17-ci ildönümü
qeyd olundu. YAP rayon təşkilatının
sədr müavini Əzra Həşimova çıxış edərək,
bildirdi ki, 15 iyun 1993-cü il müstəqillik tariximizə
mühüm mərhələ
və dönüş
anı kimi daxil olub: "Müstəqil dövlətimizin
timsalında ötən
illəri təhlil edərkən, bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı
ilə reallaşdırmaq
mümkündür. Bu şərəfli
tarixi missiyanı məhz millət atası Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın
xahişi ilə yenidən hakimiyyətə
qayıdan Ulu Öndərimiz
Gəncədə alovlanan vətəndaş
müharibəsinin alovlarını
söndürdü, qardaş
qırğınının qarşısını aldı
və millətini bütün bəlalardan hifz edib qorudu".
Ə.Həşimova onu da vurğuladı ki, dövlət o vaxt güclü
və yenilməz olur ki, onun
xalqının birliyi,
yekdilliyi təmin edilsin: "Məhz
"Heydər-Xalq" birliyi
və yekdilliyi sayəsində Azərbayanda
sabitlik, əmin-amanlıq
bərqərar oldu, dövlət çevrilişi
cəhdlərinin qarşısı
qətiyyətlə alındı,
hakimiyyətə silah
gücünə gəlmək
kimi təhlükəli
ənənəyə birdəfəlik
son qoyuldu. Bu gün ümummilli
liderimizin siyasi kursu, Onun layiqli
siyasi varisi, Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev Ulu Öndərimizin bizə miras qoyduğu müstəqil Azərbaycanı
daha da inkişaf
etdirir".
Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyəti
başçısının müavini Elçin İsmayılov bildirdi ki, müasir tariximizə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun 1993-cü il tariximizdə və taleyimizdə oynadığı
ən yaddaqalan ildir: "17 il tarix üçün bəlkə də bir ana bərabərdir,
çoxəsrlik salnamənin
bir səhifəsidir.
Lakin bu səhifənin hər bir sətri böyük mübarizələrdən,
talatümlərdən, ağrı-acılı
və sevincli anlardan, xalqımızın
müdrik oğlu Heydər Əliyevin titanik fəaliyyətindən
xəbər verir".
Tədbirdə çıxış
edən Müşfiq Sadıqov, Tural Cabbarov, Ziya Şükürov, Gündüz
Hacıyev və başqaları bildirdilər
ki, XX əsrin Azərbaycana bəxş etdiyi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev olmuşdur. Bu şəxsiyyətin gördüyü
işlərin miqyasını
bu gün ölçmək o qədər də asan deyil. Bu
möhtəşəmliyin miqyasını
isə bu gün Ulu Öndər
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyev uğurla davam etdirir.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2010.- 13 iyun.- S. 13.