Azərbaycan xalqı qüdrətli orduya malikdir
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaradılmasının 92-ci
ildönümü münasibətilə YAP Gənclər
Birliyinin tədbiri keçirildi
Dünən Nəsimi rayon təşkilatında
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
yaradılmasının 92-ci ildönümü münasibətilə
YAP Gənclər Birliyinin
tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyini sədr müavini Zəfər Quliyev gəncləri ordu günü münasibəti
ilə təbrik edərək, bildirdi ki, bu gün
ölkəmizdə əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla və sürətlə davam etdirilir. Orduya qayğı, silahlı qüvvlərlə xalqın
əlaqəsi daim diqqət mərkəzindədir.
Ordu quruculuğu ilə bağlı strateji xəttin dövlət siyasətinin prioritet istiqamətlərindən biri
olduğunu vurğulayan
natiq qeyd etdi ki, orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının
möhkəmləndirilməsi dövlətimizin başçısının
daim diqqət mərkəzindədir.
Tədbirdə çıxış
edən YAP Gənclər
Birliyinin sədr müavini Bəxtiyar Əsgərov bildirdi ki, torpaqlarımızın
20 faizindən çoxu
erməni separatçılarının
işğalı altındadır:
Bu gün Azərbaycan Ordusu gündən-günə güclənir.
Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir ki, bu
da hərbi gücümüzü artırmağa
şərait yaradır.
Ordu quruculuğu hər bir ölkə
üçün çox
önəmli məsələdir.
Xüsusilə, müharibə
şəraitində yaşayan
ölkə üçün
bu, prioritet olmalıdır". Azərbaycanda
ordu quruculuğu ən prioritet məsələlərdən biri
olduğunu vurğulayan
B.Əsgərov qeyd etdi ki, uzun illərdir ki, torpaqlarımız işğal
altındadır. Azərbaycan
gəncliyi hər an torpaqlarımızı düşmən tapdağından
azad etməyə hazırdır. Çünki
dövlətimiz güclü
orduya malikdir. Bu gün Azərbaycan
Ordusunun səviyyəsi
çox yüksəkdir.
B.Əsgərov onu
da bildirdi ki, iyunun 24-də Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
yaradılmasının 92-ci ildönümü münasibətilə
Müdafiə Nazirliyinin,
Dövlət Sərhəd
Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə
və hissələrinin
irimiqyaslı birgə
əməliyyat-taktiki təlimi keçirilmişdi.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev bölmələrin,
hissələrin və
silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini
izləmişdi. Prezident
İlham Əliyev xüsusi təyinatlıların
döyüş fəaliyyətinin
nümayişinə baxmış,
sonra dövlətimizin
başçısı hərbi
texnika və silah nümunələri ilə tanış olmuşdu. Bütün bunlar orduya olan
dövlət qayğısının
təzahürüdür.
YAP Gənclər Birliyi
İdarə Heyətinin
üzvü Emin Həsənli, YAP Gənclər
Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı və başqaları çıxış edərək,
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
yaradılmasının 92-ci ildönümü münasibətilə gəncləri təbrik edərək, onlara uğurlar arzuladı. Qeyd olundu ki, bu
gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda
2 milyard 150 milyon dollara bərabərdir ki, bu da
Ermənistanın bütün
dövlət büdcəsindən
çoxdur.
YAP Nəsimi rayon
təşkilatının sədri,
partiyanın Siyasi Şurasının üzvü,
Milli Məclisin deputatı Məlahət Həsənova çıxış edərək
bu ərəfədə
bir neçə hərbi qulluğa çağırılmış gənclərə öz tövsiyələrini verərək,
onlara hərbi xidmətdə uğurlar arzuladı. Onlara əsil vətənpərvər olmağı
və Vətənin keşiyində layiqincə
durmağı tövsiyə
etdi.
Tədbirin sonunda YAP Gənclər Birliyi adından Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Zati-Aliləri cənab İlham Əliyevə müraciət qəbul olundu.
ZÜMRÜD
Səs.- 2010.- 26 iyun.- S. 8.