Üçüncü nəslin yeni fidanı

 

Tərcümə edilmədən dünya dövlətlərinin qəbul etdiyi sevdiyi, beynəlxalq mühitdə dərk olunan musiqi insan hisslərinin təcəssümü, qeyrilərinə ötürülməsi, eləcə , ali dəyərlərin aşılanmasında bir vasitədir. Bu musiqi insan vücudunun bütövlükdə əksi, simasıdır desək, yanılmarıq. Sözsüz ki, hər bir musiqinin janr melodiyasının ahəngi insan ruhuna yaxın olduğundan hər kəs bunu özünəməxsus olaraq seçib qəbul edir. Bu musiqi ifaçı ilə dinləyici arasında bir harmoniya, yaxınlıq yaradır ki, səslənilən əsərin daxilində ifa olunduğunu zənn edərək, onun müəllifinə məhəbbət hissi yüksəlir. Azərbaycan ifaçılıq sənəti tarixində milli, eləcə , dünya xalqlarına məxsus olan musiqi alətlərinin ifaçıları olmuş, bu gün yetişməkdə davam edir.

Fortepianonun şirmayi dillərini hərəkətə gətirib, onun ecazkarlığı ilə musiqini ifa edən və canlı ünsiyyət zamanı müəyyən tələbatları ödəməyə nail olan şəxslər sənət aləmində möcüzələr fəth edir, müxtəlif məqamlarda dünyanın şah əsərlərinin yaradıcısına çevrilirlər. Belə bir ifanın müəllifi olmaq, sözsüz ki, istedad, yaradıcılığa meyil, eləcə , uşaq yaşlarından sənətin ağuşunda olmağı tələb edir. Bu günlərdə böyük həvəslə konsertini dinlədiyimiz 14 yaşlı Asiya kimi. Onun iştirakçısı olduğu xor kollektivi Ümumrespublika Xor Müsabiqəsinin qalibi oldu. Üç dəfə xor müsabiqəsinin laureatı adını qazanıb. 2007-ci ildə gənc pianoçuların müsabiqəsində xüsusi diploma, musiqiçilərin etüd müsabiqəsində birinci yerə layiq görülüb. Asiya sonuncu konsertində özü tamamilə başqa bir istiqamətdə xor ifaçısı kimi bir daha istedada çoxşaxəli musiqi yaradıcılığına malik olduğunu göstərdi.

Yaşının az olmasına baxmayaraq, artıq özünə auditoriya, pərəstişkar toplamış bu qızın sənət yolu təsadüflə bağlı deyil. Belə ki, onun yetişdiyi mühit, təhsil aldığı ocaq elə musiqiçilər beşiyidir. Asiyanın nənəsi Rəhilə Cəfərova Azərbaycanın tanınmış xanəndəsi olmuşdur. Belə ki, məşhur xanəndə Seyid Şuşinskinin yetirməsi olan Rəhilə-Nacıyeva-Cəfərova Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. O, uzun illər filarmoniyanın səhnəsində çıxış etmişdir. Azərbaycan milli muğamlarının mahir ifaçısı kimi sənətdə möhrünü vura bilmişdir. Belə ki, "Qatar", "Şahnaz", "Segah" başqa muğamları onun ifasında dinləmək muğamsevərlərə mənəvi qida imiş. Asiyanın xalası Sona Hacıyeva isə üç yaşından bu balaca qızcığazı fortepianonun sirrləri ilə tanış etmiş, bu aləmdə onun ruhunu oyatmağa nail olmuşdur. Sona xanım Asəf Zeynallı adına musiqi məktəbində uzun illər musiqi nəzəriyyəsindən dərs demiş, eləcə , şəhər musiqi məktəblərində fortepianonu tədris etmişdir. Asiyanın uğurlar qazanmasında onun da rolu müstəsnadır. Belə ki, bu balaca qızcığazın istedadının üzə çıxarılmasında onun zəhməti qeyd olunmalıdır. Hər zaman diqqətini onun üzərində saxlayan Sona xanım ilk dəfə olaraq, Asiyaya klassik musiqi sənəti ilə bağlı məlumatları çatdırmışdır. Onu da deyim ki, bir çox Azərbaycan xarici bəstəkarların mahnılarını da ifa etməyi ona öyrətmişdir. Məhz bu mühit Asiyada musiqiyə sonsuz məhəbbət oyatmışdır. Rəşid Behbudov adına iki saylı musiqi məktəbində təhsil alan Asiya 11 illik musiqi təhsilini sona yetirib, Asəf Zeynallı adına Musiqi Kollecində, daha sonra Bakı Musiqi Akademiyasında təhsilini davam etdirməyi planlaşdırıb. Balaca olmasına baxmayaraq, arzuları tükənməz, sonsuzdur. Özünəməxsus təbiəti, texnikası olan musiqiçi günün, demək olar ki, çox hissəsinin fortepianonun arxasında keçirməsi onun gələcəkdə profesional sənətkar kimi tanınmasına əsas verir. Ümumrespublika rayon, şəhər, məktəb üzrə keçirilən müxtəlif festival müsabiqələrdə uğur qazanan, diplom mükafatlara layiq görülən Asiya nailiyyətləri ilə kifayətlənməyib, daim üzərində işləyərək, yolunu müəyyənləşdirməyə çalışır. Artıq demək olar ki, o, inkişaf yolundadır. Təkcə fortepianoda deyil, eləcə , xor kollektivlərində belə istedadını nümayiş etdirir. Anası kimi o, da müğənni olmaq arzusundadır. Özünün dediyinə görə, Azərbaycanı Evravijn müsabiqəsində təmsil etməyə çalışır. Ü.Hacıbəyov, C.Hacıyev, R.Behbudov,  M.Maqomayev kimi sənətkarların yaradıcılıq yolunu öyrənərək, professional sənətə yiyələnmək arzusundadır. Təlim tərbiyəsi ilə məktəb müəllimlərinin diqqətində olan Asiya müasir dövrdə azyaşlıların qeyri-sahələrə maraq göstərmələrinə baxmayaraq, o, klassik ruhlu bir məktəbli kimi daim sənət sənətkarlar haqqında düşünərək, yaradıcılıq yolunda qətiyyətli addımlar atır.

