Silahlı Qüvvələrimizin
yaranmasından 92 il ötür
Cənubi Qafqazda ən böyük gücə malik
Azərbaycan Ordusu istənilən an torpaqlarımızı
işğaldan azad etməyə qadirdir
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı
ilə ilk müntəzəm hərbi
hissə-əlahiddə korpus
yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində
ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi əsas verirdi. Bunun ardınca ölkədə
hərbi mükəlləfiyyət-orduya
çağırış haqqında hökumət tərəfindən fərman
verildi. Bütün bunların məntiqi davamı kimi az bir vaxt
ərzində Azərbaycanda
milli ordu quruculuğunda əsaslı
nəticələr əldə
olundu. Nəhayət,
70 illik sovet əsarətindən sonra
1991-ci il oktyabrın
9-da ordunun yaranması
haqqında Azərbaycan
Respublikasının Ali
Soveti tərəfindən qanun qəbul edildi. Məhz Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına
əsasən 26 iyun-Silahlı
Qüvvələr Günü
elan edildi və bundan sonra hər il Azərbaycan xalqı bu günü
Milli Ordunun yaranması günü kimi qeyd etməkdədir.
Artıq 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı
gün neçə illərdir ki, ölkəmizdə ümumxalq
bayramı kimi təntənəli şəkildə
qeyd edilməkdədir.
Bu günün bayram kimi tarixləşməsinin
müəllifi müasir
Azərbaycan Ordusunun qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin
1998-ci il mayın
22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan
Korpusunun yarandığı
gün-26 iyun Azərbaycan
Respublikasının Silahlı
Qüvvələr Günü
kimi elan edildi. Ümummilli lider Heydər Əliyev bu Fərmanı ilə tarixi həqiqətin və Milli Ordu
quruculuğunda varislik
ənənələrinin bərpası istiqamətində
çox gərəkli
bir addım atmış oldu.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara
start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı
qoşun növlərinin
formalaşdırılması tam başa çatdırıldı.
Orduya çağırış,
fərarilik halları
ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi
andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf
bilən, mənəvi
baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə
cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına,
döyüş ruhunun
yüksəldilməsinə diqqət artırıldı,
hərbi vətənpərvərlik
işi gücləndirildi.
Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti
nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul
edildi, silahlı qüvvələrin mükəmməl
qanunvericilik bazası yaradıldı. Eyni zamanda, Silahlı Qüvvələrin döyüş
hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə
asılıdır. Bu
baxımdan, Azərbaycanda
beynəlxalq standartlara
cavab verən hərbi təhsil sisteminin formalaşdırılması
ordu quruculuğunda vacib və tarixi
əhəmiyyətli bir
mərhələdir. Ulu öndər
Heydər Əliyevin təşəbbüsü və
Türkiyə ilə imzalanmış protokola əsasən, 1997-ci ildən
ulu öndərin adını daşıyan
indiki Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı
və burada hərb elminin dünyanın ən qabaqcıl standartları tətbiq edilməklə tədris olunmasına başlanıldı. Silahlı
Qüvvələrimizin strukturuna
daxil olan müxtəlif qoşun növlərini peşəkar
hərbi kadrlarla təmin etmək üçün Azərbaycan
Ali Hərbi Dənizçilik Məktəbi,
Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbi, Silahlı
Qüvvələrin Təlim
və Tədris Mərkəzi, hərbi tibb fakültəsi də yaradıldı. Bu hərbi təhsil müəssisələri ordumuza
ehtiyac duyulan bütün hərbi mütəxəssisləri hazırlamaq
imkanına malikdir. Hərbi təhsildən danışanda, yada düşən məktəblərdən
biri də əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına
hərbi liseydir. Məhz ulu öndər
Heydər Əliyevin səyi nəticəsində
bu məktəbin yaradılması Azərbaycanın
hərbi təhsil tarixində yeni bir səhifə açmış oldu.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ordu quruculuğu, eləcə də, milli təhlükəsizlik siyasəti
ilə bağlı başladığı işlər
Onun siyasi kursunun ən layiqli davamçısı,
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması
və nəticə etibarilə ordumuzun güclənməsi ilə
müşayiət olunması
cənab Prezident İlham Əliyevin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti
daha da yüksəlmiş,
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilmiş, hərbçilərin sosial
vəziyyətinin yaxşılaşdırılması
istiqamətində mühüm addımlar atılıb. Bütün bu məsələləri
daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər
il hərbi xərclər üçün
dövlət büdcəsindən
ayrılan vəsaitlərin
artırılmasını əsas
vəzifə kimi qarşıya qoymuşdur.
Qeyd edək ki, 2007-ci ildən dövlət büdcəsindən
müdafiə məqsədləri
üçün ayrılan
vəsaitin miqdarı
1 milyard dolları ötüb. Hazırda bu vəsaitin miqdarı 2 milyard dollara çatıb. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr
alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi
hissələrdə komplektləşdirilmiş
silah-sursat və texnika daha müasirləri
ilə əvəz olunur. Orduya ayrılan vəsaitin
artımı həm də hərbi qulluqçuların-generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların,
çavuşların, əsgərlərin,
matrosların, müddətdən
artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi,
maaşlarının artırılması, mənzil
şəraitlərinin daha
da yaxşılaşdırılması
deməkdir. Azərbaycan
Silahlı Qüvvələrinin
90 illiyi münasibətilə
keçirilən möhtəşəm
parad Azərbaycan Silahlı Qüvvələrinin
həm güc və qüdrətini, həm də modernləşdiyini bütün
dünyaya nümayiş
etdirmiş oldu.
Azərbaycanın NATO ilə
uğurlu əməkdaşlığı
da Azərbaycan Ordusunun modernləşməsində
mühüm əhəmiyyət
kəsb edir. Məlumdur ki, Azərbaycanın NATO ilə
əməkdaşlığının əsası 1994-cü ildə,
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
ölkəmizin "Sülh
naminə tərəfdaşlıq"
proqramına qoşulması
ilə qoyulub. Son 15 ildə Azərbaycan hərbçiləri NATO-nun
hərbi təlimlərində,
sülhyaratma əməliyyatlarında,
seminarlarında fəal
iştirak etmiş, ən müasir hərbi təcrübələri
mənimsəmişlər. 2004-cü ildə isə Azərbaycanın NATO-nun
"Fərdi Tərəfdaşlığın
Fəaliyyət Planı"na qoşulması barədə
razılıq əldə
olunub. NATO ilə Azərbaycan arasında olan əməkdaşlığa
əsasən, bu gün ölkəmizin Silahlı Qüvvələrinin
müasir standartlara uyğunlaşdırılması istiqamətində islahatlar
uğurla həyata keçirilir. Həmçinin, hərbçi kadrların
yetişdirilməsində də
artıq neçə
ildir ki, NATO standartları əsas götürülməkdədir. Ölkəmizdə dəfələrlə
səfərdə olan
NATO rəsmiləri Silahlı
Qüvvələrdə aparılan
islahatlardan razılıqlarını
ifadə etmişlər.
Ordunun güclənməsi
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin müharibə yolu ilə həll ediləcəyi təqdirdə,
sözsüz ki, ölkəmizin üstünlüyünü
artırır. Onu görə
də, bu gün Azərbaycan Ordusu dövlətimiz və xalqımız qarşısındakı ən
şərəfli missiyasını
yerinə yetirmək -
torpaqlarımızı işğaldan
azad etmək üçün istənilən
an ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə hazırdır.
Tapdıq QURBANLI
Səs.- 2010.- 23 iyun.- S. 5.