Dahi öndər Heydər Əliyev siyasi dühası hər zaman hiss olunur

 

Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli liderimiz Heydər Əliyevin 87-ci ildönümü ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunur. Bu tarixi günlə bağlı ictimaiyyətin fikirlərini qəzetimiz vasitəsilə diqqətinizə çatdırırıq.

 

Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Tahir Rzayev:

 

- Ümummilli liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, dahi öndər Heydər Əliyev haqqında qədər ibrətamiz fikirlər deyilsə , yenə nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir.

Bu gün ümummilli liderimiz Heydər Əliyevin doğum günü təkcə ölkə vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının əziz bayramı kimi təntənə ilə qeyd edilir. Ümummilli lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin Azərbaycan xalqının ümummilli lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır. Ulu öndərimiz mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövlət qurmağı bacardı. Təsadüfi deyil ki, Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub.

Bu gün bütün nailiyyətlərimizə görə, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol Heydər Əliyev ideyalarıdır bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Bu, Azərbaycanın Azərbaycan xalqının seçimidir. Heydər Əliyev, sözün əsil mənasında, xalqının, millətinin taleyi ilə yaşayan müstəqil Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün rahatlıq tapmayan bir şəxsiyyət idi. Ömrünün qalan hissəsini xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsindən qurtardı. Təsadüfi deyil ki, Heydər Əliyevin xalqına, xalqın isə zəmanəmizin bu böyük şəxsiyyətinə inamı zərb-məsələyə çevrildi. "Heydər-Xalq, Xalq-Heydər!" Bəli, belə bir birlik yaranmışdır. Azərbaycanın tarix üçün qısa bir müddətdə, başqa ölkələrin onilliklər boyu keçdiyi bir inkişaf yolunu cəmi bir neçə ildə keçməsi bu birliyin təntənəsi idi. Xalqımız öz böyük oğlunun xatirəsini daim əziz tutacaq, müəyyənləşdirdiyi yolla daha böyük zirvələr fəth edəcəkdir.

 

Millət vəkili Rauf Əliyev:

 

- Bu gün Azərbaycanımızın günü-gündən çiçəklənməsinin səbəbkarı təkrarolunmaz liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə  birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə , ömrünü xalqının yolunda şam kimi əridən ulu öndərimiz Heydər Əliyevi xalqımız sevib əbədi olaraq sevəcək. Bu gün Azərbaycan dövlətinin xalqının qazandığı qədər nailiyyətlər varsa, bütün bunların hamısının müəllifi yalnız Heydər Əliyevdir. Bu baxımdan da, ulu öndərin siyasi irsinin Azərbaycanda öyrədilməsi ən vacib məsələlərdən biridir. Necə ki, bütün bəşəriyyətə böyük töhfələr vermiş böyük şəxsiyyətlərin tərcümeyi-halı, fəaliyyət istiqamətləri, həyata keçirilən işlər qiymətləndirilir bunlar dünya ictimai fikirində həmişə öz təsirini göstərmiş olur. Doğma xalqının etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi altında görülən işlər əyani şəkildə göstərir ki, ulu öndərimiz Heydər Əliyevin ideyaları yaşayır xalqın rifahını təmin edir. Bütövlükdə, son altı il ərzində müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqının qarşısında duran vəzifələri belə müəyyənləşdirmişdir: "Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün görmək, Azərbaycanı müasir güclü ölkəyə çevirmək".

 

Millət vəkili Tahir Süleymanov:

 

- Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit milli iradə ilə yanaşı, güclü liderin olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyildir. Hansısa əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq ucalığına qovuşurlar.

Dərin zəka sahibi olan ümummilli liderimiz Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli məhsuldar fəaliyyətinin canlı salnaməsi olmaqla, şanlı epoxa təşkil edir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Çünki mübağiləsiz demək olar ki, keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Hər bir azərbaycanlı çalışmalıdır ki, yeni böyüyən nəslin yaddaşında böyük öndərimizin xalqımız qarşısında gördüyü xidmətlər əbədi olaraq həkk olunsun, onlar məhz ulu öndər Heydər Əliyev ideyaları ruhunda böyüsün.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 1 may.- S. 6.