Asiyanın musiqi təhsili aldığı Rəşid Behbudov adına 2 saylı musiqi məktəbindəki fortepiano müəllimi Elmira Əmirova onun Azərbaycan Dövlət Filarmoniyasının səhnəsindəki uğurundan bir daha qürurlanıb, şagirdi haqqında belə deyir:"Asiyanın təbiətdəngəlmə oynaq barmaqları vardır. Musiqiçi ailəsində tərbiyə aldığına görə, deyərdim ki, musiqiyə daha çox bələd yaxındır. 4 yaşından xalası onunla məşğul olduğundan, artıq musiqi məktəbinə gələndə, 20-dən artıq fortepianoda musiqi ifa etməyi bacarır mahnı oxuyurdu. Sözsüz ki, belə bir bacarıqla musiqiyə qədəmlərini qoyan Asiya daha çox işləməli öz gələcək sənətkarlığının təməlini qoymalıdır. Bir müəllim kimi, deyərdim ki, musiqi yolunda artıq o, inkişaf etmişdir. Eyni zamanda, fortepiano ilə sırf məşğul olmasına baxmayaraq, xorda çıxış edib, skripkaçıları müşayiət edir. Təhsili ilə yanaşı, təlim-tərbiyəsi yüksək səviyyədədir. Valideynin diqqəti hər zaman üzərindədir. Axı Asiyanın anası Gülarə xanım da musiqiçidir. O, Azərbaycan Dövlət Opera Balet Teatrında vokalist kimi çalışmışdır. Asiyanın balaca olmasına baxmayaraq, dünya xalqlarının yaradıcılığına da müraciət edir. Belə ki, F.Şopenin "Vals", R.Şumanın "Destski etüd", S.Əskərovun "Rəqs-tokata", S.Baxın "Fortepiano əsərləri", İ.Qaydnın "Sonatları", A.Motsartın "Sonatları" başqa klassiklərin əsərlərini məharətlə ifa edir. Bütün fənlərdən, 2-ci sinifdən başlayaraq, "5" qiyməti alır. Beş ildir ki, məktəbin şərəf lövhəsindən şəkli asılıb. Asiyanın istedadı müqabilində mən hər zaman ona yuxarı siniflər üçün nəzərdə tutulmuş tədris proqramına uyğun əsərləri ifa etməyi həvalə edirəm. Sözsüz ki, belə uşaqların təhsil alması sənətə yiyələnməsində dövlətin göstərdiyi qayğını da qeyd etməliyik. Məktəbimizdə uşaqlar üçün yaradılmış şəraitin nəticəsidir ki, onlar sənətə belə münasibət bəsləyirlər. Məktəbimiz yaxın vaxtlarda təmir olunmuşdur. Biz belə bir şəraitə görə dövlətimizə məktəbimizin direktoru Qəmər Quliyevaya minnətdarlığımızı bildiririk. Uşaqlar gözəl təmir olunmuş məktəbdə təhsil alırlar musiqi alətləri, hər cür avadanlıqla təchiz onların rahat bir şəkildə təhsil almasına təsirini göstərir. Bütün bunlar görülən işlər mədəniyyətimizin gələcək inkişafına zəmin yaradır, bu gözəl musiqi məktəbləri isə gələcəkdə yeni-yeni dahi musiqiçilərin yetişdirilməsinə böyük kömək olacaq. Məktəbdə bir çox professional müəllimlər dərs deyir."

Asiya Bakı-Türk-Anadolu Litseyində təhsil alır. Burada da məktəbin ictimai-mədəni həyatında yaxından iştirak edir. Orta məktəbdə təhsil alan Asiya musiqi ilə məşğul olmasına baxmayaraq, bütün fənlərə maraq göstərir, hərtərəfli təhsil alması üçün istedadını ortaya qoyur. Bütün uşaqlara örnək olduğundan, "Örnək ögrənci" fərmanı ilə  mükafatlanıb. Litsey tərəfindən, eyni zamanda, fəxri fərmana da layiq görülüb. O, litseydə keçirilən bütün tədbir bayramlarda musiqiçi kimi çıxış edir. Musiqi müəllimi Fatma Yıldız, sinif rəhbəri Sayım Meydan onun potensialını üzə çıxarması üçün hər cür şərait yaradırlar. Bu səbəbdən , Asiya öz müəllimlərində, ürək dolusu danışır. Bu qarşılıqlı münasibət onu sənətə doğru aparan yoldur.

 

 

ZÜMRÜD

 

Səs.- 2010.- 17 iyun.- S. 12.