3 May Ümumdünya Söz Azadlığı Günü
qeyd olunub
Azərbaycan Mətbuat Şurası Ümumdünya
Söz Azadlığı Gününü "Söz
azadlığı və jurnalist peşəkarlığı
koalisiyası" ilə birgə qeyd edib
Dünən Azərbaycan Mətbuat Şurası
"Söz azadlığı
və jurnalist peşəkarlığı koalisiyası"
ilə birgə 3 May Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş "dəyirmi masa" keçirib. Toplantıda "Söz azadlığı və jurnalist peşəkarlığı
koalisiyası"nın
"Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan"
layihəsinin təqdimatı
olub.
Tədbiri açan MŞ sədri Əflatun Amaşov 3 May Ümumdünya Söz Azadlığı Gününün yaranma tarixi barədə ətraflı məlumat verib. Şura sədrinin sözlərinə
görə, 1993-cü ildən
BMT səviyyəsində rəsmi
surətdə qeyd edilən bu tarixin mahiyyətinin Azərbaycan ictimaiyyətinə
çatdırılması
vacib əhəmiyyət
kəsb edir. Bugünkü toplantı, eyni zamanda, həmin
zərurəti dəyərləndirmək
məqsədindən irəli
gəlir.
Ə.Amaşov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı
ilə bağlı məsələlərin dərinləşməsində
beynəlxalq təşkilatların
və səfirliklərin
media ilə iş təcrübəsinin
öyrənilməsi vacib
əhəmiyyət daşıyıb.
Belə qurumlardan biri də Türkiyə Respublikasının Azərbaycandakı
böyük elçiliyidir.
Ötən illər ərzində səfirliyin
Azərbaycan jurnalistləri
ilə əlaqələri
xeyli genişlənib ki, bu işdə
mətbuat müşaviri
Bülənt Uğurun
əməyi danılmazdır.
"Cənab Uğurun
Azərbaycandakı fəaliyyət
missiyası başa çatmaqdadır. Hesab edirəm
ki, KİV təmsilçilərimiz
onun simasında peşəkar münasibətlərin
rəsmiyyətdən dostluğa,
qardaşlığa, dərin
anlaşmaya keçdiyinin
misilsiz nümunəsi
ilə tanış olublar", - deyə
Ə.Amaşov B.Uğura
MŞ-nin təşəkkür
məktubunu təqdim edib. Səfirlik təmsilçisi çıxışında
jurnalistlərə təşəkkürünü
bildirərək, Azərbaycandakı
fəaliyyətinin həyatında
böyük önəm
daşıdığını bildirib.
Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
sektor müdiri Vüqar Əliyev Ümumdünya Söz Azadlığı Gününün
ölkəmizdə qeyd
edilməsinin əhəmiyyətini
vurğulayaraq, Azərbaycan
dövlətinin ifadə
və mətbuat azadlığı ilə bağlı proseslərə
ciddi önəm verdiyini bildirib. Bu sahədə son illər dövlət tərəfindən
reallaşdırılan tədbirlərə
diqqət çəkən
sektor müdiri mövcud istiqamətdəki
fəaliyyətin davamlı
olacağını deyib:
"Azərbaycanda söz
və mətbuat azadlığının dərinləşməsinə
yönələn çoxsaylı
layihələr həyata
keçirilir. Bu məsələlərlə bağlı
müxtəlif beynəlxalq
təşkilatlarla sıx
əməkdaşlığa üstünlük verilir. Şübhəsiz ki, tədbirlərin faydası
var. Amma jurnalistlərin özləri
də aktiv olmalıdırlar. Onlar mediamızın mütərəqqi
ənənələrinin öyrənilməsinə,
inkişaf etdirilməsinə
çalışmalı, eyni
zamanda, peşəkarlıq
tələblərinə daha
həssas yanaşmalıdırlar".
BAMF-nin sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu "Söz
azadlığı və
jurnalist peşəkarlığı
koalisiyası"nın
yaranma tarixi və fəaliyyət istiqamətləri barədə
danışıb. O bildirib
ki, koalisiyaya Jurnalistlərin Həmkarlar
İttifaqı (JUHİ), "RUH" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi,
Beynəlxalq Avrasiya Mətbuat Fondu və Demokratik Jurnalistlər Liqası daxildir.
