Azərbaycan mətbuatının
şərəfli tarixi
var
135 yaşlı Azərbaycan jurnalistikası öz
işinin öhdəsindən əzmlə gəlir
Dünya jurnalistikası və informasiya sektoru hazırda yüksəliş dövrü
keçirir və bu proses Azərbaycana
da sirayət edir. Azərbaycan dünya ölkələri
arasında mətbuatın
yaranma tarixi və inkişafına görə ön yerlərdən birini tutur. Milli mətbuatımızın
tarixi 1875-ci ildən, Həsən bəy Zərdabinin yaratdığı
"Əkinçi" qəzeti
ilə başladı.
Bu hadisə bir çox dünya ölkələrində
hələ mətbuatın
mövcud olmadığı
bir vaxtda baş verdi. Anadilli mətbuatımızın
əsasını qoyan
böyük maarifçi
Həsən bəy Zərdabinin yaratdığı
qəzet o dövr üçün böyük hadisə idi. Düzdür, "Əkinçi"yə qədər də bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər
olmuşdu. Amma yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə
qəzet çıxarmaq
mümkündür.
Sivil cəmiyyəti, milli mədəniyyəti artıq
mətbuatsız təsəvvür
etməyin mümkün
olmadığı bir
dövrdə Zərdabi
özü "Kəşkül"
qəzeti ilə "Şərqi-Rus" arasında
keçən 13 ili - mətbuatsız keçən
dövrü Azərbaycan
cəmiyyətinin qaranlıq
dövrü adlandırmışdı. Azərbaycanın maarifçi jurnalistləri
milli problemlərin mətbuatda qoyulması zamanı ciddi təzyiqlərlə üzləşsələr
də, geri çəkilməyiblər. İlk
dövrlər azərbaycançılıq
və maarifçilik ideyalarının ifadəsi
mühüm mərhələ
təşkil edirdi.
Azərbaycan mətbuatının
qürurverici tarixi nəşrlərindən biri
də ideyaları və onların gerçəkləşmə üsulları
heç vaxt köhnəlməyən "Molla
Nəsrəddin" jurnalıdır.
"Molla Nəsrəddin"çilər ədəbi
və publisist yaradıcılığı "əsrin aynası", demokratiya uğrunda mübarizədə kəskin
silah hesab edir, jurnalı məhz belə bir silaha çevirmək
üçün var qüvvələrini əsirgəmirdilər.
Mirzə Cəlilin əsas qayəsi azərbaycanlını öz
tarixinə, mədəniyyətinə,
ənənələrinə sədaqət ruhunda maarifləndirmək, millətini
müasir dünyaya uyğun ölçülər
səviyyəsində görmək
idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdı.
Hazırda Azərbaycanda
3500-dən artıq mətbu
orqanın qeydiyyatdan keçməsini əsas gətirib azad mətbuata və azad sözə münbit şəraitin yarandığını söyləmək
olar. Bünövrəsi
1875-ci il iyulun
22-də "Əkinçi" qəzeti ilə qoyulan və XIX əsri cəmi bir neçə qəzet-jurnalla başa vuran milli mətbuatımız
bu gün 3000-dən artıq mətbu orqanın timsalında yaşamaqdadır. Jurnalistika
həm şərəfli,
həm də məsuliyyətli peşədir.
Böyük şəxsiyyətlər
müəllimləri və
jurnalistləri ən müqəddəs peşə
sahibləri hesab ediblər. Müəllimlər
insanlara təlim-tərbiyə
verir, jurnalistlər isə maarifləndirir və məlumatlandırır.
Jurnalist peşəsi şərəfli olduğu
qədər də çətin və təhlükəli peşəsidir.
Təsadüfi deyil ki, aparılan tədqiqatlara görə,
dünyada minlərlə
peşə arasında
jurnalistika 3-cü təhlükəli
peşə hesab olunur. Bəli, jurnalistika qorxmazların, mübarizlərin, xalqa, dövlətə, vətənə
xidmət yolunda hər cür fədakarlığa hazır
olanların peşədir.
Təhlükələr, təqiblər,
repressiyalar, sürgünlər,
fiziki və mənəvi təzyiqlər,
qətllər. Bunlar tarixən jurnalistlər tərəfindən könüllü
olaraq seçilmiş
həyat tərzi olub. Jurnalistləri Qərbdə cəmiyyətin
və demokratiyanın
"gözətçi köpəyi"
adlandırırlar. Bu
hörmətəlayiq status
hesab olunur. Şərq düşüncə
tərzində isə
bu status fərqlidir- jurnalistləri
dördüncü hakimiyyət
kimi görmək istəyirlər və əli hər yerdən üzülənlər
son çarə kimi məhz jurnalistlərə müraciət
edirlər. Azərbaycan
mətbuatının şərəfli
tarixi var. Və bugünkü mətbuatımız
da bu şərəfli
tarixi davam etdirmək, "Əkinçi"
və "Molla Nəsrəddin" məktəblərinin
davamçısı olmaq,
tarixi ənənəmizin
bütün dünyada
təbliğini həyata
keçirmək iddiasını
ortaya qoymaq üçün bütün
imkanlarını səfərbər
edir.
Tapdıq Qurbanlı
Səs.- 2010.- 17 iyun.- S. 7.