Gürcüstan Mədəniyyəti
Günləri davam edir
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda, Gürcüstan Mədəniyyət
Günləri çərçivəsində,
Gürcüstanın tanınmış
rəssamı Rusudan Petriaşvilinin sərgisi açıq elan olundu. Açılış mərasimində Azərbaycanda səfərdə
olan Gürcüstanın
mədəniyyət abidələrin
mühafizəsi və
idman nazirinin müavini Marine Çoqoşvili və Azərbaycan Respublikası
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev çıxış
edib, proqram haqqında söz açdılar.
Ədalət Vəliyev Gürcüstanın mədəniyyət,
abidələrin mühafizəsi
və idman nazirinin müavini Marine Coqaşvilinin başçılığı ilə bu ölkənin
mədəniyyət xadimlərindən
ibarət nümayəndə
heyətini salamladı.
O, Azərbaycan ilə Gürcüstan arasında
mədəni əlaqələrin
səviyyəsini yüksək
qiymətləndirərək, vurğuladı ki, tədbir ölkələrimizin
mədəni əlaqələrini
genişləndirmək məqsədi
daşıyır.
Gürcüstan nümayəndə heyətinin başçısı
Marine Coqaşvili səmimi qəbula görə minnətdarlığını
bildirərək, mədəniyyət
günləri çərçivəsində
tanınmış rəssam
Rusudan Petriaşvilinin
əsərlərinin sərgisinin
açılışından başqa, Bakı Caz Mərkəzində gürcü caz kollektivinin, habelə, rəqs və folklor ansambllarının çıxışları nəzərdə
tutulduğunu bildirdi.
Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının səhnəsində
öz tamaşasını
təqdim edəcəkdir.
Eyni zamanda, Azərbaycan
Dövlət Opera və Balet Teatrında
Gürcüstan Rəqs
Ansamblının konserti
olacaq.
Bakılılara təqdim olunmuş ekspozisiyanın müəllifi Rusudan Petriaşvili təkcə öz vətənində deyil, həm də onun hüdudlarından
kənarda yaxşı
tanınır. Onun adı Kembric Bioqrafiyalar Mərkəzinin
2000-ci ildə nəşr
etdirdiyi dünyanın
ən tanınmış
adamları siyahısına
daxildir.
Daha sonra söz rəssam Rusudan Petriaşviliyə verildi:
"Bu mənim Azərbaycanda ilk sərgimdir. Bir neçə gün
bundan öncə mənim Parisdə yaradıcılıq sərgim
keçirildi. Bu yaradıcılıq nümunələri
isə bu zamana kimi heç
bir yerdə sərgilənməyib. Təqdim etdiyim
əsərlərin ilk tamaşaçısı
isə çox sevdiyim Azərbaycan sənətsevərləridir".
Gürcü rəssamının bu zamana kimi Vyana,
Zümrüd
Səs.- 2010.- 24 iyun.-
S. 12.