MŞ sədrinin müavini,
JUHİ sədri, "Etik
Jurnalistika Təşəbbüsləri
- Azərbaycan" layihəsinin
koordinatoru Müşfiq
Ələsgərli "dəyirmi
masa" iştirakçılarını
layihə çərçivəsində
hazırlanan saytla tanış edib. Layihənin Beynəlxalq Jurnalistlər Federasiyası
ilə "Söz azadlığı və jurnalist peşəkarlığı
kolalisiyası"nın
birgə məhsulu olduğunu deyən M.Ələsgərli burada əsas donor qismində Avropa Komissiyasının çıxış
etdiyini diqqətə çatdırıb: "Layihə
ölkə mediasının
dünya standartlarına
uyğunlaşdırılması sahəsində "yol xəritəsi" mahiyyətini
daşıyır".
Milli Televiziya və Radio Şurasının
sədri Nuşirəvan
Məhərrəmli bildirib
ki, hazırkı dövrdə media cəmiyyətin inkişafında
olduqca böyük rol oynayır. Elə bir sahə
yoxdur ki, media ilə bu və ya
digər dərəcədə
bağlı olmasın.
Mövcud durum jurnalistlərdən də
adekvat münasibət,
xüsusən də, peşəkarlıq tələb
edir. "Cəmiyyət
də, dövlət də mediaya böyük diqqət ayırır. Amma elə məsələlər
var ki, birbaşa
jurnalistlərin özlərindən
asılıdır. Bunlardan ən
mühümü daha çox fərdi səciyyə daşıyan
peşəkarlıqdır", - deyən N.Məhərrəmli
Mətbuat Şurasının
son zamanlar KİV təmsilçilərinin peşəkarlıqlarının
artırılması istiqamətdəki
fəaliyyətinin zəruriliyini
vurğulayıb.
İctimai Yayım Şurasının sədri
Cahangir Məmmədli
"Etik Jurnalistika Təşəbbüsləri- Azərbaycan"
layihəsinin əhəmiyyətindən
söhbət açarkən,
KİV-lərdə hələ
də peşə prinsiplərinin pozulmasına
geniş rast gəlindiyini bildirib. Onun sözlərinə görə, ölkədə
söz və mətbuat azadlığı
sahəsində kifayət
qədər mükəmməl
qanunvericilik mövcuddur.
Qanunvericiliyin tələblərinə
uyğun olaraq lazımi şərait də yaradılıb. Lakin bəzən jurnalistlər tərəfindən
dövlətin söz
və mətbuat azadlığı ilə bağlı ortaya qoyduğu iradədən sui-istifadə halları yaşanır. C.Məmmədli
layihənin bu kimi neqativ halların
aradan qaldırılmasında
vacib rol oynayacağına ümidvar
olduğunu deyib.
Eyni fikri Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də bölüşüb.
Rəhbəri olduğu
qurumun fəaliyyət
missiyasının söz
və mətbuat azadlığı prinsiplərinin
dərinləşməsinə yönəldiyinə diqqətçəkən
icraçı direktor
KİVDF-nin həyata keçirdiyi tədbirlər
barədə də ətraflı məlumat verib.
"Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə
hər zaman böyük diqqət yetirilib. Hesab edirəm ki, bu qayğı artan xətt üzrə inkişaf etməkdədir", - deyən
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli söz azadlığı şəraitində
müəyyən etik
çərçivənin olmasını vacib sayıb. Təqdimatı keçirilən layihənin
əhəmiyyətinə bu
baxımdan diqqət çəkən A.Əli
KİV-lərlə bağlı
əksər məhkəmə
çəkişmələrinin məhz etik normalara əməl olunmamasından qaydanqlandığını
vurğulayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin
rəhbəri Elxan Poluxov çıxışında
KİV-lərin söz
azadlığı məsələlərinə
həssas yanaşmalarında
və ümumiyyətlə,
bu kimi məsələlərdə
mətbuat xidmətlərinin
rolundan söhbət açıb. Onların
öz fəaliyyətlərini
daim təkmilləşdirməli
olduqlarını önə
çəkən XİN rəsmisinin
qənaətincə, belə
layihələr prosesə
yardımçılıq baxımından
əhəmiyyətlidir.
Jurnalist Azər Həsrət layihənin müsbət nəticələr
verəcəyinə inandığını
bildirərkən, ölkədə
əvvəlki illərlə
müqayisədə bunun
üçün tutarlı
əsasların mövcudluğunu
vurğulayıb. "Uzun
illər söz azadlığı məsələsində
müəyyən ləngimələr
olub. Lakin indiki dövrdə baş verən proseslər, o cümlədən, dövlətin
KİV-lərə qayğısının
təzahürü kimi
baş verən hadisələr, onu deməyə əsas verir ki, media
ilə hakimiyyət arasında bir dialoq mövcuddur. Bu dialoqun baş
tutmasının xeyirini
bütövlükdə Azərbaycan
jurnalistikası görür"
- deyə əlavə
edib.
Elçin Bayramlı
Səs.- 2010.- 4 may.- S. 9.