Doğma diyarın tədris muzeyi-İstiqlal

 

“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika konfransı keçirildi

 

Dünən AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin yaradılmasının 90 illik yubileyinə həsr olunmuşAzərbaycan tarixinin öyrənilməsində muzeylərin rolumövzusunda respublika konfransı keçirildi.  Konfransı giriş sözu ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı əvvəlcə muzeyin yaranma tarixi haqqında məlumat verdi.

Azərbaycandaİstiqlalmuzeyinin yaradılması haqqında ilk sərəncam hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. AXC-nin süqutundan sonra 1920-ci ilin iyun ayının 15-də Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı iləTədrismuzeyi yaradılır. Az sonra muzeyin adı dəyişdirilərəkDoğma diyarın tədris muzeyi-İstiqlal”, 1920-ci il oktyabrın 25-də isə Azərbaycan SSR Dövlət Muzeyi adlandırılır. Sonrakı illərdə dövrün tələblərinə uyğun olaraq muzeyin adında profilində yenidən dəyişikliklər aparılır.

Muzey 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi, 1945-ci ildən isə Azərbaycan SSR EA tərkibində Azərbaycan Tarixi Muzeyi adı ilə fəaliyyət göstərir. Ölkəmiz müstəqillik qazandıqdan sonra muzeyə milli muzey statusu verilib.

1928-ci ildən 1937-ci ilə qədər olan təxminən on illik zaman kəsiyin muzeyin tarixinə qara səhifə kimi düşüb. Repressiya dalğası D.Şərifovun Massesyanla, sonuncunun isə Manukyanla əvəzlənməsi muzeyin fəaliyyətinə təsirsiz ötüşməyib. Moskva Dövlət Muzeyinə göndərmək adı ilə muzeyin fondundan çıxarılan Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən maddi əşyaları təəssüf ki, sonralar da geri qaytarmaq mümkün olmayıb.

AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Qafar Cəbiyev arxeoloji tapıntıların sonrakı taleyindən danışarkən, bildirdi ki, məmləkətin tarixinin qədimliyi haqqında son sözü aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi tapıntılar deyir: “Əldə edilən maddi tapıntıların mühafizəsi konservasiyası mühüm şərtdir. Bu işdə əsas məsuliyyət muzeylərin üzərinə düşür”.

AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayev Qəbələ rayonu ərazisində aparılan uzun müddətli arxeoloji qazıntılardan sonra əldə edilən saxsı məmulatların işlənməsində qədim yunan mədəniyyətinin izlərinə rast gəlindiyini bildirdi. Onun fikrincə, yerli şəraitə uyğunlaşdırılmış şəkildə işlənən Alban mədəniyyəti üçün səciyyəvi olan bu saxsı qablar Azərbaycan ərazisində mövcud olan dövlətlərin Qədim Yunanıstanla əlaqəli olduğunu sübut edir.

 

 

ZÜMRÜD

 

Səs.- 2010.- 18 iyun.- S. 10.