Ulu öndər Heydər Əliyev
- 87
May
ayının 10-da ulu öndər Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümüdür. Müstəqil
Azərbaycanımızın qurucusu və xilaskarı olan dahi
şəxsiyyət hər zaman Azərbaycan xalqı tərəfindən
böyük məhəbbət və hörmətlə yad
edilir. Çünki Onun dövlətçiliyimizin
inkişafı və tərəqqisi istiqamətində
atdığı addımlar təqdirəlayiqdir. O, Azərbaycanın
hərtərəfli inkişafı, onun müxtəlif sahələrdə
nailiyyətlər əldə etməsi üçün
genişmiqyaslı islahatlar həyata keçirib. Məhz həmin
islahatların nəticəsidir ki, bu gün Azərbaycan
xalqı yüksək rifah halına malikdir. Qeyd edim ki, bu əlamətdar
gün hər bir azərbaycanlı üçün əzizdir.
"Səs" qəzetinə açıqlama verən
ölkə siyasətçiləri, ziyalıları və
millət vəkilləri ümummilli liderin misilsiz xidmətlərindən
söhbət açdılar. Onun müstəqil Azərbaycanın
təməl prinsiplərinin möhkəmlənməsi
yönündə atdığı addımları yüksək
qiymətləndirdilər.
"ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASİ FƏALİYYƏTİ İLƏ ÖZÜNÜ İCTİMAİ YADDAŞA YAZA BİLDİ"
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon
təşkilatının sədri Nəbi Xəlilov:
- May ayının 10-da
bütün ömrünü xalqına, dövlətinə həsr
etmiş müasir Azərbaycan dövlətinin banisi
ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümüdür. 1969-cu ildə ulu öndər Heydər
Əliyevin Azərbaycanda ilk dəfə rəhbərliyə gəlməsinə
qədər ölkədə bütün sahələrdə
boşluqlar var idi. Özbaşınalıq, korrupsiya,
sosial-iqtisadi gerilik ölkədə hərc-mərclik
yaratmışdı. Bu baxımdan, ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə respublikamızda
mövcud olan bütün problemlər aradan
qaldırıldı. Belə ki, O, rəhbərliyə gəldikdən
sonra dövlət əhəmiyyətli tədbirlərdə
çıxışlarını Azərbaycan dilində etməyə
başladı. Bununla da ümummilli lider Heydər Əliyev Azərbaycan
dilini dövlət dili səviyyəsinə qaldırmaqla,
1978-ci ildə Konstitusiyada bunun təsbit olunmasına real zəmin
yaratdı. Əlbəttə ki, Onun bu addımı ölkədə
yüksək əhval-ruhiyyə ilə qarşılandı.
Ümummilli lider Heydər Əliyevin
böyüklüyü onda idi ki, O, vəzifəsindən
istefa verdikdən sonra Azərbaycanın problemləri ilə
yaxından
Həmin dövrdən bu
günə qədər xalqla sıx təmasda olan
"ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SAYƏSİNDƏ
BU GÜN MÜSTƏQİL AZƏRBAYCAN YAŞAYIR, SÜRƏTLƏ
İNKİŞAF EDİR"
Millət vəkili Əkrəm Abdullayev:
- Ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərliyi dövründəki ictimai-siyasi
fəaliyyəti haqqında ən yüksək sözləri
söyləsək, təbii ki, bu dövrləri tam əhatə
edə bilmərik. Ulu öndərin məhz bu dövrlərdə
bütün sahələrdə həyata keçirdiyi tədbirlərinin,
dövlət proqramlarının, əsasını qoyduğu
uğurlu siyasətin nəticəsidir ki, bu gün müstəqil
Azərbaycan yaşayır, sürətlə inkişaf edir. Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
siyasət, strategiya ulu öndərin layiqli
davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən
bu gün yüksək səviyyədə həyata
keçirilir. Artıq hər kəs etiraf edir ki, Azərbaycan
dünyada böyük sürətlə inkişaf edən
lider dövlətdir. Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində Azərbaycanda
şəhərlərlə kəndlər arasında olan fərq
tədricən aradan qalxır. Bölgələrdə yeni-yeni
müəssisələr, fabriklər açılır.
Tikinti, quruculuq-abadlıq işləri sürətlə
aparılır. Bütün bunlar da yeni iş yerlərinin
açılmasına şərait yaradır. İnsanların
sosial rifahı yaxşılaşır. Yeni Dövlət
Proqramı bu inkişafa daha da təkan verəcək, ölkəmiz
gözəlləşəcək və çiçəklənəcək.
Bütün bunlar da ulu öndər Heydər Əliyev siyasətinin
Azərbaycanda ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir.
"XALQ ÖZ NİCATINI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
QAYIDIŞINDA GÖRDÜ"
Millət vəkili Musa Quliyev:
- Müstəqilliyimizin ilk
illərində baş verən siyasi-iqtisadi çətinliklər,
yəqin ki, hamımızın yaddaşındadır. Anarxiya,
xaos, özbaşınalıq Azərbaycanın müstəqilliyini
təhlükə qarşısında qoymuşdu. Ordu hissələri
ayrı-ayrı şəxslərin tabeliyində fəaliyyət
göstərirdi. Bundan istifadə edən düşmənlərimiz
torpaqlarımızı işğal etməkdə davam edirdi.
