Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir

 

Vilayət Əliyev: "Bunun da nəticəsində ölkəmizdə elm və təhsil sahəsi sürətlə inkişaf edir"

 

- Vilayət müəllim, Azərbaycan təhsilinin inkişafına dövlətin diqqət və qayğısını necə qiymətləndirirsiniz?

- Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib. Onun 30 mart 1998-ci il tarixli sərancamı ilə ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahat keçirilməsini müəyyənləşdirən proqramın hazırlanmsı məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Bundan əlavə, Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir.  Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondubu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva daima təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarla təhsil müəssisəsi təmir edilib, tikilib istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Bundan əlavə, ötən il Azərbaycanda "Təhsil haqqında"  qanun qəbul edildi. Yeni təhsil qanununun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi təhsilin inkişafında maraqlıdır. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş verdi. Bu yeniliklər də ondan ibarətdir ki, müəllimlər işlərini yenidən qururlar. Ən böyük yeniliklər ondan ibarət oldu ki, təhsilin aspirantura pilləsi ləğv olundudoktorantura ilə əvəzləndi. Bundan əlavə, "elmlər namizədi" alimlik dərəcəsi "fəlsəfə doktoru" ilə əvəzləndi. Təhsilimizin işıqlandırılması üçün yazılan məqalələrin və dərsliklərin, tərtib olunan proqramların müasir tələblərə cavab verməsi istiqamətində çox böyük işlər görülür. Ona görə də, hesab edirəm ki, ölkə təhsili uğurlu bir yoldadır.

- Ölkə başçısı İlham Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi barədə fərman imzalayıb. Bu, təhsilin inkişafına nə kimi təsir göstərəcək?

- İlk öncə, onu qeyd etməliyəm ki, Prezident İlham Əliyevin bu qərarını təhsil işçiləri, ümumiyyətlə, respublika ictimaiyyəti yüksək qiymətləndirir. Hazırda planlaşdırma getməlidir ki, ölkədə hansı ixtisaslar üzrə kadrlara ehtiyac var. Hər dövrdə müəyyən bir istiqamət müəyyənləşdirilir. İstər Nazirlər Kabinetində, istərsə də Təhsil Nazirliyində bu istiqamətdə işlər müzakirə edilirkonkret təkliflər də mövcuddur. Hesab edirəm ki, hazırda Azərbaycanda çoxlu sayda ali təhsil müəssisələri fəaliyyət göstərir. Bəzən isə, onlar arasında əlaqə lazımi səviyyədə getmir. Ölkəmizdə dövlət ali məktəbləri ilə yanaşı, özəl təhsil ocaqları da mövcuddur. Hazırda Azərbaycan dövləti müəyyənləşdirir ki, hansı təhsil ocağında, hansı ixtisaslar üzrə kadr hazırlamağa imkan varonun maliyyəsi ilə məşğul olur. 

- Gənc alimlərin xaricdə təhsil almasına dair Prezident İlham Əliyevin fərmanı Azərbaycanda elmin inkişafına müsbət təsir göstərəcəkmi?

- Onu qeyd etməliyəm ki, gənclərin təhsilin 3 pilləsi üzrə (bakalavr, magisturatura, doktorantura) xaricdə təhsil almaları vacib bir məsələdir. Hələ Sovet hakimiyyəti dönəmində ulu öndər Heydər Əliyevin qayğısı ilə 1970-80-ci illərdə yüzlərlə azərbaycanlı gənc, SSRİ-nin böyük təcrübəyə malik ali məktəblərinə təhsil almağa göndərildi. Həmin illərdə keçmiş SSRİ-nin ən mühüm ali məktəblərində Azərbaycan üçün 17 mindən artıq  yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı.Yəni gənclərin xaricdə təhsil alması məsələsi ümummilli liderin sovet dönəmində, Azərbaycana rəhbərliyi dövründə də mövcud idi. Sevindirici haldır ki, bu uğurlu bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda onlarla gəncimiz xaricdə- Avropanın bir çox nüfuzlu universitetlərində təhsil alırlar. Prezidentimizin gənc alimlərin xaricdə təhsil alması ilə bağlı fərmanı da Azərbaycan elminə, təhsilinə misilsiz töhfədir. 

- Respublikamızda elm sahəsində islahatların aparılmasına ehtiyac varmı?

- Prezident İlham Əliyev, mütamadi olaraq, istər təhsil, istərsə də elmlə bağlı qərarlar verir. İlk öncə, onu qeyd etməliyəm ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb. Etiraf etmək lazımdır ki, elm sahəsində müəyyən problemlər mövcuddur. Hesab edirəm ki, təhsil sahəsi ilə yanaşı, elm sahəsində də islahatlar aparılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatlarının aparılması da vacib məsələlərdəndir. Yəni AMEA-da bəzi elmi- tədqiqat inistitutları birləşdirilməli və digər islahatlar həyata keçirmək lazımdır. Bu çox vacib məsələlərdəndir. Elə etmək lazımdır ki, Azərbaycan elmi daha da inkişaf etsin və aparılan elmi-tədqiqat işləri müasir dövrün tələblərinə cavab verməlidir.

                                                                                      

 

ANAR MƏCİDZADƏ

 

Səs.- 2010.- 4 mart.- S. 6.