Vaqif Mustafazadənin
70 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Bakı Musiqi Akademiyasının Caz Mərkəzində əməkdar
artist, dövlət mükafatı laureatı,
Azərbaycan caz musiqisinin banilərindən
biri Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr edilmiş konfrans keçirilib.
Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru,
fəlsəfə elmləri
doktoru Gülnaz Abdullazadə orijinal ifaçılıq üslubuna
malik olan Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında
məlumat verib.
V.Mustafazadə 1940-cı ildə
Bakıda doğulmuşdur.
O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir. Gürcüstan
Dövlət Filarmoniyasında
ilk "Qafqaz" caz triosunu yaratmışdır.
İstedadlı pianoçu
"Tallinn-66", "Tbilisi-78" ümumittifaq
caz festivallarının
laureatı olmuşdur.
O, "Leyli" adlı
ilk qadın vokal kvartetini, "Sevil" və "Muğam" vokal instrumental ansambllarını
yaratmış və onlara rəhbərlik etmişdir.
Xalq artisti Tofiq Bakıxanov,
əməkdar incəsənət
xadimi, sənətşünaslıq
doktoru İmruz Əfəndiyeva Azərbaycan
muğamlarını ənənəvi
caz texnikası ilə birləşdirib muğamla cazın sintezini yaradan V.Mustafazadənin yaradıcılıq
yolundan söhbət açıblar. Bildirilmişdir
ki, 1978-ci ildə görkəmli musiqiçi
Monakoda keçirilən
VIII beynəlxalq caz müsabiqəsində birinci
mükafata layiq görülmüşdür.
V.Mustafazadə yaradıcılığının
məhsuldar dövründə
- 1979-cu il dekabrın
16-da Daşkənddə səhnədə
çıxış edərkən,
39 yaşında dünyasını
dəyişmiş, Bakıda
dəfn olunmuşdur.
Bildirilmişdir ki, hazırda böyük musiqiçinin yaradıcılıq
yolunu onun qızı, beynəlxalq müsabiqələr laureatı,
virtuoz pianoçu, vokalçı Əzizə
Mustafazadə və Azərbaycan caz məktəbinin yetirmələri
davam etdirirlər.
Tədbirin sonunda Rəna Talıbovanın rəhbərliyi ilə
"Retro-Sevil" vokal
instrumental ansamblı,
Arif Cahangirovun rəhbərliyi ilə saksofonçular qrupu V.Mustafazadənin əsərlərindən
parçalar ifa ediblər.
Zümrüd
Səs.- 2010.- 17 mart.- S. 12.