Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur

 

Müsahibimiz Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovadır

 

 - Parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyəti necə şərh edərdiniz?

- Bu gün ölkədəki ictimai-siyasi durum olduqca sabitdir. İctimai-siyasi durum dedikdə, hər bir vətəndaşın vətəndaş-dövlət münasibətlərində öz mövqeyini ortaya qoya bildiyi bir durumdur. Hazırda Azərbaycanda siyasi partiyaların öz seçimini gerçəkləşdirməsi məsələsi, plüralizmin mövcudluğu, demokratik dəyərlərin  mənəvi bir göstəriciyə çevrilməsi, əsas amildir. İnsanların öz prinsipial hüquqlarını gerçəkləşdirə bilməsi  üçün mövcud durum Azərbaycan dövlətinin məsuliyyətli dövlət prinsipinin həyata keçirilməsi, insan haqlarının tam təmin olunması bugünkü ictimai-siyasi durumun əsas göstəriciləridir. Demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə insanların seçkiyə getməsi, seçim etməsi, öz seçki hüquqlarının gerçəkləşdirməsi üçün şərait var.  Bu beynəlxalq standartlara uyğun durum kimi qiymətləndirilə bilər. Yəni, bu gün Azərbaycandakı həm iqtisadi, həm siyasi sabitlik, sosial rifah, əmin-amanlıq prinsiplərinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması təkan verir ki, insanların dövlətin sabahı üçün məsuliyyət hissi keçirərək, onların seçkilərdə iştirakını təmin edir. Bu durum bizim tarixi inkşafın böyük bir mərhələsini təşkil edir. İctimai, iqtisadi, sosial, siyasi, mədəni, mənəvi fakturalara, yüksəlişlərə çatmaq üçün Azərbaycan xalqı çox böyük çabalar göstərmişdi. Əldə olunmuş bu durumun qorunması üçün Azərbaycan xalqı çox maraqlıdır.  Və inanıram ki, belə bir vəziyyətdə Azərbaycan vətəndaşı qürur hissi yaşayaraq dövlətin sabahı üçün öz iradəsini ortaya qoyacaqdır. 

- Seçki Məcəlləsinə edilən dəyişikliyi seçkilərin daha azad və demokratik keçirilməsinə yaradılan şərait kimi dəyərləndirmək olarmı?

- Seçki müddətinin vaxtının azadılması olduqca önəmlidir. Bu gün inkişaf etmiş Avropa dövlətlərinə baxsaq, görərik ki, seçki prosesi bir ajiotaj xarakterli proses deyil. Onlar hesab edirlər ki, müəyyən bir dövr ərzində seçdikləri insan onların etimadını doğruldursa, öz peşəkarlığı ilə, öz professional vəziyyətini ortaya qoymaqla maraq və mənafelər baxımından çalışdıqca, o insanların növbəti dəfə seçilməsinə səs verirlər. Yox, əgər onlar bu etimadı doğrultmurlarsa, ona səs vermirlər. Yəni, seçim bir gün ərzində baş vermir, seçim bütün bu illər ərzində baş verir. Seçici ilə seçilən insan arasında həmişə bir münasibət var. Seçici seçdiyi insanın fəaliyyətinə nəzarət edir. Əgər bir insan cəmiyyət tərəfindən tanınmırsa, cəmiyyətdə söz deməyibsə və seçiciləri inandırmaq imkanı olmayıbsa, bu vaxt ərzində seçicini inandırmaq imkanı da olduqca məhduddur. Təsadüfi adamı seçici qısa müddət ərzində tanıya bilməz, onun fəaliyyətinə, gələcək perspektivlərinə o qədər də ümid bağlaya bilməz. Bu baxımdan, vaxtın azlığını normal qəbul etmək lazımdır.

Mən vaxtın bir az da azaldılmasının tərəfdarıydım. Yəni, parlamentə təqdim olunan variantla razılaşırıq. Bir daha təkrar edirəm ki, tanınmayan bir adamın, cəmiyyət tərəfindən qəbul edilməyən bir insanın seçilmək imkanı olduqca məhduddur. Hər kəs tanıdığı, güvəndiyi insana səs verməlidir. Gələcəkdə seçilmək arzusunda olan hər bir kəs başa düşməlidir ki, onun parlamentə qədər cəmiyyətdə böyük bir nüfuzu, qabiliyyəti olmalı, insanlar tərəfindən qəbul edilmə imkanı olmalıdır ki, seçkidə öz namizədliyini irəli sürsün.

- Seçki Məcəlləsinə Venesiya Komissiyasının tövsiyələri əsasında beynəlxalq prinsiplərə uyğun dəyişikliklər edilsə , bəzi radikal partiya sədrləri bundan narazılığını ifadə edirlər. Onların bu narazılığını məntiqsiz hesab etmək olarmı?

