“Azərbaycanın
müstəqilliyi daimidir,
dönməzdir"
YAP Ağstafa rayon təşkilatının
qadınlar şurasının
keçirdiyi tədbirdə
ulu öndər Heydər Əliyevin xidmətləri bir daha diqqətə çatdırıldı
Ölkəmizin hər yerində
ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilməkdədir. Öz
zəngin və mənalı həyatını
xalqının inkişafı
və rifahına həsr edən ulu öndər, öz müqəddəs
əməlləri ilə
xalqın qəlbində
əbədi yer tutub. Dünən YAP Ağstafa rayon
təşkilatının qərargahında
ulu öndər Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunmuş tədbir keçirildi. İlk öncə, tədbir iştirakçıları ulu
öndər Heydər
Əliyevin xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatı qadınlar şurasının
sədri Niyasət Bəhrəmova açaraq,
bildirdi ki, respublikamızın hər
yerində ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
yüksək səviyyədə
qeyd edilir: "Dövlətin iqtisadi dirçəlişinin,
millətin mənəvi
yüksəlişinin təməlini
qoyan, "Azərbaycanın
müstəqilliyi daimidir,
dönməzdir" deyən
və bunun yeni dövlətçilik
konsepsiyasının əsası
olduğunu yeni Azərbaycanın timsalında
dünyaya nümayiş
etdirən ulu öndər Heydər
Əliyev oldu. Bu gün Azərbaycan
qadını kişilərlə
çiyin-çiyinə çalışır,
səsi ən yüksək tribunalardan gəlir. Bu gün Azərbaycanı dünyaya tanıtdıran
böyük öndərin
qarşısında daim
böyük minnətdarlıq
hissi ilə baş əyirik".
N.Bəhrəmova qeyd etdi ki, ulu
öndərə sonsuz
hörmət və dərin məhəbbət
rəmzi kimi respublikamızın bütün
yerlərində ümummilli
liderimizə heykəllər
qoyulub: "Amma o abidələrin ən əzəmətlisi
hər bir azərbaycanlının qəlbində
ucaldılıb. Azərbaycanlı
olması ilə fəxr edən, bu fəxarət duyğusunun ən böyük nemət olduğunu hər birimizə öyrədən
də ümummilli lider Heydər Əliyev oldu".
YAP Ağstafa rayon
təşkilatının qadınlar
şurasının sədri
ümummilli lider Heydər Əliyev hakimiyyətinin bütün
dövrlərində Azərbaycanın
gələcəyi üçün
çalışdığını söylədi: "Ümummilli
liderimiz Heydər Əliyevin fəaliyyətinin
əsasını Vətənə
sədaqət, xalqa xidmət təşkil edib. Bugünkü uğurlar ulu
öndərin hakimiyyətinin
birinci dövründə
ölkənin iqtisadi qüdrətinin artmasına,
milli-mənəvi dəyərlərimizin,
dilimizin qorunmasına,
azərbaycançılığın möhkəmləndirilməsinə, yüksək ixtisaslı kadrların yetişməsinə
yönələn addımların
davamı kimi qiymətləndirilir.
Xalqının xilaskarı
olan Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin əbədi
olması üçün
tarixi missiyanı ləyaqətlə yerinə
yetirdi".
N.Bəhrəmova bu
gün Heydər Əliyev siyasi kursunun davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycanın bütün
sahələrdə qazandığı
nailiyyətlərə diqqəti
yönəltdi: "Cənab
İlham Əliyev bütün çıxışlarında
bəyan edir ki, Azərbaycanın daha da qüdrətlənməsi
üçün Heydər
Əliyev siyasi kursu davam etdirilməlidir".
Tədbirdə partiyanın
digər fəalları
da çıxış
edərək, qadınların
cəmiyyətdəki rolundan,
ictimai-siyasi həyatda
fəaliyyətlərindən geniş bəhs etdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.-4 may.- S. 5.