Bayramın mübarək, Azərbaycan əsgəri!

 

İyunun 26-da Azərbaycan Ordusunun 92 yaşı tamam oldu

 

Cənubi Qafqazda ən güclü ölkə olan Azərbaycan həm regionun ən qüdrətli ordusuna malikdir. Azərbaycan Silahlı Qüvvələri son 15 ildə böyük inkişaf yolu keçib. NATO standartlarına cavab verən, peşəkar kadrlarla modern texniki bazaya malik olan Azərbaycan Ordusu artıq Ali Baş Komandanın əmri ilə istənilən hərbi əməliyyatı qüsursuz yerinə yetirmək qüdrətindədir.

Başqa sözlə, artıq ordumuz, nəinki ölkəmizin 20 faiz torpaqlarını işğal etmiş erməni separatçı dəstələrinə qarşı antiterror əməliyyatı keçirməyə, hətta dövlətin müstəqilliyinə bütövlüyünə qarşı təhlükə yarandığı zaman genişmiqyaslı müharibə aparmağa bunu qələbə ilə başa vurmağa qadirdir. Bu həqiqəti son zamanlar beynəlxalq təşkilatlar hərbi ekspertlər etiraf edirlər.

 

"Silahlı Qüvvələrlə bağlı işlər hər şeydən vacib, hər şeydən önəmlidir"

 

"Azərbaycan dövlətinin, Prezidetinin, o cümlədən, Ali Baş Komandanın çox işləri var. Ancaq bizim dövlətimiz üçün, mənim üçün, Azərbaycan Respublikasının Ali Baş Komandanı üçün ordu ilə, Silahlı Qüvvələrlə bağlı işlər hər şeydən vacib, hər şeydən önəmlidir"- deyən İlham Əliyev hərbi qüdrətimizin artmasının dövlətin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiq edir.

Son illərdə nizami ordunun formalaşması üçün aparılan islahatları gündəlik işi dövlət siyasətinin əsas parametrlərindən hesab edən Prezident İlham Əliyev bildirib ki, ildən-ilə güclənən iqtisadi potensialımız hesabına bu sahəyə daha çox diqqət yetirilir.

"Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. 2008-ci ildə ordumuzun 90 illik yubileyi münasibətilə möhtəşəm hərbi parad keçirməklə öz hərbi texnikamızı, öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan Ordusunun durumu elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın"- deyə Ali Baş Komandan qeyd edib.

Ali Baş Komandan İlham Əliyev "Ərazi bütövlüyümüzün bərpası başlıca şərtdir" söyləməklə əsgər və zabitlərimizin məsuliyyətini iki qat artırır. Artıq torpaqlarımızı erməni işğalından azad edə biləcək, hər an Ali Baş Komandanın əmrini yerinə yetirəcək hazırlıqlı, mükəmməl, nizami ordumuz var.

 

Azərbaycan Ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir

 

Azərbaycanın 2003-cü ildə hərbi xərclərə ayrılan 135 milyon dollarla 2010-ci ildə bu sahəyə yönəldilmiş 2 milyard dollardan artıq vəsaiti müqayisə etməklə fərqi aydın görmək olar. Yəni, son 7 ildə hərbi sahəyə ayrılan vəsait 15 dəfə artırılıb. Başqa sözlə deyilsə, Azərbaycanın 12 milyard dollara çatan dövlət büdcəsində hərbi xərclərə ayrılan pay birinci yerdə dayanır.

Bu isə ordunun güclənməsinə, möhkəmlənməsinə stimul yaradır. Bu müqayisə bir növ Prezident İlham Əliyevin 6 il bundan öncə dediklərinin təsdiqidir: "Mən bəyan etmişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsi qədər olacaq."

Göründüyü kimi, bütün vədlərində reallığa əsaslanan dövlət başçısı bu sahədə də sözünün sahibidir. Hazırda ölkəmizdə hərbi xərclər üçün ayrılan vəsaitin həcmi Ermənistanın bütünlükdə dövlət büdcəsinə bərabərdir. Yaxın illərdə isə ölkəmizdə ordu quruculuğu üçün ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə artıq olacaq.

