Qəlblərdə yaşayacaq lider
Ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr
olunmuş "Azərbaycanşünaslığın
aktual problemləri"
I Beynəlxalq Elmi Konfrans
Dünən Bakı Slavyan Universitetinin akt zalında ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr
olunmuş "Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda I Beynəlxalq
Elmi Konfransın açılış mərasimi
keçirildi. Tədbirdən
əvvəl iştirakçılar
Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət
edərək, önünə
əklil qoydular.
Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açaraq, konfransın keçirilmə səbəbindən
danışdı. O, qeyd
etdi ki, Bakı Slavyan Universiteti respublikanın elmi-mədəni həyatına
töhfə verə biləcək yeni layihələrə imza atır. O, ümummilli
lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə
həsr olunmuş elmi konfransın, nəinki universitetin 10 illik fəaliyyəti çərçivəsində, eləcə də, bütün Azərbaycanın
elmi-mədəni mühitində
mühüm hadisə
oduğunu bildirdi.
Azərbaycanşünaslığın inkişafı, xarici
ölkələrdə təbliği
və tədqiqi, eləcə də, həmin ölkələrdə
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları ilə
sıx əlaqələrin
inkişafı məqsədilə
keçirilən konfrans
may ayının
3-dən başlayaraq 8-nə qədər Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət
Universiteti və Gəncə Dövlət Universitetində təşkil
olunacaqdır. Kamal Abdullayev
qeyd etdi ki, konfransın işi azərbaycançılığın
müxtəlif aspektlərini
ehtiva edən siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat,
mədəniyyət, incəsənət,
elm və təhsil, iqtisadiyyat və coğrafiya istiqamətləri üzrə
aparılır. Beynəlxalq
konfrans çərçivəsində
Türkiyə, Fransa, Rusiya, Litva, İraq, Qazaxıstan universitetlərinin professor
və elmi rəhbərləri azərbaycanşünaslıqla
bağlı çıxış
edəcəklər. Kamal
Abdullayev azərbaycançılıq
ideyalarının təbliğində
geniş müstəvidə
Heydər Əliyevin rolunu vurğulayıb, Onun siyasətinin nəticəsi olaraq, məhz bu mövzuda
konfransın keçirilməsinin
reallığını söylədi.
Belə ki, müstəqillik dövründə
Heydər Əliyevin yürütdüyü siyasətin
nəticəsi olaraq, Azərbaycan dünya miqyasında öz yerini, mövqeyini müəyyənləşdirmiş, dövlətçilik ideyalarının
təbliğatçısına çevrilmişdir. Dahi öndər Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycanın
mədəniyyəti, siyasəti,
tarixi geniş bir şəkildə tədqiq olunaraq, geniş sferanı əhatə etmişdir. Universitetin rektoru 9 dünya ölkəsinin qatıldığı konfransın
tələbələrdə Azərbaycançılıq ideyalarının
aşılanmasında rolunu
vurğulayaraq, gələcək
nəslin formalaşmasında
bunun müstəsnalığını
qeyd etdi. "Heydər Əliyevin
siyasətinin əsasında,
duran azərbaycançılıq
Azərbaycanın bir dövlət olaraq inkişafına birbaşa
təsir göstərən
amillərdən biridir"
deyən Kamal Abdullayev ümummilli liderin 87-ci il dönümünə həsr
olunmuş konfransın
əsasında məhz
Onun yürütdüyü bu səpkidəki siyasətinin
geniş bir şəkildə təbliğinə
diqqəti yönəltməkdir:
"Dünyanın müxtəlif
yerlərində yaşayan
və öz həyatlarını Azərbaycanşünaslıq
üzərində qurmuş
insanların bir araya gəlməsində bu konfransın rolu danılmazdır. Konfrans çərçivəsində
professor Yuri Pompeyevin "Qarabağ gündəlikləri" kitabının
təqdimat mərasimi
də keçiriləcəkdir.
Bu mərasim təkcə Bakı Slavyan Universitetində deyil, eləcə də, Naxçıvan Dövlət Universitetində
təşkil olunacaqdır.
Rusiyalı professorun Qarabağ həqiqətlərinə
olan münasibəti ictimai marağa səbəb olmaqla yanaşı, qeyri-xalqın
nümayəndəsinin Azərbaycan
reallıqlarına olan
yanaşmasının dünya
arenasına çatdırılmasında
da əhəmiyyəti
xüsusidir".
Konfransda çıxış edən
təhsil nazirinin müavini Elmar Hüseynov "Azərbaycanşünaslığın
aktual problemləri"nə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətini
vurğulayaraq, bir çox ölkələrin
nümayəndələrinin bu konfransa cəlb
olunmasında Azərbaycanın
xüsusi rolunun olduğunu bildirdi. Mütəmadi olaraq, belə tədbirlərin keçirilməsi Azərbaycan
təhsil sistemində
gənclərin azərbaycançılıq
ideyaları ilə tərbiyə olunmasına
müsbət təsirini
qeyd etdi.
