Azərbaycan Ordusu döyüşə hazırdır
"2009-cu ilin sonuna
Silahlı Qüvvələrin
istifadəsinə 1 milyard
dollardan artıq dəyərdə silah və texnika verilib"
Azərbaycanın Silahlı
Qüvvələri durmadan
inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir
və nüfuzu artır. Ermənistan Respublikası beynəlxalq
hüquq normalarına
və əldə olunmuş razılaşmalara
məhəl qoymayaraq,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli prosesini uzatmaqda davam edir. Regiondakı mürəkkəb hərbi-siyasi
durum Azərbaycan respublikası
üçün öz
suverenliyini və ərazi bütövlüyünü
qorumaq və işğal olunmuş əraziləri azad etmək məqsədi ilə Silahlı Qüvvələrin döyüş
imkanlarını artırmağı
zəruri edir.
Bir neçə
gün öncə, Müdafiə Nazirliyində
Silahlı Qüvvələrin
Ali Baş Komandanı,
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə məruzə
edən müdafiə
naziri Səfər Əbiyev bildirib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri
üzrə hazırlığın
gücləndirilməsi, idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər, tədris ilində birlik və birləşmələrin
70-dək komanda-qərargah təlimi
keçirilib. Bu təlimlərə
Silahlı Qüvvələrin
müxtəlif qoşun
birləşmələri cəlb
olunub və həmin təlimlərdə
ən müasir tələblərə cavab
verən simulyator və kompüter şəbəkələrindən fəal şəkildə istifadə edilib.
Səfər Əbiyev
qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri,
Dövlət Sərhəd
Xidməti, Daxili Qoşunların hərbi hissə və bölmələrinin 2009-cu ildə
keçirilən birgə
əməliyyat-taktiki təlimində
qoşunlar yüksək
döyüş məharəti
nümayiş etdirib, döyüş hazırlığı
prosesində hücum əməliyyatının aparılması,
dağ şəraitində
döyüş texnikası
və silahların tətbiq edilməsinin üsul və metodları geniş öyrənilib, şəxsi
heyətin bilik və bacarığı təkmilləşdirilib.
2009-cu ildə
Silahlı Qüvvələrin
artilleriya hissə və bölmələrinin
peşəkar şəxsi
heyəti, müasir silah və texnika,
avtomatlaşdırılmış idarəetmə sistemləri,
o cümlədən, müasir
yaylım atəşli
reaktiv sistemləri ilə komplektləşdirilməsi
nəticəsində yaxın
və uzaq məsafələrdə yerləşən
düşmən hədəflərinin
böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək
dəqiqliklə hazırlanması
üzrə meteoroloji stansiyalar istifadəyə verilmiş, qısa vaxt ərzində döyüş təyinatları
rayonlarına vaxtında
çıxışı təmin
etmək məqsədi
ilə top və qurğular yeni dartıcılarla təmin
olunub. Hissə və bölmələrin
optik hesablama cihazları, həmçinin,
radiolokasiya stansiyaları
ilə təchiz olunması düşmənin
hərəkətsiz və
hərəkətli hədəflərini
dəqiqliklə, qısa
müddət ərzində
aşkar edilərək,
atəşlə zərərvurma
vasitələrinə ötürülməsini
təmin edib.
Keçən ilin sonunadək istismarda olan silahlar müasir
tipli optik gündüz və gecəgörmə nişangahları,
müşahidə cihazları
ilə kompleksləşdirilmişdir.
Bu prosesin davam etdirilməsi üçün
hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə
təhvil verilməsi həyata keçirilməkdədir.
Birləşmələrin zirehli
texnikası üzərində
modernləşdirmə işləri
aparılıb, atəşin
və döyüşün
müasir tipli idarəetmə sistemlərinin
quraşdırılması işləri başa çatdırılıb. Bunun
nəticəsində, maksimal
uzaqlıqda yerləşən
düşmən hədəflərini
hava şəraitindən
asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunub.
Yaxın zamanlarda
tank əleyhinə raket
sistemlərinin alınması
nəticəsində düşmənin
zirehli texnikasına zərərvurma imkanları
qat-qat artırılıb.
Yeni silah sistemlərinin alınması
və quraşdırılması
nəticəsində Silahlı
Qüvvələrimiz Ermənistanın
bütün ərazisində
yerləşən hədəfləri
məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin
Ermənistan ərazisində
hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi
məhv etməyə imkanı vardır.
2009-cu ilin
sonuna Silahlı Qüvvələrin istifadəsinə
təxminən 1 milyard
ABŞ dollarından artıq
dəyərdə silah
və texnika verilib. Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri
ilə birlikdə 5 hərbi şəhərcik
kompleksi inşa edilir. Eyni zamanda,
hərbi qulluqçular
üçün, ümumilikdə,
627 mənzili olan yaşayış binalarının
inşası davam etdirilir.
Aviasiyada hava hücumundan müdafiə
üzrə yeni texnikaların alınması,
mövcud texnikanın
təmiri və modernləşdirilməsi nəticəsində
hissə və bölmələrin müxtəlif
hava şəraitində
döyüş fəaliyyəti
imkanları artırılıb.
Aviasiya üzrə yeni kompleks uçuş
simulyatorlarının alınması
və quraşdırılması
nəticəsində uçuş
heyətinin hazırlığının
keyfiyyəti yüksəlmiş
və aviasiya texnikasının texniki resurslarına qənaət
olunub.
Zenit-raket qoşunları
üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi
nəticəsində döyüş
texnikasının səmərəliliyi
və atəş imkanları artırılıb.
Hərbi-hava qüvvələrinin
modernləşdirilmiş döyüş
texnikalarında rəqəmsal
məlumat mübadiləsinin
təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb.
Gəmilərdə müasir
naviqasiya, rabitə,
radar və hidroakustik vasitələrin quraşdırılması
işləri aparılıb
və döyüş
gəmilərinin mühərriklərinin
yeniləri ilə əvəz olunması üzrə tədbirlər
planlaşdırılıb. Gəmi inşa və təmiri sektorunda 200 tonluq patrul kateri inşa
edilib. Eləcə də, 21 gözətçi
gəmisi əsaslı
təmir olunaraq, yeni silah və
texniki vasitələrlə
təchiz edilib.
Azərbaycan Respublikası
dünyanın 27 ölkəsi
ilə hərbi əlaqələrin normativ
hüquqi bazasını
təşkil edən saziş və memorandumlar, o cümlədən,
2009-cu ildə hərbi
sahədə dörd əsas sənəd imzalanıb. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin
imzalanması müzakirə
edilir.
Hər bir dövlətin əsas təməllərindən biri
onun güclü ordusunun olmasıdır. Böyük qürur hissi ilə, demək olar ki, Azərbaycanın yüksək döyüş
qabiliyyətinə, nizam-intizama
malik ordusu var. Dövlətimizin və hökumətimizin diqqəti
sayəsində Silahlı
Qüvvələrimizin möhkəmləndirilməsində
əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən
təmizləmək, ölkəmizin
ərazi bütövlüyünü
bərpa etmək, qaçqın və məcburi köçkünləri
öz doğma yurdlarına qaytarmaqdır.
Elçin Bayramlı
Səs.- 2010.- 1 may.- S. 7.