"Uğurlu iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təməlini qoyur"

 

Eldar İbrahimov: "Ölkəmiz taxıl istehsalında ən yüksək göstəriciyə nail olub"

              

- Eldar müəllim, dünyada hökm sürən iqtisadi böhran fonunda Azərbaycanın iqtisadi göstəricilərini necə qiymətləndirirsiniz?

- Azərbaycan dünyada  iqtisadi maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, bu böhrandan ən az zərər çəkən ölkə oldu. İqtisadiyyatın dinamik inkişafını, əvvəlki illərdə olduğu kimi, təmin edilib regionda öz liderlik mövqeyini saxlayıb. Ümumi daxili məhsulun (ÜDM) həcmi dünyanın inkişaf etmiş ölkələrində  3,3 faiz aşağı düşdüyü halda Azərbaycanda 9,3 faiz artıb. Əldə edilən bu yüksək  nailiyyət, hər şeydən əvvəl, bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilən liberal  iqtisadi siyasət strategiyası ilə əlaqədardır. Ölkəmizdə davamlı sosial- iqtisadi inkişafa dayanaqlı cəmiyyətin formalaşmasına yönəlmiş bu məqsədyönlü ardıcıl iqtisadi siyasətin aparılması Azərbaycan iqtisadiyyatının gələcəkdə dinamik inkişafının təməlini qoyur. Belə ki, hələ davam edən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrində iqtisadiyyata sarsıdıcı təsir etsə , Azərbaycanda həm neft həm qeyri -  neft sektorunda artım qeydə alınıb. Çox sevindirici haldır ki, regionlarda yeni istehsal emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə yerinin açılmasına, yeni malların istehsalına məhsulların çeşidinin genişlənməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, 2009-cu ildə ÜDM-nin 15,7 milyard manatı ya 45,4 faizi qeyri-neft sahələrinin payına düşüb. Göründüyü kimi, bu sahə son illər dinamik inkişaf edir neft sektoru (47 faiz) ilə olan fərq aradan qaldırılır. Bu isə, o deməkdir ki, bəzilərinin iddia etdiyi kimi hökumət yalnız neft sektoruna yox, eyni zamanda, qeyri- neft sektoruna da diqqət qayğı ilə yanaşır. Əldə edilən bu uğurlar bir daha sübut edir ki, dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının tarazlı inkişafı üçün lazım olan bütün tədbirlər görülür. Böhran ili olmasına baxmayaraq, ölkəmizdə həyata keçirilən sistemli tədbirlər sayəsində yoxsulluğun səviyyəsi 2,2 faiz bəndi azalaraq 11 faizə endirilib. Orta aylıq əmək haqqı 8,6 faiz artaraq, 298 manat təşkil edib. Bu da ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin sosial ədalət prinsipinə əsaslandığını göstərir.

- Kənd təsərrüfatında görülən işlər barədə deyə bilərsiniz?

- 2009-cu il kənd təsərrüfatı üçün uğurlu il olub. Ölkə başçısının imzaladığı fərman sərəncamlara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən verilən subsidiyalar güzəştlər, təsdiq edilmiş müxtəlif məqsədli  proqramların yerinə yetirilməsi üçün həyata keçirilən silsilə tədbirlər kənd təsərrüfatı istehsalının maddi texniki bazasını möhkəmləndirilib. Eyni zamanda, sahibkarların marağını artırıb. Əvəlki illərdə olduğu kimi, keçən ildə bu sahədə dinamik inkişaf olub. Kənd təsərrüfatında yaranan əlavə dəyərin real artımı 2008- ci ilə nisbətən 3,5 faiz artaraq 2,3 milyard manat təşkil edib. ÜDM-nin 6,7 faizi ( 2008- ci ildə 5,8 faiz) kənd təsərrüfatı, ovçuluq meşə təsərrüfatının payına düşüb. Hesabat ilində bir çox kənd təsərrüfatı məhsullarının, o cümlədən, meyvə, üzüm, çay yarpağı, bostan, bütün növ heyvandarlıq məhsullarının istehsalı artıb. Taxıl istehsalında isə, ölkəmizdə misli görünməmiş artım qeyd edilib. Belə ki, onun həcmi 3 milyon tona çatdırılaraq, ölkəmizin tarixində ən yüksək- rekord  göstəriciyə  nail olunub. Əlbəttə ki, bütün bu yüksək göstəricilər respublika hökumətinin həyata keçirdiyi iqtisadi islahatların inkişaf strategiyasının məntiqi nəticəsidir.

- Ölkəmizdə aqrar sektorun hazırkı durumunu necə qiymətləndirirsiniz? "Pambıqçılıq haqqında" qanunun qəbulu bu sahənin inkişafına kimi təsiri olacaq?

