“XXI əsr - muzey idarəçiliyi"

 

Bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun əməkdaşı Mehin Vahabova, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin innovasiyalar şöbəsinin müdiri Əminə Məlikovanın daxil olduğu muzey ekspertlərindən ibarət nümayəndə heyəti Minskdə, YUNESKO BHƏF-in (Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu) dəstəyi ilə MDB ölkələri arasında muzey işinin inkişafı sahəsində əməkdaşlıq çərçivəsində keçirilən MDB ölkələrinin muzey mütəxəssislərinin "XXI əsr - muzey idarəçiliyi" adlı konfransında iştirak etmişlər. Konfrans iştirakçılarını - Belorusun mədəniyyət naziri Pavel Pavloviç Latuşenko, YUNESKO-nun Moskva bürosunun direktoru Dendev Badarç, İCOM-un Rusiyadakı icraçı direktoru Qalina Andreyeva, Belorus Respublikasının Xarici İşlər Nazirliyinin müşaviri, YUNESKO-nun Belorusdakı dövlət komissiyasının məsul katibi Yelena Krasovskaya başqaları salamlamış, konfransın keçirilməsində məqsədin MDB məkanında muzey işinin inkişaf perspektivləri aktual problemlərini müzakirə etmək, gələcəkdə muzey mütəxəssisləri arasında partnyorluq beynəlxalq muzeylərlə əməkdaşlıq proqramının gerçəkləşməsindən ibarət olduğunu söyləmişlər. Azərbaycan nümayəndə heyətinin təmsilçiləri Azərbaycanda muzey işinin səmərəli müvəffəqiyyətli inkişafından, bu işdə yeni texnologiyaların innovasiyaların tətbiqindən bəhs edən məruzə mülahizələrlə çıxış etmiş, müxtəlif məsələlər üzrə müzakirələrdə fəal iştirak etmiş, muzey mütəxəssislərinin peşəkarlığının artırılması üçün treninqlərin keçirilməsinin vacibliyini, MDB ölkələri muzey nümayəndələrinin birgə əməkdaşlıq proqramının əhəmiyyətini vurğulamışlar.

 

 

Zümrüd

 

Səs.- 2010.- 1 may.- S. 12.