17 iyun Səhiyyə İşçiləri
Günüdür
17 iyun səhiyyə işçilərinin
peşə bayramıdır.
1918-ci ildə yaradılmış
Azərbaycan Demokratik Respublikasının ilk qərarlarından biri 17 iyun Səhiyyə Nazirliyinin yaradılması
ilə əlaqədar
oldu. Səhiyyə Nazirliyinin yaradılmasını
nəzərə alaraq
hər il dövlət səviyyəsində
17 iyun Səhiyyə İşçiləri Günü
kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin
23 ay yaşamasına baxmayaraq, xalqın milli şüurunun oyanmasında, milli özünüdərkində müstəsna
rol oynamış, gələcəyə, ən
başlıcası isə,
ölkəni müstəqil
idarə edə biləcək rəhbərlərinin
varlığına inamını
artırmışdır. İqtisadi-sosial
və mədəni həyatda dönüş
yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını
genişləndirmək məsələsi
ön plana çəkilmişdi.
Hökumət əhaliyə
tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara
qarşı mübarizəni
gücləndirmək üçün
də hərtərəfli
planlar işləyib hazırlamış, bununla
əlaqədar qərar
qəbul etmişdi. Səhiyyə Nazirliyi qarşısında çox
ciddi vəzifələr
qoyulmuşdu. Onlardan önəmlisi
əhalinin sağlamlığının
qorunması üçün
lazımi şəraitin
yaradılması və
antisanitariya ilə mübarizənin gücləndirilməsi
idi. 60-cı illərin
sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi
ilk aylardan başlayaraq, Azərbaycanın
sosial-iqtisadi, elmi-mədəni həyatında böyük
canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün
sahələrində,elm
və təhsildə,
incəsənət və
mədəniyyətdə, səhiyyə
və məişətdə
sıçrayışlı bir inkişaf dövrü başladı.
Təkcə 1970-1980-ci illərdə
Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. 90-cı illərin
əvvəlləri xalqımızın
müstəqillik uğrunda
mübarizəsinin ilk
illərinə xas olan bir sıra
çətinliklərlə müşayiət edilsə
də, həmin illər vaxtilə səhiyyədə qazanılmış
nəticələrdən praktikada
istifadə edilməsinə
yönəlmiş fəal
elmi axtarışlarla
əlamətdardır. Ümumilli
liderin ölkə rəhbərliyinə qayıdışından
dərhal sonra onun həyata keçirməyə başladığı
islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi
və intensivləşdirilməsi üçün baza yaradıldı. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı
ilə səhiyyə sistemində islahatların
təşkili və aparılması məqsədilə
Hökumət Komissiyası
yaradıldı. Onun tərkibinə iqtisadiyyat,
maliyyə, ədliyyə
nazirləri, Milli Bankın, Sosial Müdafiə Fondunun, Həmkarlar İttifaqları
Konfederasiyasının, Dövlət
Sığorta Nəzarətinin
sədrləri, digər
nazirliklərin və baş idarələrin rəhbərləri, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin məsul işçiləri və
başqaları daxildir.
Bunun ardınca ümumilli liderin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında səhiyyə
sahəsində islahatlar
üzrə Dövlət
Komissiyası haqqında
Əsasnamə"nin
təsdiqi, Səhiyyə
Nazirliyi qanunvericilik aktlarının və dövlət proqramlarının
əməli surətdə
həyata keçirilməsi
məqsədi ilə bir sıra normativ
və metodik sənədlər işləyib
hazırlanması bu sahənin istiqamətinin dəyişdirilməsi, əhaliyə
tibbi yardım göstərilməsi və
bu yardımın təşkili sahəsində
islahatların
istiqamətlərini müəyyənləşdirmişdir.