Silahlı Qüvvələr sahəsindəki təhsil sistemi NATO standartları səviyyəsindədir. Ali təhsil ocaqlarında müasir hərb elminin prinsiplərinə uyğun zabit kadrları yetişir. NATO-nun sülhməramlı qüvvələri tərkibində münaqişə ocaqlarında asayişin keşiyində dayanan əsgərlərimiz haqqında yalnız müsbət rəylər bildirilir.

Beynəlxalq səviyyəli hərbi ekspertlər təsdiq edirlər ki, Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan islahatlar NATO standartlarına tam cavab verir. Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.

 

Peşəkar kadrlara modern arsenala malik ordu

 

Azərbaycan Ordusu ən müasir standartlara uyğun qurulur, NATO standartlarına uyğunlaşır. Azərbaycan Ordusunda yeni zabit obrazı yaranır, yeni peşəkar xidmət mühiti, yeni hərbçi düşüncəsi formalaşır. Əsgərlərdə mənəvi ruh yüksəkliyi var, Ana Vətən, Torpaq, qeyrət hissi ilə yanaşı bir əsgər şərəfi, əsgər məsuliyyəti var. Bu, özünü hərbi təlimlərdə daha yadın büruzə verir.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Silahlı Qüvvələri iri miqyaslı hərbi təlimlər keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu "Səs"ə bildirib ki, ordunun gücləndirilməsi ilə bağlı keçirilən təlimlər Ali Baş Komandanın müdafiə nazirinin şəxsi nəzarətində gedib. Qurum rəsmisi qeyd edib ki, təlimlər yüksək səviyyədə təşkil edilib.

Ümumiyyətlə, ötən il cari ilin ilk yarısında ordunun döyüş qabiliyyətinin artırılması ilə bağlı Müdafiə Nazirliyinin planlaşdırıdığı tədbirlər uğurla həyata keçirilib. Ötən il, həmçinin, nazirliklə bir sıra ölkələr arasında hərbi əməkdaşlıq sahəsində sazişlər imzalanıb. Xarici ölkələrdə əməkdaşlıq çərçivəsində artıq bəzi ölkələrin hərbçiləri Azərbaycanın hərbi məktəbində təhsil alır.

Eldar Sabiroğlu bildirib ki, bununla yanaşı, Azərbaycan hərbçilərinə xarici ölkələrdə təhsil almaq təklifləri gəlib. Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində bir çox tədbirlərin həyata keçirildiyini deyən nazirlik sözçüsü qeyd edib ki, bu təşkilatla Müdafiə Nazirliyinin əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

Son illərdə Azərbaycan hərbçiləri NATO ilə əməkdaşlıq çərçivəsində qurumun təşkil etdiyi tədbir təlimlərdə, hərbi kurslarda seminarlarda fəal iştirak edib. NATO ilə əməkdaşlıq çərçivəsində artıq Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması ilə bağlı tədbirlərə başlanıb.

Göründüyü kimi, Azərbaycan Ordusu hərb yolu ilə torpaqları işğaldan azad etməyə qadirdir artıq ordu döyüşə tam hazır durumdadır. Qarşı tərəfdə isə, durum ağırdır. Xarici təşkilatların məlumatına görə, hazırda Ermənistan ordusu səfalət içərisindədir. Büdcə xərcləri hərbi xərcləri azaldığından Ermənistan hökuməti artıq bir neçə hərbi hissəni komplektləşdirə bilmir. Erməni ordusunda total rüşvətxorluq, ölüm hadisələri, cinayət halları, fərarilik, müxtəlif yoluxucu xəstəliklər baş alıb gedir. Son günlərdə cəbhə bölgəsində atəşkəsin tez-tez pozulması halları da bunu ört-basdır etmək danışıqlar prosesini uzatmaq üçündür.

Azərbaycan Silahlı Qüvvələri daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə isə Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyona yaxındır. Çağırış planı, demək olar ki, 100 faiz yerinə yetirilir. Ordudan yayınma fərarilik halları, demək olar ki, yoxdur. Peşəkar hərbçi kadrlar baxımından isə, ordumuzun imkanları daha yüksəkdir.

Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan, Bakı bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusu öz sözünü deyəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 26 iyun.- S. 5.