Milli Kitabxananın elektron bazası zənginləşdirilir

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxananın elektron kataloq bazasına 2005-ci ildən 121 000 biblioqrafik material daxil edilib. Milli Kitabxananın elektron resursların yaradılması şöbəsi elektron resursların yaradılması məsələsində iki istiqamətdə həyata keçirir: birinci, kitabxanaya daxil olan yeni materiallar, ikincisi, oxucular tərəfindən daha çox tələb olunan ədəbiyyat siyahısı əsasında. 2010-cu ilin 7-ci ayına qədər kitabxananın mövcud elektron kataloq bazasına 3732 nüsxə Azərbaycan rus dillərində biblioqrafik material əlavə olunub.

 

 

Zümrüd

 

Səs.- 2010.- 18 iyun.- S. 12.