Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı keçirildi

 

Dünən "Hyatt Regencu" otelinin "Quba" zalında ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb. Konfransda 47 ölkənin ombudsmanları əməkdaşlarının 200-dən artıq nümayəndəsi iştirak edib.

YUNESKO-nun  dəstəyi, Ekologiya Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri ilə əməkdaşlıqda keçirilən "İnsan hüquqları ətraf mühit: iqlim dəyişikliyinin hüquqi etik aspektləri" mövzusuna həsr edilmiş ombudsmanların növbəti Bakı Beynəlxalq Konfransında Kanada, Tayland, Sloveniya, Rusiya Federasiyası, Ukrayna Moldovanın ombudsmanları ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin, insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak ediblər. Beynəlxalq tədbirə, həmçinin, Milli Məclisin deputatları, dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri KİV təmsilçiləri qatılıblar.

Konfransın açılış mərasimində ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, YUNESKO-nun Moskva Bürosunun sosial humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar çıxış edərək, beynəlxalq tədbirin məqsəd məramını açıqlamışlar.

"Ətraf mühit insan hüquqları: əsas beynəlxalq-hüquqi aktlar milli qanunvericilik" "Ətraf mühit insan hüquqlarının səmərəli təmini problemi" mövzularına həsr edilmiş birinci ikinci plenar iclaslarda müvafiq məruzələr dinlənilmiş, həmkarlar fikir təcrübə mübadiləsi aparmışlar.

Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı iyunun 18-də öz işini sona çatdıracaq.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 18 iyun.- S. 10.