Tədbirdə çıxış edən rusiyalı professor Yuri Pompeyev Azərbaycanda mövcud olan ictimai-siyasi atmosferdən və bunun əsasının
Heydər Əliyev tərəfindən qoyulduğunu
söyləyərək, dövlətin
imicinin formalaşmasının
təhsilə də təsir göstərdiyini
vurğuladı. O, qeyd
etdi ki, bu gün
Azərbaycan sürətli
bir inkişaf yolundadır və kadr potensialının hazırlığı da diqqətdə saxlanılır.
Konfransda latviyalı Kavaliauskas Vidas çıxış edərək,
ömrünün 11 ilini
Bakıda yaşadığını
və gənclik həyatının məhz
Azərbaycanla sıx bağlı olduğunu söylədi. O, bugünkü
Azərbaycan reallıqlarının
bu şəkildə təzahürünü Heydər
Əliyevin adı ilə bağlayaraq, Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, tarixinə olan bu münasibətin məhz ulu öndər
tərəfindən təməlinin
qoyulduğunu söylədi.
Moskva Dövlət Universitetinin Azərbaycanşünaslıq
fakültəsinin 3-cü kurs
tələbəsi Olqa
Kuraş BSU-nun dəvəti ilə bu konfransa qoşulduğundan
məmnunluq duyduğunu
bildirdi. Konfrans çərçivəsində
həmişə arzusunda
olduğu, lakin görmədiyi Naxçıvan
və Gəncə şəhərlərində olacağını
söylədi. Əlbəttə
ki, Qarabağın, Şuşanın arzusunda olan konfrans iştirakçısı
xalq şairi Səməd Vurğunun
"Azərbaycan" şeirindən
bir parça səsləndirməklə, öz
məhəbbətini
ifadə etdi. Azərbaycanda isti münasibətin hər zaman duyulduğunu qeyd edən qonaq böyük bir könül rahatlığı ilə
bu konfransda iştirakını söylədi.
Tədbirdə gürcüstanlı David Qoçeridze, fransalı Mişel Malleberq, rusiyalı Alla Axundova, iraqlı Mehmet Bayaq və başqaları
çıxış edərək,
konfransın əhəmiyyətindən
danışdılar və
Azərbaycançılıq ideyalarının təbliğ
və tədqiqinin vacibliyini vurğuladılar.
Konfransda çıxış
edən Nəsimi rayon icra hakimiyyətinin
başçısı Nəsib
Məhməliyev belə
genişmiqyaslı bir
konfransın təşkili
üçün tədbir
təşkilatçılarına öz minnətdarlığını
bildirdi. O, qeyd etdi ki, Heydər
Əliyev və Azərbaycançılıq olduqca
geniş mövzudur. Heydər Əliyevin sosial sferada, ordu quruculuğunda, ölkə iqtisadiyyatında
və s. sahələrdə cahanşümul
layihələri öz
müsbət nəticəsini
vermişdir. Azərbaycan
müstəqil dövlət
olaraq beynəlxalq təşkilatlara üzv qəbul edilmiş, Azərbaycan reallıqları
informasiya blokadasını
yararaq, dünya ictimaiyyətinə çatdırılmışdır.
N.Məhməliyev onu da qeyd etdi
ki, Azərbaycanda dini tolerantlıq hər zaman diqqətdə olmuş, belə ki, qeyri-xalqlara
münasibət yüksək
bir şəkildə özünü büruzə
vermişdir. Müxtəlif
xalqların dinlərinə
ulu öndər Heydər Əliyev həssaslıqla yanaşaraq,
qeyri-xalqların Azərbaycanda
sərbəstliyinin və
dini dəyərlərinin
toxunulmazlığına şərait
yaratmışdır. Azərbaycanın yeganə probleminin Qarabağ olduğunu deyən icra hakimiyyətinin başçısı
mövcud problemlərlə
bağlı dünya miqyasında kifayət qədər işlərin
görüldüyünü qeyd edib, bu
gün də təqdimatının keçiriləcəyi
"Qarabağ gündəliyi"
kitabının da
əhəmiyyətini vurğuladı.
Konfransın açılış
günü çıxışlar
sona yetdikdən sonra qonaqlar Bakı Slavyan Universiteti ilə tanış oldular. Qeyd edim ki,
beynəlxalq elmi konfrans mayın 5-də Naxçıvan Dövlət
Universitetində, mayın
6-sı Gəncə Dövlət
Universitetində davam etdiriləcək. Mayın
8-də isə Bakı
Slavyan Universitetində
bağlanış mərasimi
keçiriləcək.
NƏZAKƏT
ƏLƏDDİNQIZI
Səs.- 2010.- 4 may.- S. 5.