Səhiyyənin və
əhalinin sağlamlığının
qorunmasının yeni
sisteminin qanunvericilik və hüquqi bazasının yaradılması,
səhiyyə sisteminin
idarə olunmasının
mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
formalarının müəyyən
edilməsi, tibb müəssisələri şəbəkəsinin və
onların çarpayı
fondunun səmərələşdirilməsi,
sanitariya-epidemioloji xidmətində
islahat aparılması,
tibbi sığorta prinsiplərinə keçilməsi,
pullu tibbi xidmətlərin inkişafı,
farmasiya sistemində islahat, tibb təhsilinin
islahatı, analitik informasiya xidmətində islahat və s. Bu və
ya başqa sahələrin inkişafında
beynəlxalq əlaqələr
mühüm rol oynayır. Adətən, bu cür əlaqələr
inkişaf etmiş ölkələrlə inteqrasiya
olmağa imkan yaradır. Elə buna görə də, ayrı-ayrı qurum və təşkilatlarla
beynəlxalq əlaqələrə
diqqət verilir.
1994-cü ildən başlayaraq,
Səhiyyə Nazirliyində
xarici əlaqələr
üzrə xüsusi əlaqələr yaradılmışdır.
Bu şöbə yarandığı
vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya
Səhiyyə Təşkilatı,
BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət
beynəlxalq humanitar təşkilatlarla fəal
əməkdaşlığı üzərində qurmuşdur.
Xarici əlaqələr
şöbəsinin qarşısında,
yuxarıda adları çəkilən təşkilatlarla,
ilk öncə, ÜST-ün Avropa Bürosu ilə sıx əməkdaşlıq
çərçivəsində proqramlar silsiləsini həyata keçirmək vəzifəsi dururdu. Gənc müstəqil dövlət ölkənin
başlıca iqtisadi,
sosial və digər xarakterli problemləri sırasında
milli səhiyyənin də öncül məsələlərini həll
etməli idi. Bu məsələlər Azərbaycan Respublikası
hökuməti və
ÜST Avropa Bürosu
kooperasiyasının fəaliyyətini
qaydaya salan sənədlərdə öz
əksini tapmışdır.
Orta müddətli Proqram və ya, Medium
Text Proqram (MTP) adlanan bu əsas
sənədin tərtib
edilməsində, onun
bütün hökumət
və beynəlxalq səviyyələrdə rəsmiləşdirilməsində,
irəlilədilməsində, eləcə də, imzalanma üsulunda xarici əlaqələr şöbəsi olduqca fəal iştirak etmiş və etməkdədir. MTR-in ölkədə tətbiqi şöbənin
gündəlik fəaliyyətində
önəmli yer tutur. Bunun üçün
həyata keçirilən
hər bir proqram üzrə Ümumdünya Səhiyyə
Təşkilatının ştatdankənar
əlaqələndiricilər institutu fəaliyyət göstərir. Proqramlar çərçivəsində hər bir layihənin
fəaliyyəti, yəni
milli mütəxəssislər
üçün ölkədə
keçirilən tədbirlər,
beynəlxalq seminar və konfranslarda iştirak və s. şöbə tərəfindən əlaqələndirilir.
Səhiyyənin daha bir öncül və şöbənin gündəlik gərgin iş obyekti olan sahəsini də qeyd etmək
lazımdır. Bildiyimiz
kimi, vərəm DOT proqramının həyata
keçirilməsinə 1995-ci ildən başlanmışdır.
Bununla əlaqədar olaraq vərəmin profilaktikası, diaqnostikası
və müalicəsi
üzrə Ümumdünya
Səhiyyə Təşkilatının
proqramı Azərbaycanın
üç bölməsində-Bakıda,
Lənkəranda və
Xaçmazda uğurla
həyata keçirilmişdir.