Bu ağır günlərdə xalq öz nicatını ulu
öndər Heydər Əliyevin qayıdışında
gördü. Beləliklə, xalqın tələbi ilə ulu
öndər Bakıya dəvət edildi. Ulu öndərin
1993-cü ildə Naxçıvandan Bakıya gəlişi hər
birimizin xatirindədir. Ölkəmiz üçün çox
ağır bir məqamda Heydər Əliyev Azərbaycanda
ikinci dəfə hakimiyyətə gətirildi. Beləliklə,
az bir müddət ərzində atəşkəsə nail
olundu. Əvvəl Azərbaycan dünyanın iri dövlətləri
ilə neft müqaviləsini imzaladı. "Əsrin
müqaviləsi"nin imzalanması Azərbaycanın müstəqilliyinin
qorunub saxlanması və möhkəmləndirilməsi yolunda əsaslı
addım oldu. Bundan sonra Azərbaycan iqtisadiyyatının
yüksəliş dövrü başlandı. Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi istiqamətində
əsaslı islahatlar keçirildi. Azərbaycan bu dövrdə
nüfuzlu beynəlxalq təşkilatlara üzv seçildi,
iqtisadiyyatımıza investisiyaların qoyulması sürətləndi,
ölkənin beynəlxalq əlaqələri gücləndirildi.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin
qorunmasındakı və möhkəmləndirilməsindəki
rolu olduqca böyükdür.
2003-cü ildə ulu öndər
Heydər Əliyev sıralarımızdan cismən ayrılsa
da, xalqımız Onun ideyalarının yaşayacağına
inanırdı. Beləliklə, ölkədə siyasi hakimiyyətə
ulu öndərin ideyalarının davamçısı,
Prezident İlham Əliyev gəldi. O vaxtdan Azərbaycanın
siyasi, iqtisadi, sosial və mədəni həyatında baş
verən sürətli inkişaf və tərəqqi
hamımızın gözü qarşısındadır. Məhz
dövlət başçısının sayəsində
köhnə məktəblər yenidən quruldu, müasir tələblərə
cavab verən rabitə xidməti binası inşa edildi. Tibb
ocaqları təmir edildi və onlar sənaye müəssisələri
istifadəyə verildi.
Bu gün Azərbaycanın
Heydər Əliyev siyasətini uğurla davam etdirən
güclü cənab İlham Əliyev kimi Prezidenti var, Onun
arxasında isə güclü xalqı dayanır. Bütün
bunların əsasında isə Heydər Əliyev şəxsiyyəti,
onun dönməz iradəsi durur. Hesab edirəm ki, hər bir azərbaycanlı
gənc, partiya mənsubiyyətindən, siyasi
baxışından asılı olmayaraq, hər kəs Heydər
Əliyevin banisi olduğu Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsinə öz töhfəsini verməlidir.
"DAHİ LİDERİN İDEYALARINA SADİQLİK AZƏRBAYCANIN
DAHA YÜKSƏK ZİRVƏLƏR FƏTH ETMƏSİNƏ ZƏRURƏT YARADACAQDIR"
Millət vəkili Məlahət İbrahimqızı:
- Ümumilli liderimiz Heydər
Əliyevin müstəqil Azərbaycanı bütün bəşəriyyətə
tanıtdırdıqdan sonra xalqımızın qüdrəti
daha da artmağa başladı. Əsası ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulan müstəqil
dövlətimiz bu gün Onun ən layiqli
davamçısı olan Prezident İlham Əliyev tərəfindən
böyük əzmlə idarə olunur və yüksək səviyyədə
inkişaf mərhələlərinə qədəm qoyur. Milli
inkişaf strategiyamızın müəllifi olan ulu öndərimiz
Azərbaycanın yüz illiklər boyu yüksəliş xəttini
müəyyənləşdirmişdir. Onun müəllifi
olduğu dövlətçilik ənənələri
bütün bəşəriyyətə müstəqil
dövlət modelinin yeni mücəssəməsi idi. Bu
baxımdan da, dahi liderin ideyalarına sadiqlik Azərbaycanın
daha yüksək zirvələr fəth etməsinə zərurət
yaradacaqdır. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyev
məktəbinin bütün prinsiplərini mənimsəmiş
Prezident İlham Əliyev bu gün Azərbaycanın gənc
müstəqil bir dövlət
kimi beynəlxalq arenada nüfuzunun daha da güclənməsinə
nail olur. Bütün bunların arxasında isə xalqın
öz liderinə olan dərin və tükənməz sevgisi
dayanır. Bu gün bütün dünyada öz liderlik
xüsusiyyətləri ilə öndə duran Prezident
İlham Əliyevin rəhbərliyi altında müstəqil
Azərbaycan xalqı dünyanın ən xoşbəxt
xalqı hesab edilir. Ona görə də, YAP-ın 1993-cü
ildən bu günə qədər qatılmış
olduğu bütün seçki proseslərində
özünün xüsusi dəsti-xətti açıq şəkildə
görünür.
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 4 may.- S. 3.