- Maraqlı cəhət odur ki, ən nüfuzlu ekspertlərin rəyini nəzərə alsaq, onlarla bu məsələlərlə razılaşsaq belə, bu uğuru görmək istəyən insanlar yenə ağa qara deyəcəklər. Bu, artıq köhnəlmiş bir üsuldur. Azərbaycan dövləti dünyada hansı uğurlu variant varsa, o variantlardan bəhrələnmək imkanında olan bir dövlətdir Azərbaycan milli qanunvericiliyi məhz bu prinsip əsasında zənginləşir. Biz dövrün tələbinə cavab verən məqamlara, ən demokratik prinsiplərə əsaslanaraq, dəyişikliklər edirik. Radikal müxalifətin hər cür atılan uğurlu addımların üstündən xətt çəkməsi yalnız özlərini haqlı bilməsi köhnə xasiyyətidir zənnimcə, bunun üzərində çox ciddi dayanmağa ehtiyac yoxdur. Çünki seçimi Azərbaycan xalqı edir. Seçicilər inandıqları millət dövlət üçün, öz xalqı üçün bir vətəndaş məsuliyyəti yaşayan namizədlərə səs verəcək. Seçicinin seçim hüququnu tapdalamaq lazım deyil.

- Radikal müxalifət partiyaları proporsional seçki sisteminin bərpa edilməsini arzu edirlər. Onların arzularının reallığa çevrilməsi dərəcədə mümkündür?

- Bu, artıq keçilmiş prosesdir hazırda ona qayıtmaq gözlənilmir. Vaxtilə belə bir prinsip var idi. Ancaq indi hər bir kəs öz qabiliyyətini majoritar qaydada ortaya qoymalıdır. Partiyanın kölgəsi altında gizlənməməlidir.

- Bu seçkilərin favoriti hansı partiya ola bilər?

- Əlbəttə, bu ilin payızında keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası demokratik şəkildə qələbə qazanacaq. Çünki Azərbaycan xalqı öz seçimini çoxdan edib. Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm layiqli bir yer qazanıb. Ulu öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan bu güclü alternativsiz siyasi təşkilat Azərbaycan xalqının istək arzularının yeganə təminatçısıdır. Çünki bu gün  Azərbaycan cəmiyyəti inkişafın ən yüksək mərhələsindədir. Bu baxımdan da, bu gün kənardan hər hansı bir qüvvənin cəmiyyətin istəyinə müdaxiləsi mümkün deyil. Cəmiyyət bu gün öz inkişafından çox razıdır gələcəkdə bu prinsipə sadiq qalacaq. Ona görə , bu gün inkişafda olan Azərbaycan cəmiyyəti öz seçimini hansı prinsip üzərində qurmağı yaxşı bilir. Hər bir vətəndaş Yeni Azərbaycan Partiyasının xalqa dövlətə sədaqətlə xidmətindən məmnunluğunu ifadə etmək üçün seçkilərdə digər zəruri anlarda öz iradəsini nümayiş etdirir. Çünki YAP-ın bütün addımları xalqın dövlətin rifahına hesablanıb. Bu baxımdan da, payızda keçiriləcək parlament seçkilərinin yeganə favoritinin YAP olmasında heç kəsdə zərrə qədər olsa şübhə yoxdur. Amma bütün bunların müqabilində , YAP həmişə olduğu kimi, qarşıdakı parlament seçkilərinə böyük önəm verir. Çünki ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu bütün hədəfələrə nail olur. Beynəlxalq arenada da Prezident İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər üstün cəhətlər ölkəmizin nüfuzunun artmasında mühüm əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkənin hərtərəfli inkişafı buradakı demokratik ab-havanın yüksək səviyyədə olmasına da öz təsirini göstərir. Belə ki, günü-gündən inkişaf edən ölkəmizdə vətəndaş institutlarının formalaşması inkişafı, cəmiyyətin inteqrasiyası müqabilində qarşıya qoyulan məqsədlərin hasil edilməsi, onu göstərir ki, Azərbaycan demokratik müstəvidə özünün layiq olduğu yeri çoxdan tutub. Bunun üçün malik olduğumuz tarixi köklər bu zəngin dəyərlər üzərində inkişafın mümkün olması dövlətin demokratik dəyərlərə dərəcədə yaxın olmasından xəbər verir. Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edilsin. Bu baxımdan da, həyata keçirilən demokratik islahatlar onların nəticələri göstərir ki, bu gün Azərbaycan özünün yeni inkişaf modeli ilə bütün dünyada layiqli yerlərə sahib olub.

 

 

Aylana RZAYEVA

 

Səs.- 2010 .- 19 iyun.- S. 9.