"Bir alim bir aləm deməkdir"

      

Bu günlərdə yazıçı-publisist Hacı Tofiq Seyidovun "Bir alim bir aləm deməkdir" adlı kitabı çapdan çıxmışdır. Kitabda müəllifin yaradıcılığa başladığı zamandan bu günə qədər olan dövrü, eləcə , tələbə ikən fəaliyyəti öz əksini tapmışdır. Onun elmi-pedaqoji fəaliyyəti, eləcə , şəxsiyyəti ilə bağlı Azərbaycanın tanınmış simalarının görüşləri yeni nəşrdə əksini tapıb.

Kitabın rəyçiləri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbülfəz Quliyev, eləcə , professor Nizami Cəfərovdur. Kitabda məqalələr Azərbaycan rus dillərində nəşr edilmişdir. Tarix elmlər namizədi İbadulla Məmmədovun, AMEA-nın müxbir üzvü Afad Qurbanovun, pedeqoji elmlər namizədi Nazim Mirzəyevin başqalarının onunla bağlı söylədiyi fikirlərdə Hacı Tofiq Seyidovun elmə olan münasibəti, eləcə , yaradıcılığının əsas qayəsini təşkil edən məqamlar diqqətə çəkilir. AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev yazır ki, Hacı Tofiq Seyidov çox dəyərli 36 kitabın müəllifidir. Bunların sırasında "Sədərək dünya coğrafiyaşünaslığının, diplomatlarının alimlərinin gözü ilə" kitabındakı elmi araşdırmalar Azərbaycan oxucularına dəyərli töhfədir. Burada naxçıvanlılara bəlli olmayan yerlər haqqında məlumat verildiyini qeyd edən İ.Hacıyev onun axtarışlarını yüksək qiymətləndirir. Sədərəkin folklor tarixi, onun simaları ilə bağlı məqalələrdə H.T.Seyidovun elmi axtarışları qeyd olunur. Bir sıra yaradıcı simaların elmi-yaradıcı fəaliyyətini öyrənən tədqiqatçı oxucusuna orijinal məqalələri təqdim edir. 

Kitaba, həmçinin, yazıçının yaradıcılığı 70 illik yubileyi ilə bağlı publisist yazılar da daxildir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 18 mart.- S. 12.