- Hökumət keçən il "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasını təmin etmək üçün Dövlət Taxıl Fondunun formalaşması fəaliyyəti, dövlət qış otlaqlarının suvarılan torpaqların inventarlaşdırılması digər   istiqamətlərdə konkret tədbirlər həyata keçirib. 2009- cu ildə aqrar sahənin kreditləşdirilməsi davam etdirilmiş bu məqsədlə   Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 10,9 milyon manatdan çox mikrokredit, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına quşçuluğun inkişafı, ət, süd digər ərzaq məhsulları istehsal edən müəssisələrin yaradılması ilə bağlı 19 sahibkarlıq subyektinə 31,8 milyon manat güzəştli kredit ayrılıb. Meliorasiya irriqasiya işlərinin yerinə yetirilməsi, baytarlıq fitosanitar tədbirlərin həyata keçirilməsi digər məsələlər hökumətin diqqətində olmuş lazımi işlər görülüb.  Ölkəmizin iqtisadi inkişafında özünəməxsus xüsusi yeri olan, ÜMD-nin formalaşmasında  əhalinin yerli istehsal hesabına ərzaqla təmin edilməsində böyük təsiri olan aqrar bölmənin aşağıdakı məsələlərinə 2010-cu ildə hökumətin diqqət qayğı göstərməsini məqsədə müvafiq hesab edirəm. Belə ki, aqrar bölmənin yüksək ixtisaslı mütəxəssislərlə təminatı  sahəsində son vaxtlar baş verən əsaslı müsbət dəyişikliklərə baxmayaraq, aparılan rəsmi sorğular kənd təsərrüfatı mütəxəssislərinə kəskin ehtiyac olduğunu göstərir. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarını ən çox narahat edən məsələ istehsal edilən məhsulların vaxtında satışının təşkilidir. Bu sahədə müəyyən tədbirlər- soyuducu anbarların tikilməsi təqdirəlayiqdir. Eyni zamanda, şəhərlərdə bir neçə yerdə kənd təsərrüfatı məhsullarının satışı bazarlarının təşkili işinə yerli icra hakimiyyəti orqanları bələdiyyələr cəlb edilməlidir. Azərbaycanın təbii- iqlim torpaq şəraiti bir çox strateji kənd  təsərrüfatı məhsullarının, o cümlədən, pambıqçılığın inkişafı üçün əlverişli olduğundan hökumətin bu sahəyə xüsusi diqqət dəstək göstərməsi məqsədəmüvafiq olardı. Çünki pambıq təkcə yüngül sənayenin yox, həm yeyinti, səhiyyə hərbi sənayeni xammalla təmin edir, onun gövdəsindən mebel digər məişət malları istehsal olunur, habelə, odun kimi istifadə edilir.  Apardığımız adi bir hesablama onu göstərir ki, 300 min ton pambıq istehsal edib onun təkcə mahlıcını  son hazır məhsula (paltar) kimi ölkəmizdə  emal etsək, 1,5 milyard manat əlavə dəyər yaratmaqla ümumi daxili məhsulu xeyli artıra bilərik. Bunun üçün respublikamızda pambıq paltarlar istehsalının  təşkili məqsədilə hökumət əyiricilik, toxuculuq tikiş müəssisələrinin yaradılması ilə məşğul olmalıdır. Dövlət başçısı respublikamızda istehsalı mümkün olan məhsulların idxalına son qoymağı yerli istehsalatı təşkil  etməyi hökumətin qarşısında bir vəzifə olaraq qoyub. Hesab edirik ki, pambıqçılıq üçün əlverişli şəraiti ənənəsi olan rayonlarımızda pambıq əkilsə, bu, həm ölkə iqtisadiyyatına həm sahibkarlara böyük fayda verərdi. Ona görə bizim komitənin üzvləri "Pambıqçılıq haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim etmişdir.  Şübhə etmirik ki, qanunun qəbulu hökumətin dəstəyi ilə strateji əhəmiyyət kəsb edən  pambıqçılıq ölkəmizdə inkişaf edəcəkdir.Qloballaşan dünya iqtisadiyyatına inteqrasiyada əsas amillərdən biri olan rəqabətə davamlı məhsullar istehsal etmək üçün innovasiyalı texnika   texnologiyalardan istifadə olunmasıdır. Bu məqsədlə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına ehtiyac vardır. Hökumət pambıqçılığın inkişafı kənd təsərrüfatı kooperativlərinin yaradılması üçün təsirli tədbirlər görəcək.

 

 

SEVİNC NƏZƏROVA

 

Səs.- 2010.- 18 mart.- S. 6.