Layihənin müvəffəqiyyətlə
həyata keçirilməsindən
öncə, Səhiyyə
Nazirliyinin beynəlxalq
şöbəsi profilli
tibb müəssisələrinin
mütəxəssis və
rəhbərliyi ilə
çox gərgin və diqqətəlayiq ftiziopulmonoloji iş görmüşdür. Xatırladaq
ki, malyariya proqramı sahəsində
uğurlu addımlar atılmışdır. Onu da qeyd edək ki, 1996-cı ilin göstəriciləri ilə
müqayisədə malyariya
ilə bağlı vəziyyətin xeyli yaxşılaşması yalnız
Ümumdünya Səhiyyə
Təşkilatı proqramının
təchizinə başlamış
Səhiyyə Nazirliyinin
böyük səyləri
nəticəsində mümkün
olmuşdur. Xarici əlaqələr
şöbəsi beynəlxalq
və donor təşkilatlar, hər şeydən öncə,
UNİCEF, Sərhədsiz Həkimlər
(Belçika), Qızıl
Xaç Federasiyası
və İtaliyanın
AGIP neft şirkəti
ilə əlaqədar
çərçivəsində bütün imkan və ehtiyatları malyariya ilə mübarizəyə səfərbər
etmişdir. Səhiyyə Nazirliyinin, onun
beynəlxalq əlaqələr
şöbəsinin ÜST ilə
sıx əməkdaşlığı
poliomielit ilə xəstələnməni nəzarət
altına almağa imkan vermiş və artıq bu gün ÜST Azərbaycanı poliomielitdən
azad bölgə elan etmişdir. Vaksinlə aşılama və immunitet yaratma məsələsi də müasir səhiyyənin vacib problemlərindəndir.
Artıq Səhiyyə
Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi
UNİSEF və ÜST ilə sıx əməkdaşlıq
şəraitində vaksin tədarükü və
bütünlükdə, milli immunitet yaratma siyasəti ilə
bağlı durumu xeyli
yaxşılaşdırmışdır. Müasir dünyada analıq və uşaqlığın qorunması,
reproduktiv sağlamlıq
və təhlükəsiz
hamiləlik məsələləri
səhiyyənin ən
mühüm sahələrindən
biri olaraq qalır. Beynəlxalq şöbənin əməkdaşları
xarici təşkilatları
və xarici ölkələrdəki həmkarlarını
cəlb edərək,
bu problemlərin həllinə çox böyük diqqət yetirmişlər. Səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi
sahəsində aparılan
işlərin görülməsində
Səhiyyə Nazirliyinə
Ümumdünya Səhiyyə
Təşkilatının, BMT-nin
Uşaq və Əhali Fondlarının,
eləcə də, digər qurumların və bir sıra
xarici təşkilatların dəstəyini xüsusi qeyd etmək lazımdır. İnformasiya sistemlərinin
müasirləşməsi bu
gün dünyanın
bütün ölkələri
üçün olduqca
əhəmiyyətli bir
məsələdir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasında
səhiyyə informasiya
sisteminin təkmilləşdirilməsi
və inkişafı bu gün 3 Dövlət
Proqramında əksini
tapmışdır. Hesabat və
qeydiyyat sisteminin təkmilləşdirilməsi, xəstəliklərin
beynəlxalq təsnifatının
Azərbaycan dilinə
tərcümə olunması,
informasiya sistemi üzrə tibb işçilərinin biliklərinin
artırılması məqsədilə
rayonlarda genişmiqyaslı
treninqlərin keçirilməsi
son illərdə görülmüş işlərin
yalnız bir hissəsidir. Xatırladaq ki, müstəqil Azərbaycan dirçəldikcə,
ölkələrarası sərhədlərdə
şəffaflıq yarandıqca
Səhiyyə Nazirliyinin
beynəlxalq əlaqələri
də get-gedə genişlənir. XXI əsrdə
belə əlaqələr
daha qlobal xarakter alacaqdır. Azərbaycan səhiyyəsinə
göstərilən bu
diqqət və qayğı içərisində
səhiyyə işçiləri
peşə bayramlarını
qeyd edirlər.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 17 iyun.- S. 10.