Regionların inkişafı
davam edir
Müsahibimiz millət vəkili Əli Məsimlidir
- Regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının ikinci hissəsinin icrasını
necə qiymətləndirirsiniz ?
- Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının
ikinci hissəsi də birincinin daha yüksək pilləsidir.Çünki
birinci hissədə elektrik enerjisi, qaz, su təchizatı
və bunun kimi bir çox
layihələrin həyata
keçirilməsində çox
işlər görüldü,
yeni iş yerlərinin açılması baxımından müxtəlif addımlar atıldı. Əlbəttə,
problemləri 5 ilə
həll etmək mümkün deyil. Lakin biz problemlərin
həlli prosesini tezləşdirmək məqsədi
ilə birinci hissədən sonra ikinci hissəni də hazırladıq. Hesab edirəm ki, çox uğurlu bir layihə oldu. Xüsusən də, həm infrastruktur layihələr, eyni zamanda, rayonlarda istehsal sahələrinin yaradılması nəzərdə
tutulur. Misal üçün Şəkidə
əvvəl saatlar
12-ni göstərəndə, işıqlar kəsilirdi.
Hər yer qaranlığa qərq olurdu. Lakin bu
gün Şəki heç də, Bakıdan geri qalmır. Demək olar ki, eyni
səviyyədədir. Düzdür,
Şəkidə hələ
içməli su problemi qalmaqda davam edir. Bu
problemin də, qısa zamanda həllini tapacağına
heç bir şübhə yoxdur. Eyni zamanda, Şəkidə
yeni iş yerlərinin də açılması sahəsində
də işlər davam etdirilir. Qeyd etmək lazımdır ki, Şəkidə ipək kombinatında əvvəllər
7000-ə yaxın adam
işləyirdisə, hazırda
1600 nəfər işləyir.
Bu problem qarşısında müəyyən
tədbirlər görülməsi
üçün Nazirlər
Kabinetinə müraciət
etdim. Bu problemin aradan qaldırılacağı təqdirdə,
bir çox insan iş fəaliyyətinə
davam edəcək. O cümlədən, ipəkçilik,
baramaçılıq sahəsində
də inkişaf gücləndiriləcəkdir. Bu
kimi müəssisələrin
qorunub-saxlanmasına ehtiyac
var. Yeni müəssisələr də
yaradılacağı gözlənilir.
Sənətkarlıqla texnologiyanın
tətbiqi və bunun kimi başqa
sahələrin yaradılması
və inkişafı da nəzərdə tutulur. Bir şeyi
də qeyd etmək lazımdır ki, Bakının ağırlığının bir hissəsi rayonlara köçürülməlidir.
Kənd təsərrüfatı
və aqrar məsələlərlə bağlı
regionlarda həll edilməsini məqsədəuyğun
hesab edirəm. Bundan başqa, Şəkidə regional və güclü bir universitet yaratmaq olar ki,
bu da yeni
kadrların yaranmasına
birbaşa yardımçı
olacaqdır. Bu, həm də Şəkinin iqtisadi-sosial
həyatının canlanmasına
yardımçı olacaqdır.
- Əli müəllim, dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq Dövlət Proqramının icrası
zamanı hansısa layihənin təxirə salınması nə dərəcədə realdır?
- Bildiyimiz kimi, baş verən bu böhran, dünyanın ən inkişaf etmiş dövlətlərindən tutmuş,
bir çox dövlətlərədək hamısına
təsir etmişdi. Barmaqla sayılacaq qədər az ölkə var ki, bu böhrandan
o qədər də təsirlənməyib.
Bunlardan biri də, Azərbaycandır.
Buna baxmayaraq, böhran Azərbaycana da müəyyən dərəcədə təsir
etdi. Bu təsir istehsal, sosial, maliyyə sahələrində və
banklara da öz təsirini göstərdi. Ancaq çox qısa bir zamanda, bu
da öz təsirini itirdi. Başqa ölkələrdə
bu proses nəticəsində həyatın
donması baş verdi. Azərbaycanda köhnə layihələrin
icrası davam etdirildi. Köhnə layihələri davam etdirmək üçün
də kütləvi fəallıqdan istifadə
edildi. Nəticədə,
böhran Azərbaycandan
yan keçdi. Bu səbəbdən də Azərbaycanda təxirə salınan layihələr demək olar ki, yox
dərəcəsindədir. Hazırda isə yeni layihələrin hazırlanması üçün
əlavə vəsait
ayrılıb. O cümlədən,
daşqınların yaratdığı
problemlərin aradan qaldırılması və
rayonların inkişafı
kontekstində vəsaitlər
ayrılıb.
- Dövlət
Proqramının icrası
zamanı nə qədər yeni iş yerlərinin və sənaye müəssisələrinin açılması
nəzərdə tutulur ?
- Birinci hissədə bu göstəricilər konkret rəqəmlərlə
göstərilmişdi. Lakin
ikinci hissədə bu göstəricilər qeyd olunmayıb. Hesab edirəm ki, bu, çox
düzgün qərardır.
Artıq Azərbaycanda
yeni iş yerlərinin yaradılması
sahəsində yeni addımlar atılıb. Hazırda başlıca məqsəd yüksək
əmək haqqı, sənaye müəssisələrinin
inkişafı üçün
görüləcək işlərdir.
Bu sahədə artıq müəyyən
işlər görülür.
Nəticədə sənaye
sahələrində keyfiyyətli
kadrların yaranması
təmin ediləcəkdir.
- İslam İnkişaf Bankının
yığıncağının Bakıda keçirilməsinin
önəmliliyini necə
qiymətləndirirsiniz ?
- Azərbaycan Respublikası
daim beynəlxalq maliyyə qurumları ilə sıx əlaqələr içindədir.
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və İslam
İnkişaf Bankı
kimi banklarla da sıx əməkdaşlıq
qurmuşdur. Bu, çox gözəl bir hadisədir. Bu əlaqələrin Azərbaycanın iqtisadi inkişafına kömək
edəcəyinə heç
bir şübhə yoxdur. Bu sahədə
görüləcək işləri
çox gözəl qiymətləndirirəm. Ümid
edirəm ki, bu kimi layihələr
tez-tez olacaqdır.
Bəxtiyar MƏMMƏDOV
Səs.- 2010.- 24 iyun.- S. 8.